Natalya Yegeniyevna Gorbanevskaya (rus. Ната́лья Евге́ньевна Горбане́вская; 26 may 1936[1][2], Moskva, SSRİ – 29 noyabr 2013[3][4][…], Paris, Fransa) — Rusiya şairi və tərcüməçisi, hüquq müdafiəçisi, ictimai xadim, SSRİ-də dissident hərəkatının iştirakçısı.
Natalya Qorbanevskaya | |
---|---|
![]() | |
Doğum tarixi | 26 may 1936(1936-05-26)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 29 noyabr 2013(2013-11-29)[3][4][…] (77 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | dilçi, şair, kitabxanaçı, jurnalist, tərcüməçi, yazıçı, insan hüquqları fəalı |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() |
![]() |
O, 25 avqust 1968-ci ildə Çexoslavakiyaya sovet qoşunlarının yeridilməsinə qarşı nümayişin iştirakçısı. Onlarla şeir kitabının müəllifi olub. Natalya Qorbanevskaya polyak, çex, slovak və fransız dillərindən xeyli sayda bədii əsəri rus dilinə tərcümə edib.[5]
Natalya Qorbanevskayanın valideynləri rəsmi nigah bağlamamışdı. Onun anası milliyətcə rus Yevgeniya Semyonovna Qorbanevskaya kitabxanaçı, atası milliyətcə yəhudi idi. Atası Böyük Vətən müharibəsində cəbhədə həlak olmuşdu.[6]
Qorbanevskaya 1953-cü ildə Moskva Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub və ədəbi emalatxanada təhsil alıb. Gorbanevskayanın şeirlərinin ilk nəşrləri fakültənin divar qəzetində olub.[7] Bu şeirlər tənəzzül və totalitar sistem haqda olduğundan, Qorbanevskaya bədən tərbiyəsi imtahanından keçə bilmədiyi bəhanəsi ilə universitetdən xaric edilir. O, bir müddət Sovetskdə proyeksiyaçılar hazırlanan texniki məktəbdə oxuyub. Sonradan Moskvaya qayıdaraq yenidən 1956-cı ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.[6]
1956-cı ilin dekabrında o, SSRİ-nin Macar inqilabına silahlı müdaxiləsinə etiraz edən vərəqələr yaydıqlarına görə həbs edilmiş Andrey Terexin və Vladimir Kuznetsovla tanışlığı ilə əlaqədar DTK tərəfindən saxlanılıb. O, üç gün sonra sərbəst buraxılıb. Qorbanevskaya Terexin və Kuznetsovun məhkəməsində ittiham tərəfinin şahidi kimi iştirak edib. Sonradan etirafına görə qəflətən onun daxilində “komsomol şüuru işə düşüb” və o, ifadə verməyə başlayıb: “Bu, mənim həyat hekayəmdə bağışlamadığım ən qaranlıq məqamdır”.[8] 1957-ci ilin payızında o, dərsdən yayındığına görə ikinci dəfə Moskva Dövlət Universitetindən qovulub.[6]
O, 1958-ci ildə Leninqrad Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub[6] və 1964-cü ildə oranı filoloq, orta məktəblərdə rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.[9] Moskvada kitabxanaçı, biblioqraf, texniki və elmi tərcüməçi kimi işləyib.
Natalya Qorbanevskaya məşhur disidentlər Aleksandr Ginzburg və Yuri Qalanskov ilə tanış idi və samizdat materiallarının çapı ilə məşğul idi. Qorbanevskaya 1961-ci ildə ilk oğlunu, 1968-ci ildə isə ikinci oğlunu dünyaya gətirib.[6]
1959-cu ildən Qorbanevskayanın şeirləri Samizdatda yayılır. Onlar Yuri Qalanskov tərəfindən tərtib edilmiş "Sintaksis" jurnalına (Aleksandr Ginzburq tərəfindən nəşr olunurdu), "Feniks" almanaxlarına (1961 və 1966) daxil edilib. Qorbanevskayanın şeirləri sovet mətbuatında demək olar ki, dərc olunmurdu. 1969-cu ildən onun şeir topluları Qərbdə nəşr olunur.[7]
Natalya Qorbanevskaya 1967-ci ildə və 1968-ci ilin əvvəllərində o, “dördünün məhkəməsi” ilə bağlı petisiya kampaniyasında iştirak etdi və ideoloji səbəblərə görə təqib olunan digər şəxslərin müdafiəsi üçün çıxış etdi. 1968-ci ilin fevralında Qorbanevskaya zorla Kaşçenko adına psixiatriya xəstəxanasına yerləşdirildi, lakin tezliklə evə buraxıldı.[10]
O, 1968-ci ildə samizdat bülleteninin "Cari hadisələrin xronikası"nın ilk nömrəsinin təşəbbüskarı, müəllifi, redaktoru və makinaçısı olub. İlk on nömrə Qorbanevskayanın redaktorluğu ilə nəşr edilib.[7]
SSRİ-də İnsan Hüquqlarının Müdafiəsi üzrə Təşəbbüs Qrupunun yaradılmasında iştirak edib və onun üzvü olub.[7]
25 avqust 1968-ci ildə Sovet qoşunlarının Çexoslovakiyaya yeridilməsinə qarşı keçirilən nümayişin iştirakçısı olub. O, nümayişə körpə uşağı ilə uşaq arabasında gəlib. Nümayişdə Qorbanevskayadan başqa, K.Babitski, Tatyana Bayeva, Larisa Boqoraz, V.Delone, V.Dremlyuqa, P.Litvinov və V.Faynberq iştirak ediblər. Qorbanevskaya özü ilə evdə hazırlanmış Çexoslovakiya bayrağı və iki əlyazma plakat gətirib: "Yaşasın azad və müstəqil Çexoslovakiya!" (çex dilində) və "Sizin və bizim azadlığımız üçün!" (rus dilində).[11] Digər nümayişçilərlə birlikdə saxlanılıb, lakin həmən gün sərbəst buraxılıb. O, "ictimai qaydanı kobud şəkildə pozan qrup hərəkətləri" ilə ittiham olunub. Onun öhdəsində körpə uşaq olduğundan üçün digər nümayişçilərlə birlikdə məhkum edilməyib.[12]
Psixiatrik müayinənin “ləng şizofreniya ehtimalını istisna edə bilmədiyi” qənaətinə əsasən, o, dəli elan edildi və anasının himayəsinə verildi.[13][14] Bundan çox əvvəl, 1958-ci ildə Gorbanevskaya, öz təşəbbüsü ilə iki həftə psixiatriya xəstəxanasında yatdı. Ona şübhəli şizofreniya diaqnozu qoyuldu və psixiatrik qeydiyyata alındı, lakin onun həkimi ona dedi ki, çox güman ki, şizofreniya deyil, yalnız psixotik epizod keçirib.[15] 1969-cu ilin sonunda Qorbanevskaya Moskvanın baş psixiatrı İ.K.Yanuşevskidən arayış əldə etdi. Yanuşevskinin verdiyi arayışda onun şizofreniya xəstəsi olmadığı və psixiatriya xəstəxanasına yerləşdirilməsinə ehtiyac olmadığı yazılırdı.[7] 19 noyabrda ona qoyulan diaqnozda qeyd edilirdi: “Xəstənin xəstəlik tarixinin öyrənilməsi, 10 ildən artıq davam edən təhlillər və müayinələr əsasında şizofreniya ilə bağlı heç bir dəlil yoxdur”.[16]
1968-ci il avqustun 25-də nümayiş zamanı saxlanılan Qorbanevskaya azadlığa buraxıldıqdan az sonra Qərb qəzetlərinin, xüsusən də “Rude Pravo”, “Unita” və “Morning Star” qəzetlərinə məktub göndərdi: "Mən və yoldaşlarım sevinirik ki, bu nümayişdə iştirak edə bildik, cilovsuz yalanların və qorxaq sükutun axınından bir anlıq da olsa keçə bildik və sovet xalqı adına törədilən zorakılıqla heç də ölkəmizin bütün vətəndaşlarının razı olmadığını göstərə bildik. Ümid edirik ki, Çexoslovakiya xalqı bunu öyrənib və öyrənəcək. Sovet xalqı haqqında düşünəndə çexlərin və slovakların təkcə işğalçılar haqqında deyil, həm də bizim haqqımızda düşünəcəyinə inam bizə güc və cəsarət verir”.
Növbəti həbsindən əvvəl o, nümayiş haqqında “Günorta: 25 avqust 1968-ci il Qırmızı Meydanda nümayişin işi” adlı sənədli kitab tərtib etməyə müvəffəq oldu (kitab Frankfurt-Maynda nəşr olunub, 1970)[12] Kitabda həmin günün hadisələrinin xronikası canlandırılıb və istintaqın gedişi və bu siyasi məhkəmənin hökmü ilə bağlı bütün materiallar toplanıb. Kitab-sənəd əsas Avropa dillərinə tərcümə edilmiş və 1969-cu ildə SSRİ-də samizdat nəşrində nəşr edilib.[17]
O, 1969-cu il dekabrın 24-də “Sovet dövlətini və ictimai sistemini ləkələyən bilə-bilə yalan uydurmalar yaymaqda” ittiham edilərək həbs edilib. O, 1968-ci il avqustun 25-də keçirilən nümayişdə iştirak etməkdə, bu nümayiş haqqında məktub, “Pulsuz tibbi xidmət” essesini yazmaqda və yaymaqda, Təşəbbüs Qrupunun sənədlərini imzalamaqda və “Cari hadisələrin xronikası”nın nəşrində iştirak etməkdə ittiham olunub.[7] O, xidməti vəzifələrini yerinə yetirərkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etməkdə də ittiham olunub, ona görə ki, o, axtarış zamanı müstəntiqin əlindən Anna Axmatova[15] tərəfindən hazırlanmış titul vərəqli Axmatova rekviyeminin nüsxəsini qoparmağa başlayıb və təsadüfən Qorbanevskaya beş yaşlı oğlunun karandaşını yonan zaman istəmədən müstəntiqin əlini ülgüclə cızıb.[18]
O, Butırka həbsxanasında saxlanılıb.[7][15] 1970-ci ilin aprelində V. P.Serbski adına Məhkəmə Psixiatriya İnstitutunda məhkəmə ekspertləri tərəfindən kliniki qeydlərdə xəstəxanaya yerləşdirməni zəruri edən hər hansı psixopatoloji xəstəlik qeyd edilmədiyi üçün ona “ləng şizofreniya” diaqnozu qoyulub[19] Lakin sonradan Fransa psixiatrları sənədləri yoxlanılaraq, onu yenidən qiymətləndirib. Onların gəldiyi nəticə bu olmuşdur ki, Qorbanevskayada həm müayinə zamanı, həm də ondan sonra müalicə zamanı şizofreniya əlamətləri olmayıb.[15][19] Qorbanevskaya 1971-ci ilin yanvarından 1972-ci ilin fevralına qədər Kazan Xüsusi Psixiatriya Xəstəxanasında və Serbski adına Psixatriya İnstitutda məcburi müalicə olunub.[15]
1971-ci ildə Qorbanevskaya 1968-ci ilin martında yazılmış və SSRİ-də psixiatriyadan sui-istifadəyə həsr olunmuş "Pulsuz tibbi yardım" essesini "Dəliliklə edam edildi" kitabında nəşr etdi.[20] O, insan hüquqları sahəsində fəaliyyətini davam etdirdi: G. G.Superfin, L.İ.Plyuşiç (1974) müdafiəsi üçün məktublar imzaladı və "Chronicle of Current Events"[21] ilə əməkdaşlığa başladı.
Natalya Qorbanevskaya 17 dekabr 1975-ci ildə mühacirət etdi[22] və Parisdə məskunlaşdı. O, dərhal “Continent” jurnalının redaksiyasında işləməyə başladı. Orada əvvəlcə məsul katib, sonra baş redaktorun müavini oldu.[22] Bir neçə şeir toplusu nəşr etdirə bildi.[22] O, Azadlıq radiosunun ştatdankənar əməkdaşı olub və 1980-ci illərin əvvəllərindən 2003-cü ilə qədər “Russkaya Mısl” qəzetində işləyib. O, “Yaddaş” tarixi toplusunun (1976-1981) xarici nümayəndəsi olub.[21] 1999-cu ildən Varşavada rusdilli “Yeni Polşa” jurnalının redaktoru və redaksiya heyətinin üzvü olub, orada müəllif və tərcüməçi kimi nəşr edilib.[5]
O, əsasən "Amnesty International"ın təşkilatının dəvəti ilə Fransada bir çox siyasi nümayişlərdə iştirak edib. Vladimir Bukovski azad edildikdən sonra və onun dəstəyi ilə Vladimir həbsxanasının siyasi məhbuslarını qorumaq üçün Vladimir qrupunun yaradılmasında iştirak edib.[11]
1990-cı ilin avqustunda Çexoslovakiyanın paytaxtı Praqa Qorbanevskayaya və 1968-ci il nümayişinin digər iştirakçılarına şəhərin fəxri vətəndaşı adı verdi.[11]
Qorbanevskaya 1990-cı ildən Rusiyada nəşriyyatla məşğul olur və postsovet dövründə o, müntəzəm olaraq vətəninə səfər edirdi.[22] 1990-cı ilin oktyabrında o, "Roma müraciəti"ni imzalayıb.
O, 2005-ci ilin aprelində Polşa vətəndaşlığını alıb. Oğlu Yaroslavın sözlərinə görə, məsələ belə olub: "Anam Fransada, Parisdə yaşayırdı və bir çox həmsöhbətinə deyirdi ki, əgər Fransa vətəndaşlığı olsaydı, təbii ki, o, bunu qəbul edərdi. Parissiz yaşaya bilməzdi. Lakin o, Fransa vətəndaşlığını qəbul etmək istəmədi, çünki nə bu ölkənin siyasəti, nə də Fransa vətəndaşlığı onu cəlb etmirdi, baxmayaraq ki, o, Fransadakı həyatından kifayət qədər razı idi. Və bu, bir dəfə Polşada, "İrji Giedroic" mükafatının təqdimat mərasimində belə hadisə baş verdi. O, Polşa prezidentinin də iştirak etdiyi mükafatlandırma mərasiminə gəlmişdi. <…> Həmin mərasimdə anam qəflətən Polşa prezidentinə üz tutdu: “Mənə Polşa vətəndaşlığını verəcəksən?”[23]
“Onlar azadlığı seçdilər” sənədli televiziya serialının iştirakçısı olub (rejissor Vladimir Qaramirzə, 2005).[24]
3 iyun 2008-ci ildə o, Avropa Vicdanı və Kommunizmi haqqında Praqa Bəyannaməsini imzalayıb. 23 oktyabr 2008-ci ildə Natalya Qorbanevskaya Lublin Maria Curie-Skłodowska Universitetində fəxri doktor (doctor honoris causa) adına layiq görülüb.[25][26][27][28]
Qorbanevskaya 2010-cu ildə "Rus mükafatı" beynəlxalq ədəbi müsabiqəsinin şeir kateqoriyasında laureatı olub. 2011-ci il aprelin 27-də Moskvada Rusiyanın birinci Prezidenti Boris Yeltsinin həyat yoldaşı ona "Ruhum torpağa yapışır. Şeirlər toplusu 1956-2010" kitabına görə mükafat təqdim edib.[29]
2013-cü il avqustun 25-də, 45 il sonra Qorbanevskaya yenidən bir qrup müxalifətçinin tərkibində Qırmızı meydanda "Sənin və bizim azadlığın üçün" şüarı altında keçirilən nümayişdə iştirak edib. Nümayiş 1968-ci il etirazının 45-ci ildönümünə həsr olunmuşdu. Nümayişin şüarı olan pankart "Lobnoye Mesto"da 12 nəfərlik qrup tərəfindən açılıb, onlardan 10-u polis tərəfindən saxlanılıb. O zaman mətbuatın yazdığına görə, polis Qorbanevskayaya toxunmayıb.[30][31]
22 oktyabr 2013-cü ildə Qorbanevskaya Çarlz Universitetinin Fəxri Medalı ilə təltif edilib və bu medal onun demokratiya, azadlıq və insan hüquqları uğrunda mübarizəyə uzunmüddətli sadiqliyinin etirafı olub.[32]
Natalya Qorbanevskaya 29 noyabr 2013-cü ildə Parisdə vəfat edib.[33]
Parisdə Per-Laşez qəbiristanlığında dəfn olunub.[34] Dəfn mərasimində Polşa və Çexiyanın səfirləri iştirak ediblər. Rusiya Federasiyası dəfn mərasiminə öz rəsmi nümayəndələrini göndərməyib.[35]
Qorbanevskayanın poeziyasında siyasi mövzular mühüm rol oynayır, lakin bu xəttin həmişə faciəvi səslənən ənənəvi lirik mövzularla birləşdiyi şeirlər xüsusilə göstəricidir.[12] Xarakterik mövzulara müdafiəsizlik və insan qeyri-kamilliyinin ağrılı təcrübəsi, təklik motivləri və baş verənlərə görə şəxsi günah daxildir.[36]
Qorbanevskayanın lirikası etimoloji və ya kvazi etimoloji əlaqələr, paronimlər və alliterasiyalar üzərində bir oyun ilə xarakterizə olunur. Bu, Qorbanevskayanın yaradıcılığında musiqi mövzusunun xüsusi rolu ilə əlaqələndirilə bilər. Həmçinin sitatlardan məharətlə istifadə olunması da xarakterikdir ki, bəzi qısa şeirlər az qala sentonlara çevrilir. İşinin sonrakı mərhələsində Qorbanevskaya hətta ilk növbədə sitatların "mənbələrini" göstərməyə yönəlmiş şeirlərinə şərhlər yazıb. Onun kolleksiyalarından bəziləri, xüsusən də "Heather Color", sayğacın (klassik ölçülər çərçivəsində) "gevşetilməsi" ilə bağlı təcrübələrə malikdir.[12]
"Natalya" mahnısı N.E.Qorbanevskayaya həsr edilib. 1973-cü ildə Böyük Britaniyada yaşayan iranlı müğənni Şuşa Quppi tərəfindən yazılıb ("Hər mərhələdən" albomu, 1976) və Coan Baezin ifasında məşhurlaşıb.[37][38]
2014-cü ilin oktyabrında Lyudmila Ulitskayanın Natalya Qorbanevskayaya hısr edilmiş “Poetka” kitabı nəşr olundu: "Yaddaş haqqında kitab: Natalya Qorbanevskaya" (Moskva, AST, redaktə edən Yelena Şubina, 2014).[50]
28 oktyabr 2014-cü ildə çex dili məktəbinə Natalya Qorbanevskayanın adı verildi və ona Çex Prestiji dövlət imtahanını idarə etmək hüququ verildi.[51]
2016-cı ildə Kseniya və Kirill Saxarnov "Natalya Qorbanevskaya: "Mən qəhrəman deyiləm" sənədli filmini tamamladılar.
28 noyabr 2018-ci ildə “Uşaqlar üçün Qadınların Tarixi” komandası Natalya Qorbanevskaya haqqında uşaq kitabı nəşr etdi. İllüstrasiyaları Natalya Qorbanevskayanın nəvəsi Nyusya Krasovitskaya, mətni isə Lyubava Malışeva yazmışdı.[52]
2021-ci ildə (85 illik yubileyi ili) Moskva Qadın Muzeyi Natalya Qorbanevskayaya Qadın Tarixi Ayını həsr edib.
İnsan haqları fəaliyyəti
Poeziyası