. Love.az

Robert Huk - Wikipedia - Love.az

Ana Səhifə - Robert Huk

Robert Huk (ing. Robert Hooke 18 (28) iyul 1635[2][3][…] – 3 (14) mart 1703[2][3][…], London, İngiltərə krallığı[4]) — ingilis təbiətşünası, ensiklopedisti, eksperimental fiziki. Onun adı daha çox Huk qanunu ilə xatırlanır.

Robert Huk
ing. Robert Hooke
Robert Hukun portreti
Robert Hukun portreti
Doğum tarixi 18 (28) iyul 1635[2][3][…]
Vəfat tarixi 3 (14) mart 1703[2][3][…] (67 yaşında)
Vəfat yeri
  • London, İngiltərə krallığı[4]
Elm sahələri mexanika, fizika, kimya, biologiya, memarlıq[1], astronomiya, Yer ölçmə işləri[1], riyaziyyat, materialşünaslıq
İş yerləri
  • London Kral Cəmiyyəti (1662–)[5][6][…],
  • Robert Boyl (1655–1668)[2]
Alma-mater ing. Christ Church, Oxford
Təhsili
  • Oksford Universiteti (–1663)[7]
Elmi rəhbərləri Tomas Uillis, Robert Boyl[7], Kristofer Ren[7]
Tanınmış yetirməsi Edmund Halley[7]
Tanınır Huk qanunu
mikroskopiya
ilk dəfə Hüceyrə sözünü elmə gətirmişdir.
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1663–)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Bioqrafiya
  • 2 Kəşf və icadlar
  • 3 Mənbələr
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Bioqrafiya

redaktə

Robert Huk ruhani ailəsində dünyaya gəlmiş, atası onun ruhani olmasını istəsə də oğlunun sağlamlığının zəifliyi və onun mexanikaya marağını nəzərə alaraq saatsaz olmasına qərar verir. Uestminsterdə məktəbə gedir. 1653-cü ildən Oksfordda oxumağa başladı. Burada o, 1655 ci ildə Robert Boyl ilə tanış olur, birlikdə hava nasosunu icad edirlər. 1662 ci ildə London Kral Cəmiyyətinə üzv seçilir və ölümünədək fizika şöbəsinin kuratoru olur. 1677 və 1682 ci illərdə cəmiyyətin katibliyinə təyin edilir. 1665 ci ildə Qreşam kollecinin həndəsə üzrə professoru seçilir. Həmin ildə o özünün məşhur Mikroqrafiya əsərini dərc edir. Bu əsərdə icad etdiyi iki linzalı mikroskopu ilə müşahidə və tədqiqatlarını göstərmiş və ilk dəfə bitki toxumasının hüceyrədən təşkil olunduğunu söyləmişdir.

Kəşf və icadlar

redaktə

İlk dəfə olaraq Robert Huk hüceyrəni kəşf etmişdir. 1665-ci ildə bioloji toxumanın – lat. Quercus suber ağacından hazırlanmış tıxacın (probkanın) nazik kəsiyinə özü tərəfindən təkmilləşdirilmiş mikroskop altında baxarkən, tıxac kəsiyinin çoxlu sayda hücrəciklərdən ibarət olduğunu görmüş və onlara ing. cell – hüceyrə adı vermişdır. XVII əsr tədqiqatları bitkilərin hüceyrəvi quruluşa malik olmasını aşkarlasa da hüceyrənin öz quruluşu haqqında heç bir məlumata malik deyildir.

Mənbələr

redaktə
  • В. И. Арнольд, "Гюйгенс и Барроу, Ньютон и Гук" Arxivləşdirilib 2011-06-03 at the Wayback Machine. М., Наука, 1989 г., 96 с.
  • А. Н. Боголюбов, "Роберт Гук (1635–1703)" Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine. М.: Наука, 1984.
  • Филонович С., "Роберт Гук", Квант, 1985, № 7. Arxivləşdirilib 2008-04-06 at the Wayback Machine
  • L. D. Patterson, Hooke’s Gravitation Theory and Its Influence on Newton. I: Hooke’s Gravitation Theory, Isis, Vol. 40, No. 4 (Nov., 1949), pp. 327–341. Online
  • L. D. Patterson, Hooke’s Gravitation Theory and Its Influence on Newton. II: The Insufficiency of the Traditional Estimate, Isis, Vol. 41, No. 1 (Mar., 1950), pp. 32–45. Online
  • C. Wilson, Newton’s Orbit Problem: A Historian’s Response, The College Mathematics Journal, Vol. 25, No. 3 (May, 1994), pp. 193–200, doi:10.2307/2687647. Online
  • Early Science and Medicine, Volume 10, No. 4, December 2005. [ölü keçid] (müəlliflər: Niccolò Guicciardini, Michael Nauenberg, Ofer Gal, Domenico Bertoloni Meli).

Xarici keçidlər

redaktə
  • Robert Hooke (1635–1708) Arxivləşdirilib 2008-06-24 at the Wayback Machine Robert Huka həsr olunmuş sayt.
  • R. S. Westfall, Robert Hooke (from Dictionary of Scientific Biography, p. 112–119). (ing.)
  • Michael Nauenberg homepage. (ing.)
  • Allan Chapman, England’s Leonardo: Robert Hooke (1635–1703) and the art of experiment in Restoration England Arxivləşdirilib 2007-10-30 at the Wayback Machine (ing.)
  • Robert Hooke (The MacTutor History of Mathematics archive) Arxivləşdirilib 2009-03-03 at the Wayback Machine (ing.)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 https://www.cityoflondon.gov.uk/things-to-do/history-and-heritage/london-metropolitan-archives/collections/robert-hooke.
  2. ↑ 1 2 3 4 5 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. ↑ 1 2 3 4 Robert Hooke (nid.).
  4. ↑ 1 2 Гук Роберт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. ↑ https://royalsociety.org/~/media/library/The%20library%20and%20archives%20of%20the%20royal%20society%201660-1990%20Marie%20Boas%20Hall.pdf.
  6. ↑ https://www.biography.com/scholar/robert-hooke.
  7. ↑ 1 2 3 4 Mathematics Genealogy Project (ing.). 1997.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Robert_Huk&oldid=7184765"
LOVE.AZ