Solmaz Qurban qızı Musayeva (10 aprel 1928, Bakı – 21 oktyabr 2016) — teatr rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2007).
Solmaz Musayeva | |
---|---|
![]() | |
Doğum tarixi | 10 aprel 1928(1928-04-10) |
Doğum yeri | |
Vəfat tarixi | 21 oktyabr 2016(2016-10-21) (88 yaşında) |
Fəaliyyəti | rəssam |
Təhsili |
Azərbaycan Dövlət Rəssamlıq Məktəbi; Leninqrad Ali Rəssamlıq Məktəbi |
Mükafatları |
![]() |
Solmaz Musayeva 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açmışdır. 1947–1952-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. 1953–1955-ci illərdə təhsilini Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinin dekorativ-tətbiqi sənət fakültəsində davam etdirmişdir. 1965-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.
Solmaz Musayeva 21 oktyabr 2016-cı ildə vəfat etmişdir.