Teatral həyat — Rejissor İlqar Nəcəfin filmi.
Teatral həyat | |
---|---|
![]() | |
Janr | dram |
Rejissor | İlqar Nəcəf |
Ssenari müəllifi | İlqar Nəcəf |
Baş rollarda |
Rasim Cəfərov Sevinc Həsənova |
Operator | Adil Abbasov |
Bəstəkar | Firudin Allahverdi |
Rəssam | Əziz Məmmədov |
İstehsalçı | Butafilm |
İlk baxış tarixi | 2009 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 20 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 2009 |
Rəng | rəngli |
Filmdəki hadisələr Sovet İttifaqı dağılandan sonrakı illərə təsadüf edir. Filmin qəhrəmanı əyalət teatrlarından birinin aktyorudur. Yaşadığı dövrün xaotik əhval-ruhiyyəsi onun xarakterinə, ruhi vəziyyətinə birbaşa təsir eləyib. Qəhrəman depressiya keçirir. Onun valideynləri də aktyor olub, uşaqlığı səhnədə keçib, səhnədə böyüyüb. Keçmişi çox yaxşı olub, amma indi düşdüyü mühit, təklik onu sıxır, psixoloji sarsıntı içindədir. O, həm də teatrdakı tərəf-müqabili Leylanı sevir.
Filmdə Gəncə Kukla Teatrının aktyorları çəkiliblər.
Filmin çəkiliş texnikası İrandan gətirilib. Elə filmin aşkarlanması da İranda həyata keçirilir.