"Sirr" — Azərbaycan teleserialı.
Sirr | |
---|---|
![]() | |
Janr |
dram melodram |
Rejissorlar |
Ülviyyə Könül Rüfət Əsədov |
Prodüser | Famil Fərhadoğlu |
Ssenari müəllifləri |
Ramiz Fətəliyev İbrahim İbrahimov |
Baş rollarda |
Mehriban Zəki — Xalidə Rüstəmova Elşən Rüstəmov — Sərdar Axundov |
Operator | Rövşən Quliyev |
Bəstəkar | Aygün Səmədzadə |
Rəssam | Olqa Şabanova |
Studiya | ATV |
Filmin növü | bədii serial |
Dil | azərbaycanca |
İl | 2012 |
Bölüm sayı | 36 |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
İyirmi ildən artıqdır ki, iki həkim arasında bir sirr saxlanılır. Nə vaxtsa, tibb bacısı Sevilin diqqətsizliyi ucbatından xəstəxanadan iki yeni doğulmuş uşaq oğurlanır. Baş həkim Xalidə iş yoldaşı və rəfiqəsinin həyatını xilas etmək üçün bu hadisəni heç kimə danışmır. Bu illər ərzində çox şey dəyişib. Ancaq həmin dostluq və sirr əvvəlki kimi qalır.
İllər keçəndən sonra bütün hadisələr və sirrlər açılmağa başlayır.
Teleserial "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən ayrılan maliyyə yardımı əsasında istehsal edilmişdir.
Aktyor Manaf Dadaşovun adı əvvəlki seriyaların titrlərində Manaf Məcidoğlu yazılmışdır.
Aktyor Tural Əhmədin adı titrlərdə səhv olaraq, Tural Mustafayev yazılmışdır.
Teleserial 36 seriyadan ibarətdir. Serialın ilk mövsümü 3 may 2012 – 26 iyul 2012-ci il tarixlərini əhatə etmişdir. Bu müddətdə 12 seriya yayımlanmışdır. İkinci mövsüm isə 2 oktyabr 2012 – 19 mart 2013-cü il tarixlərində efirə çıxmışdır. Bu müddətdə növbəti 24 seriya nümayiş olunmuşdur.
Qeyd: Obrazların adları titrlərdə göstərilməyib.