Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Rəfael Xanəli oğlu Allahverdiyev (9 may 1945, Bakı – 11 yanvar 2009, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000), Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırış deputatı,[1] Yeni Azərbaycan Partiyasının sədr müavini, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi.
Rafael Allahverdiyev | |
---|---|
![]() | |
12 noyabr 1995 – 2004 | |
Seçki dairəsi | 1995, 2000 — 25 saylı Nərimanov ikinci |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
Yeni Azərbaycan Partiyasının sədr müavini | |
21 noyabr 1992 – 21 noyabr 2001 | |
Sədr | Heydər Əliyev |
3 iyul 1993 – 16 oktyabr 2000 | |
Əvvəlki | Rauf Gülməmmədov |
Sonrakı | Hacıbala Abutalıbov |
1985 – 1990 | |
Seçki dairəsi | 46 nömrəli Çapayev |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
1983 – 1988 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 may 1945(1945-05-09) |
Doğum yeri | |
Vəfat tarixi | 11 yanvar 2009(2009-01-11) (63 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin xərçəngi[d] |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
1945-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. Moskva İctimai Elmlər Akademiyasının mətbuat işçiləri fakültəsini və Bakıdakı Qərb Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirmişdir.
İşgüzar inzibatçılıq üzrə magistr olmuşdur. Rus dilini bilirdi. Evlidir, 3 övladı var.
2004-cü ildən İsveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib.[2]
1971–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983–1988-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi olub. Yeni Azərbaycan Partiyasının qurucularındandır.
1993–2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
1992-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyası sədrinin müavini olmuşdur. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 25 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü olmuşdur.
O, 2004-cü ildə İsveçrəyə mühacirət edərək deputat mandatından imtina etmişdir. Elə həmin il o Yeni Azərbaycan Partiyası üzvlüyündən çıxarılmışdır.