Science Adventure (科学アドベンチャー, Kagaku Adobenchā?, azərb. Elm macərası) — 5pb. və Nitroplus şirkətləri tərəfindən yaradılmış videooyun franşizi. Franşiz hazırda beş əsas vizual romandan ibarətdir: "Chaos;Head", "Steins;Gate", "Robotics;Notes", "Chaos;Child" və "Steins;Gate 0". Hər bir vizual roman əsasında sikvellər, spin-offlar, eləcə də, anime və manqalar istehsal olunmuşdur.
Science Adventure | |
---|---|
![]() Science Adventure Live 2012 tədbirindən poster. Posterdə franşizin ilk 3 oyununun əsas personajları əks olunub (soldan sağa): Rimi ("Chaos;Head"), Kurisu ("Steins;Gate") və Akiho ("Robotics;Notes"). | |
Janrlar | vizual roman |
Yaradıcılar | 5pb., Nitroplus |
Nəşrçilər | 5pb., Nitroplus, JAST USA, PQube |
Müəlliflər | Çiyomaru Şikura |
Ssenaristlər | Naotaka Hayaşi |
Bəstəkarlar | Takeşi Abo |
Platformalar | Microsoft Windows, Xbox 360, Xbox One, PlayStation 3, PlayStation 4, PlayStation Portable, PlayStation Vita, iOS, Android |
Orijinal platforma | Microsoft Windows |
Başlanğıc ili | 2008 |
İlk buraxılış | Chaos;Head 25 aprel 2008 |
Son buraxılış | Steins;Gate 0 10 dekabr 2015 |
Rəsmi vebsaytı | kagaku-adv.com |
2008 | Chaos;Head |
2009 | Steins;Gate |
2010 | Chaos;Head Love Chu Chu! |
2011 | Steins;Gate: Darling of Loving Vows |
Steins;Gate: Variant Space Octet | |
2012 | Robotics;Notes |
2013 | Steins;Gate: Linear Bounded Phenogram |
2014 | Chaos;Child |
2015 | Steins;Gate 0 |
2016 | |
2017 | Chaos;Child Love Chu Chu‼ |
Chaos;Head (カオスヘッド, Kaosu Heddo?, azərb. Xaos;zirvəsi) franşizin ilk oyunudur, 2008-ci ilin aprelində Microsoft Windows üçün buraxılmışdır. "Sayıqlama elmi macəra" (妄想科学ADV, Mōsō Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. Hadisələr 2009-cu ildə baş verir. Takumi Nişico adlı hikikomorinin bir neçə qətlin arasında qalmasından bəhs edir.
Madhouse tərəfindən istehsal olunmuş və 2008-ci ilin oktyabrından dekabrına qədər yayımlanmış anime serialı adaptasiyasıdır. Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır.
Steins;Gate (シュタインズ・ゲート, Shutainzu Gēto?, azərb. Şteyns;darvazası) franşizin ikinci oyundur. 2009-cu ilin oktyabrında Xbox 360 üçün buraxılmışdır. "Hipotetik elmi macəra" (想定科学ADV, Sōtei Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. Hadisələr 2010-cu ildə baş verir. Özünü çılğın elm adamı adlandıran Okabe Rintaronun mikrodalğalı soba və telefon vasitəsilə keçmişə mesajlar göndərməsindən bəhs edir.
White Fox tərəfindən istehsal olunmuş anime adaptasiyası 2011-ci ilin aprelindən sentyabrına qədər yayımlanmış, 2012-ci ilin fevralında OVA seriyası buraxılmışdır. Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır. "Steins;Gate: Fuka Ryōiki no Déjà vu" adlı anime filmi 20 aprel 2013-cü ildə ekranlaşdırılmışdır. 2014-cü ilin oktyabrında IBM-in əməkdaşlığı ilə "Steins;Gate: Sōmei Eichi no Cognitive Computing" adlı ONA seriyası yayımlanmışdır.[4] "Steins;Gate 0" əsasında anime serialının çəkiləcəyi açıqlanmışdır.[5]
Robotics;Notes (ロボティクス・ノーツ, Robotikusu Nōtsu?, azərb. Robototexnika;qeydləri) franşizin 3-cü oyunudur. 2012-ci ilin iyununda Xbox 360 və PlayStation 3 platformaları üçün buraxılmışdır. "Artırılmış elmi macəra" (拡張科学ADV, Kakuchō Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. Hadisələr 2019-cu ildə baş verir. Kayto Yaşio və uşaqlıq dostu Akiho Senomiyanın robototexnika klubunun arzusunu gerçəkləşdirib nəhəng robot düzəltmək arzusundan bəhs edir.
Production I.G tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 2012-ci ilin oktyabrından 2013-cü ilin martına kimi Fuji TV kanalının NoitaminA blokunda yayımlanmışdır. Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır.
Chaos;Child (カオスチャイルド, Kaosu Chairudo?, azərb. Xaos;uşağı) franşizin 4-cü oyunudur. Hadisələr 2015-ci ildə baş verir.[6] "Sayıqlama elmi macəra" (妄想科学ADV, Mōsō Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. 18 dekabr 2014-cü ildə Xbox One üçün buraxılmışdır. 25 iyun 2015-ci ildə PlayStation 3, PlayStation 4, və PlayStation Vita platformaları üçün,[7] 2016-cı ilin aprelində PC üçün buraxılmışdır.[8] Anime adaptasiyası anons edilmişdir.[9]
"Steins;Gate" personajları Kurisu Makise və Mayuri Şiina Nendoroid-ə əsaslanan "Nendoroid Generation" oyununda peyda olmuşdurlar. Oyun Banpresto tərəfindən 23 fevral 2012-ci ildə PlayStation Portable platforması üçün ildə buraxılmışdır.[11] Kurisu və "Chaos;Head" personajı Rimi Sakihata 2 iyun 2011-ci ildə Xbox 230 üçün buraxılmış "Phantom Breaker" oyununda oynanıla bilən personajlardır.