Sirat körpüsü | |
---|---|
Fayl:Sirat körpüsü (film, 2007).jpg | |
Janr |
dram döyüş cinayət musiqili triller |
Rejissor | Samir Kərimoğlu |
Ssenari müəllifləri | Samir Kərimoğlu, İlqar Fəhmi |
Baş rollarda |
Rövşən Ağayev (II)-Cavid Dilarə Kazımova-Delya Samir Kərimoğlu-Seyid Aqşin Fateh-Əli Elşən Xəzər-Qaqaş Səmimi Fərhad-Cəbi Nailə Zeynalova-Zema Ayşad Məmmədov-Əfrasiyab Əsgər Rəhimov-Qara Ziyad Nicat Kazımov-Nizam |
Operator | Mətləb Yaqubov |
Bəstəkar | Unformal Qrupu |
Rəssam | Faiq Kərimoğlu |
İstehsalçı | Buta Film |
İlk baxış tarixi | 27 aprel 2007, Bakı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 122,5 dəq. |
Ölkə |
![]() |
Dil | Azərbaycan dili |
İl | 2007 |
Texniki məlumatlar |
genişekranlı videofilm |
Rəng | rəngli (ağ-qara kadrlarla (3D animasiyada)) |
Çəkiliş yeri |
Bakı Sumqayıt, Saray qəsəbəsi Salyan |
Filmdə bir yerdə böyüyən kimsəsizlərdən bəhs olunur. Kimsəsiz gənclərin müstəqil həyata atılmasıyla fəlakətlər baş verir.
Uşaq evində bir yerdə böyüyən altı uşaqdan biri Cəbi (Səmimi Fərhad) adam vurmaqdan neçə il həbs yatıb həbsxanadan çıxır. Lakin o "tavan"dadır (qumar borcu). Cəbinin həbsxanadan çıxdığı ilk gün altı dost böyüyüb boya-başa çatdıqları uşaq evini ziyarət edirlər. Lakin görəndə ki, biznesmen Əfrasiyab (Ayşad Məmmədov) uşaq evini artıq sökdürüb və yerində başqa bir bina tikdirəcək, onlar qərara gəlirlər ki, həm qisas, həm də Cəbinin borcunu qaytarmaq üçün Əfrasiyabın evini aparsınlar. Ev oğurlanır və cəhənnəmə gedən yolun bütün qapıları uşaqların üzünə açılır. Çünki Əfrasiyabın evindən oğurladıqları seyfin içindən pul əvəzinə 10 kq. narkotik maddə çıxır. Bununla da gənclərin ayağı altındakı Sirat körpüsü yırğalanmağa başlayır. İndi onlar həm malı satmalı, borcu ödəməli, həm də sağ qalmalıdırlar. Amma xatırladaq ki, Sirat körpüsü cənnətlə cəhənnəmi ayıran tükdən nazik yoldur.