Türkiyədə koronavirus pandemiyası 2020 — 11 mart 2020-ci il tarixdə Türkiyədə ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu (UTC+03:00).[1]
Türkiyədə COVID-19 pandemiyası | |
---|---|
![]() | |
![]() | |
İlk qarşılaşma | 11 mart 2020 |
![]() |
Türkiyənin bütün şəhərlərində ictimai yerlərdə və ictimai nəqliyyatda kütləvi dezinfeksiya işləri həyata keçirilməyə başlanır. İstanbul bələdiyyəsi şəhərin metrobus dayancaqlarında əl üçün antiseptik vasitələrin quraşdırılması barədə qərar qəbul edir.[9]
Həmçinin, Milli Təhsil Nazirliyi məktəblərdə virus əleyhinə xüsusi dezinfeksiyaedici maddələrdən istifadə olunduğu barədə bəyanat yayır. Nazir Ziya Səlcuq məktəblərdə təmas üçün açıq olan hər bir səthin təmizləndiyini, gündəlik 100 ton dezinfeksiyaedici vasitə istehsal edən peşə məktəblərinin məktəbləri dezinfeksiyaedici maddələrlə təmin etdiyini bildirdi.
11 mart 2020-ci il səhər saatlarında səhiyyə naziri Fəxrəddin Qoca Avropada səyahət edərkən virusa yoluxmuş Türkiyə vətəndaşının ölkənin ilk koronavirus hadisəsi olduğunu açıqladı.[1] Xəstə, adı açıqlanmayan xəstəxanada təcrid olunmuş halda yerləşdirildi və onun ailə üzvləri nəzarət altına alındı.[1]
12 martda mətbuat konfransı keçirən nazir Səlcuq təhsil müəssisələri bağlandıqdan sonra bütün məktəblərdə dezinfeksiya işlərinin aparılacağını bəyan etdi. Həftəlik tədris planının qurulacağını və lazımi təlim və təhsil dəstəyinin internetdə EBA, televiziyada isə TRT tərəfindən veriləcəyini və təhsil proqramlarında fasilələrin və gecikmələrin qarşısını almaq üçün lazım olan istənilən tədbirləri görəcəklərini söylədi.