. Love.az

Qulameli Resid - Wikipedia - Love.az

Ana Səhifə - Qulameli Resid

Qulaməli Rəşid (fars. غلامعلی رشید‎; 1953, Dezful, Xuzistan ostanı – 13 iyun 2025[1], Tehran) — İranın general-mayor hərbi rütbəsində olan hərbi liderlərindən biri.

Qulaməli Rəşid
fars. غلامعلی رشید‎
Şəxsi məlumatlar
Doğum tarixi 1953
Doğum yeri
  • Dezful, Dezful şəhristanı, Xuzistan ostanı, İran
Vəfat tarixi 13 iyun 2025(2025-06-13)[1]
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vəfat səbəbi hava zərbəsi
Vətəndaşlığı
  •  Pəhləvilər İranı[d]
  •  İran
Təhsili
  • Tehran Universiteti
Hərbi fəaliyyəti
Mənsubiyyəti İran
Qoşun növü İslam İnqilabı Keşikçiləri Korpusu
Rütbəsi general-mayor
Döyüşlər
  • İran-İraq müharibəsi,
  • İsrailin İrana zərbələri (2025)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

redaktə

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuşdur (92-ci tank diviziyası, Əhvaz). Tehran Universitetində siyasi coğrafiya üzrə magistr, Tərbiət Modares Universitetində isə siyasi coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

O, 1972-ci ildən şah əleyhinə olan fəaliyyətlərdə iştirak etmişdir. O, iki dəfə həbs edilmiş və hər həbsində də bir il həbsdə yatmışdır (həbsxanada olarkən İslam İnqilabı Keşikçiləri Korpusunun gələcək rəhbərlərindən biri olacaq Möhsün Rezayi ilə görüşmüşdür).

O, İran–İraq müharibəsi zamanı ölkənin əsas hərbi liderlərindən birinə çevrilmiş və eyni zamanda daİslam İnqilabı Keşikçiləri Korpusunun yüksəksəviyyəli komandirlərindən biri olmuşdur. 1985–1998-ci illər arasında İnqilab Keşikçiləri Korpusunda xidmət etmişdir.

1998–2015-ci illər arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini olmuşdur. 1999-cu ildə Tehranda tələbə iğtişaşlarının yatırılmasından sonra o, prezident Məhəmməd Xatəmiyə baş verənlərlə bağlı məlumat verən və etirazları yatırmaq üçün ordunun çağırılmasından narazılıqlarını bildirmək üçün məktub yazmış 24 İslam İnqilabı Keşikçiləri Korpusu zabitindən biri olmuşdur.[2] 2000-ci ildən general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür.

2015-ci ildən etibarən isə o, Xatəmül-Ənbiya mərkəzi bazasının komandiri olmuşdur. Bu baza İran Silahlı Qüvvələrində silahlı qüvvələrin əməliyyatlarının planlaşdırılması, əlaqələndirilməsi və operativ rəhbərliyinə cavabdeh olan ən yüksək operativ hərbi hissə və İran Silahlı Qüvvələrinin Baş Qərargahının nəzdində fəaliyyət göstərən ən mühüm hərbi komanda mərkəzidir.

O, İranın ən yüksəksəviyyəli və nüfuzlu hərbi zabitlərindən biri hesab olunurdu.[3] ABŞ Maliyyə Nazirliyi onu 13 noyabr 2018-ci ildə özünün sanksiyalar siyahısına əlavə etmişdir.

13 iyun 2025-ci ildə İsrailin hava hücumları nəticəsində öldürülmüşdür.[4][5]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Rumors of Loss of Iranian Army Commanders Denied. Tasnim News Agency.
  2. ↑ "Letter from the Revolutionary Guards commanders". 2012-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-03.
  3. ↑ The Islamic Republic’s 13 Generals Arxiv surəti 2 oktyabr 2013 tarixindən Wayback Machine saytında // IranBriefing Foundation (ing.)
  4. ↑ "Major General Rashid, His Son Confirmed Dead in Israeli Strike". Tasnim News Agency (ingilis). 2025-06-13. İstifadə tarixi: 2025-06-13.
  5. ↑ "Тегеран подтвердил гибель военачальников и пообещал «отмщение за несправедливо пролитую кровь мучеников»". Новый День (rus). 2025-06-13. İstifadə tarixi: 2025-06-13.

Xarici keçidlər

redaktə
  • Photo of Gholam Ali Rashid in the Iran-Iraq war
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qulaməli_Rəşid&oldid=8174228"
LOVE.AZ