Tevfik Esenç (türk. Tevfik Esenç; 1904, Hacıosman[d] – 7 oktyabr 1992, Hacıosman[d], Balıkəsir ili) — Türkiyə dilçisi, yazar, dövlət quluqçusu, Ubıx dilinin son danışıyıcısı.[1][2] O, Jorj Dümezil, G.K.Foqt və Mühəddin Kumahovun ubıx dilindən məlumatçısı olub. Baqrat Şinkubanın "Gedənlərin sonuncusu" romanının baş qəhrəmanının prototipidir.
Tevfik Esenç | |
---|---|
türk. Tevfik Esenç | |
![]() Tevfik Esençin məzar daşı | |
Doğum tarixi | 1904 |
Doğum yeri |
|
Vəfat tarixi | 7 oktyabr 1992(1992-10-07) |
Vəfat yeri |
|
Dəfn yeri | Hacı-Osman kənd qəbiristanlığı |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | ubıx |
Dini | islam |
Fəaliyyəti | Dövlət qulluqçusu |
Tanınır | Ubıx dilini bilən sonuncu şəxs kimi |
Esenç Ginnesin Rekordlar Kitabına "dünyada 81 samitdən ibarət Qafqaz dilində danışan yeganə insan" kimi düşüb.[3]
Tevfik Esenç ubıx dili ilə yanaşı, adıq və türk dilini də bilirdi.[4] 1992-ci ildə ölümündən sonra Ubıx fəalların səylərinə baxmayaraq o ölü dilə çevrildi. Bu ölü dil hazırda Tevfik Esençin etdiyi araşdırmalar sayəsində tanınır.
Onun mənsub olduğu Zayşçi nəsli, hazırda müasir Kabardin-Balkarda Zaifovlar kimi təqdim olunur.
Tevfik Esenç Türkiyənin Hacı Osman kəndində anadan olub. Burada o, Ubıxiyada anadan olmuş, öz ana dilini yaxşı bilən babası İbrahimin yanında böyüyüb. Babası nəinki, ubıx dilini bilir, o, həmçinin Şimali Qafqazda mühacirlik dövründə ubıxların Osmanlı imperiyasına sürgün tarixini ətraflı xatırlayırdı. İstanbulda dövlət qulluğuna keçməzdən əvvəl Esenç doğulduğu kəndin icra başçısı olub. İstanbulda o, fransız dilçi Jorj Dümezil ilə işləmək imkanı qazanır. Mükəmməl yaddaşa və düşüncə aydınlığına malik olan Esenç alimlərə təkcə dil haqqında deyil, həm də Ubıxların mifologiyası, mədəniyyəti və adət-ənənələri haqqında çox şey danışıb. O, həmçinin adıq (çərkəz) və türkcənin xakuçi ləhcəsini mükəmməl bilirdi.
Jorj Dümezil Ubıx dili üzrə son əsəri olan “Le verbe oubıkh”ı (1975) Tevfik Esençlə birgə yazmışdır. O, gürcü qafqazşünas Giorgi Şaraşidze ilə ubıx dilini öyrənmək imkanı qazanıb.[2] Bu dövrdə Dümezil və Şaraşidze Esençin ubıx dilini bilməsini qeyd etmiş və onun ubıx dilində danışan səsini qeydə almışlar. Norveçli Hans Foqt,[5] ingilis Corc Hevitt,[6] abxaz Vyaçeslav Çirikba[7] və türk A.Sumru Özsoy da Esenç ilə Ubıx dili üzərində çalışıb.
Esenç 1992-ci il oktyabrın 7-nə keçən gecə 88 yaşında vəfat edib. O, həyat yoldaşı Əminə ilə birlikdə doğulduğu Hacıosman kənd qəbiristanlığında dəfn edilib.
Esençin məzar daşının üzərində belə bir yazı var: “Burada Ubıx dilini əbədiləşdirən, bu dildə yazıb-danışan sonuncu Ubıx Tevfik Esenç yatır” (türk. Vubıh dilini ölümsüzlestiren bu dili yazıp konusabilen son Vubıh).[8]
1994-cü ildə Boğaziçi Universitetində Dümezil və Esençin xatirəsinə həsr olunmuş Şimal-Qərbi Qafqazın dilçiliyinə həsr olunmuş konfrans keçirilmişdir.[9]
İsmet Arasan 1987-ci ilin sentyabrında Tevfik Esençin hekayəsindən və Ubıx dilinin faciəsindən bəhs edən "Son Sesler" sənədli filmini tamamlayıb. Baqrat Şinkubanın "Gedənlərin sonuncusu" romanı Tevfik Esençin həyatına həsr edilib. “Gedənlərin Sonuncusu” əsəri “Sonuncu Ubıx” adı ilə 1990-cı ildə türk dilində nəşr olunub.