. Love.az

Trinidad Ve Tobaqo Respublikasi - Wikipedia - Love.az

Ana Səhifə - Trinidad Ve Tobaqo Respublikasi
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Trinidad və Tobaqo (ing. Trinidad and Tobago) və ya rəsmi adı ilə Trinidad və Tobaqo Respublikası (ing. Republic of Trinidad and Tobago)— Karib hövzəsində Vest-Hind regionunda ada-dövlət. Ölkə iki əsas adadan Trinidad, Tobaqo və digər kiçik adalardan ibarətdir. Trinidad və Tobaqo Venesueladan şimal-şərqdə, Qrenadadan 130 km cənubda, Barbadosdan qərbdə yerləşir. Ərazisi 5,131 kvadrat kilometrdir. Paytaxtı Port-of-Speyn, ən böyük şəhəri Çaquanasdır.

Trinidad və Tobaqo Respublikası
ing. Republic of Trinidad and Tobago
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
«Together we aspire, together we achieve »
(isp. «Biz birlikdə talib edirik, birlikdə nail olarıq»)
Himn: Forged From the Love of Liberty
Rəsmi dilləri
  • ingilis dili
Paytaxt Port-of-Speyn
İdarəetmə forması Unitar parlament respublikası
Prezident Christine Kangaloo [ 20.III.2023 ]
Baş nazir Kamla Persad-Bissessar [ 1.V.2025 ]
Sahəsi Dünyada 171-ci
 • Ümumi 5,131 km²
Əhalisi
 • Əhali 1 240 min nəfər (152-ci)
 • Sıxlıq 241 nəf./km²
 • Ümumi 24.460.196.270 $[1], 27.899.082.337 $[1]
ÜDM (AQP)
 • Ümumi 42 200 millyon dollar  (111-ci)
 • Adambaşına 31 300 dollar  (54-cü)
Valyuta Trinidad və Tobaqo dolları
İnternet domeni .tt
ISO kodu TT
BOK kodu TTO
Telefon kodu +1868
Saat qurşaqları
  • UTC−04:00
Nəqliyyatın yönü sol[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Coğrafiyası
  • 3 İqtisadiyyatı
  • 4 İKT
  • 5 Nəqliyyat
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Tarixi

redaktə

Ölkə İngiltərədən 31 avqust 1962-ci ildə müstəqilliyini elan etmişdir. Konstitusiya isə bu istiqamətdə 1 avqust 1976-cı ildə qəbul edilmişdir.

Coğrafiyası

redaktə

Ölkə Karib adaları, Karib dənizi və Şimal Atlantik Okeanı arasında adalar, Venesuelaın şimal-şərqində yerləşir. Koordinat olaraq, 11 00 Şimal paraleli, 61 00 Qərb meridianında yerləşən ölkə xəritədə Orta Amerika və Karib adaları içində görsənir. Ölkənin hər iki adasının cəmi sahəsi 5.128 km²dir.

Ölkə heç bir başqa ölkə ilə quru qonşusu olmadığından, quru sərhədləri 0 km olaraq qəbul edilməkdədir. Sahil xətti 362 km-dir. Ancaq qabarma-çəkilmələr nəticəsində bu azalıb çoxala bilər. Bölgədə tropik iqlim hakimdir. Ərazi quruluşu düzənlik və dağlardan ibarətdir. Ölkədəki ən yüksək nöqtə 940 m ilə "Əl Cerro deş Aripo"dur.

Trinidad və Tobaqonun əsas sərvətləri neft, təbii qaz və asfaltdır. Ərazinin %15-i əkinçiliyə uyğundur və %2-ində otlaqlar təşkil etməkdədir. Ölkənin %46-i meşəlikdir. Ölkənin 220 km²'si sulana bilir.

İqtisadiyyatı

redaktə

Pul vahidi Trinidad və Tobaqo dollarıdır.

İKT

redaktə

Ölkədə 243.000 ətrafında telefon xətti var. Ölkənin telefon kodu isə 1868-dir.

Nəqliyyat

redaktə

Ölkədə 8.320 km quru yolu şəbəkəsi var. Ölkədə hər hansı bir kanal yoxdur. Ölkədə xam neft daşıyan 1.032 km; neft məhsulları daşıyan 19 km və təbii qaz daşıyan 904 km boru xətti mövcuddur. Ölkədə "Pointe-a-Pierre", "Point Fortin", "Point Lisas", "Port-of-Spain", "Scarborough" və "Tembladora" limanları mövcuddur. Ölkədə 6 havalımanı var.

İstinadlar

redaktə
  1. ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  2. ↑ Google Books (çd.). 2005.

Xarici keçidlər

redaktə
  • ILGA Arxivləşdirilib 2007-02-05 at the Wayback Machine
   Trinidad və Tobaqo ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Trinidad_və_Tobaqo&oldid=8125905"
LOVE.AZ