Tatyana Aleksandrovna Bayeva (rus. Татьяна Александровна Баева; 7 fevral 1947, Norilsk, Krasnoyarsk diyarı – 6 fevral 2025[1]) — SSRİ-də insan haqları hərəkatında iştirak edən sovet dissidenti, 1968-ci ildə Çexoslovakiyaya qoşun yeridilməsinə qarşı Qırmızı meydanda keçirilən icazəsiz "Yeddilər nümayişi"nin səkkizinci iştirakçısı olub və buna görə siyasi repressiyaya məruz qalmayan yeganə şəxs.[2]
Tatyana Bayeva | |
---|---|
Doğum tarixi | 7 fevral 1947(1947-02-07) |
Doğum yeri | |
Vəfat tarixi | 6 fevral 2025(2025-02-06)[1] (77 yaşında) |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | dissident |
O, məşhur biokimyaçı Aleksandr Aleksandroviç Bayev və onun ikinci həyat yoldaşı Yekaterina Vladimirovna Kosyakinanın (qızlıq soyadı Yankovskaya) ailəsində anadan olub. Valideynlər Bayevin ilk işinə görə həbs cəzası çəkdiyi və yerli xəstəxanada həkim olduğu Norilskdə tanış olublar. Ailə nəhayət, yalnız 1954-cü ildə İosif Stalinnin ölümündən sonra Moskvaya qayıda bildi.[2] Məktəbi bitirdikdən sonra Tatyana Tarix və Arxiv İnstitutunun qiyabi şöbəsinə daxil olub.
Moskvada Tatyana Bayeva İrina Yakirlə dost idi, tez-tez onun evinə baş çəkdi və orada Natalya Qorbanevskaya ilə görüşmüşdü. Güman edilir ki, Bayeva ondan Varşava Müqaviləsi qoşunlarının Çexoslovakiya Sosialist Respublikasına daxil edilməsinə qarşı Qırmızı Meydanda keçiriləcək nümayiş haqqında məlumat alıb. P. M. Litvinovun sözlərinə görə, Bayeva nümayişdə iştirak etmək üçün Pyotr Yakir tərəfindən dəvət olunub.[3] Bunu Larisa Boqoraz da təsdiqləyir. Onun xatirələrinə görə, Yakir Bayevadan tədbir iştirakçılarına gələ bilməyəcəyi ilə bağlı xəbərdarlıq etməsini xahiş edib. "O, özü qaldı: ‘Mən getməyəcəyəm, səninlə olmaq istəyirəm. Artıq onu inandırmağa vaxtımız yox idi," — deyə Boqoraz xatırlayırdı.[4]. Nümayiş zamanı mülki geyimli bir şəxs Viktor Fainberqin dörd ön dişini zərbə ilə vurub sındırdı, bundan sonra Bayeva çöməldi və qanlı üzünü dəsmal ilə sildi.[5] Bayeva saxlanılan zaman təsadüfi yoldan keçən Mixail Vladimiroviç Leman onun müdafiəsinə qalxdı və nəticədə onu da saxladılar.[6] Bayevanın xatırladığı kimi, o, özünü maşında "səhvən əsir düşən qorxmuş bir gənc kimi" hiss etmişdi.[5]
Bayeva üçün bu, artıq onun nümayişdə üçüncü iştirakı idi.[5] Buna baxmayaraq, Tatayana Aleksandrovna digər etirazçılarla birlikdə Qırmızı meydandan tutularaq aparıldığı 50-ci polis bölməsində sorğu-sual zamanı təsadüfən Qırmızı meydanda olduğunu bildirməyə qərar verdi. Larisa Bogoraz xatırlayırdı: "Biz Tatyana Bayevanı razı sala bildik və o, təsadüfən Qırmızı meydanda olduğunu bildirdi".[4] Qorbanevskaya həmçinin bu haqda belə danışırdı: "Biz onu qurban olmaqdan xilas etdik".[7] Tatyana Bayeva sonralar özü yazırdı ki, bu hekayədən çıxmağa çalışmaq təşəbbüsü ondan gəldi. O, Larisa Boqoraza üz tutaraq deyib: "Lara, çıxmağa çalışmalıyam?" Borqaz isə ona cavabında — "Əlbəttə, qız, əsas iş artıq görülüb!" — deyə cavab verib.[5] Bayevanın evində üç saatlıq axtarış aparılıb. Nümayişdən bir həftə sonra o, Moskva Tarix-Arxiv İnstitutunun qiyabi şöbəsindən xaric edili.[5]
Natalya Qorbanevskaya, "Günorta" kitabını hazırlayan zaman, Bayevanın iştirakı ilə bağlı hər hansı bir qeydlərdən ehtiyatla yayınmışdı, nəticədə avqustun 25-də olan bu tarixi hadisə "yeddilərin nümayişi" kimi tanındı. Lakin sonralar kitaba Bayevanın nümayişdə iştirakı ilə bağlı kiçik bir fraqment ("Nümayişin səkkizinci iştirakçısı Tanya Bayevanın hekayəsi"[5]) daxil edildi.[5]
1969-cu ildə Bayeva Çexoslovakiya Sosialist Respublikasının işğalının birinci ildönümü ilə əlaqədar bəyanat imzaladı və 1976-cı ildə S. A. Kovalevin müdafiəsi üçün bəyanat imzaladı. O, həbslərə, axtarışlara və sorğu-suallara məruz qalıb. Cinayət işi açılsa da, tezliklə bu işlərə xitam verildi. 1968-ci ildə ona antisovet fəaliyyətini dayandırmağın zəruriliyi barədə xəbərdarlıq edildi. Tatayana Aleksandrovna 1972, 1974 və 1979-cu illərdə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Dövlət təhlükəsizlik orqanları tərəfindən xəbərdarlıqlardan qabaqlayıcı tədbir kimi istifadə edilməsi haqqında" fərmanı əsasında "dərş edilməməsi" möhürü ilə oxşar "xəbərdarlıqlar" alıb.
Tatyana Bayeva 1992-ci ildə ABŞ-a mühacirət etdi və Nyu-Cersidə məskunlaşdı.[4]
2 fevral 2025-ci ildə Tatayana Aleksandrovna Bayeva 77 yaşında vəfat etdi.[8][9] O, Moskvada Kuntsevo qəbiristanlığında atasının məzarının yanında dəfn edilib.[10]
Qardaşı — Aleksey Aleksandroviç Bayev (15 avqust 1945-ci ildə anadan olub, Norilsk[2])