. Love.az

Ukrayna Usyan Ordusu - Wikipedia - Love.az

Ana Səhifə - Ukrayna Usyan Ordusu

Ukrayna Üsyan Ordusu (Ukr: Ukraїnska povstanska armіya/qısaca: UPA) — İkinci Dünya müharibəsi zamanı Ukraynada nasistlərin dəstəyi ilə təşkil edilmiş və ölkədəki bütün etnik qruplara qarşı kütləvi qırğınlar və soyqırım hərəkatları ilə məşğul olan millətçi ordudur.[1] 1942-ci ilin oktyabrında təşkil edilən ordu, xüsusilə 1943-cü ildə Ukrayna Reyxkomissarlığı ilə birlikdə ruslara, polyaklara, yəhudilərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə qırğın siyasəti həyata keçirmişdir.

Ukrayna Üsyan Ordusu
Українська повстанська армія
Loqonun şəkli
Daxildir Ukrayna Millətçiləri Təşkilatı
Qərargah
  • Qərbi Ukrayna
  • Polesye[d]
  • Ukrayna Reyxkomissarlığı
  • General-Qubernatorluq
  • Qalisiya
  • Podolye
  • Karpat
Döyüşlər
  • İkinci Dünya müharibəsində Şərq cəbhəsi[d],
  • Qərbi Ukraynada üsyançı hərəkat,
  • İkinci Dünya müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ukrayna Üsyan Ordusunun bayrağı

Ukrayna Üsyan Ordusunun ən mühüm təşkilatçılarından biri faşist Almaniyasının maliyyə dəstəyini alan Stepan Bandera idi. Millətçi Stepan Bandera, Taras Barovets (Taras Bulba) və Andrey Melnikin rəhbərlik etdiyi Ukrayna Üsyan Ordusu Ukrayna ərazisində İkinci Dünya müharibəsi zamanı bir çox soyqırım hərəkatlarında, xüsusilə Volin qırğınında xüsusi rol oynamışdır.

Mündəricat

  • 1 Fəaliyyətləri
  • 2 Ukraynanın UPA-ya münasibəti
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat siyahısı
  • 5 Xarici keçidlər

Fəaliyyətləri

redaktə

1939-cu il sentyabrın 12-də, Varşavanın süqutuna az qalmış Hitler qatarda Polşa xalqı və Ukraynadakı polyakların taleyi haqqında xüsusi görüş keçirmişdir. Hitlerin planı SSRİ-nin sərhədində Asiya ilə Avropa arasında III Reyxə bağlı bir bufer zona yaratmaq idi. Berlinin bu kukla dövlətinin sərhədləri şimalda Litvanın paytaxtı Vilnüsdən başlayıb, cənubda isə Ukraynanın Qalisiya və Volin vilayətlərinə qədər uzanacaqdı. İclasda nasist admiralı və məxfi xidmət olan Abverin rəhbəri Vilhelm Kanaris, Almaniyanın xarici işlər naziri İoahim fon Ribbentropa ukraynalı millətçilərin təşkilatlanması, polyaklara və yəhudilərə qarşı qiyam şəklində yeni qırğın siyasətinin həyata keçirilməsindən danışmışdır. “Kanaris Memorandumu” kimi tanınan bu çıxışın sənədləri və alınan qərarlar 1945-ci ildə Nürnberq məhkəməsində sübut kimi təqdim edilmiş və Kanarisin edamında mühüm rol oynamışdır.

İlk mərhələdə, 1939-cu ilin noyabrında 400 ukraynalı irqçi Komarne, Kirhendorfe Qakeshteyne və Abvera düşərgələrində təlimə başlamışdır. 1939-cu ilin dekabrında hərəkatın Krakov şöbəsinin rəhbəri Stepan Bandera və onun tabeliyində olan Andrey Melnik Ukraynada üsyan hazırlamaq üçün kuryer göndərdilər, lakin bu şəxs NKVD tərəfindən tutulmuşdur.

1940-cı ilin yanvarında Bandera ilk komandanı Ukraynaya göndərə bildi. Lakin bundan sonra göndərilmiş daha bir neçə qrup sovet sərhədçiləri tərəfindən əsir götürülmüşdür. 1940-cı il fevralın 10-da Stepan Bandera Krakovda Ukrayna Millətçiləri Təşkilatını təsis etmişdir. Onun bu təşkilatı yaratmaqda məqsədi sonradan Ukrayna Üsyan Ordusuna rəhbərlik edəcək Andrey Melnikin müstəqil fəaliyyət göstərməsi ehtimalından çəkinməsi idi. 1940-cı ilin martında üsyanı təşkil edə biləcək bir dəstə köçürülmüş və 1940-cı ilin aprel-may aylarında üsyan planlaşdırılmışdı, lakin bu üsyan NKVD tərəfindən başa düşülmüş və dərhal aradan qaldırılmışdır.

1941-ci ilin yazında faşist Almaniyası Sovet İttifaqına hücum planları hazırlayarkən, Stepan Bandera Krakovda millətçi qruplara təlim keçirdi. Nasistlər 1941-ci il iyunun 22-də Sovet İttifaqına hücum etdikdən sonra millətçilər iyunun 30-da qondarma Ukrayna dövlətini elan etmişdirlər. 1942-ci ilin oktyabrında onlar rəsmi olaraq Ukrayna Üsyan Ordusu kimi tanınan Ukrayna Üsyan Ordusunu təşkil etmişdirlər.

UPA İkinci Dünya müharibəsinin əvvəllərində faşist Almaniyası ilə əməkdaşlıq etsə də, onların əsas məqsədi həmişə SSRİ-dən ayrı olan müstəqil Ukrayna dövləti yaratmaq olmuşdur. Müstəqil Ukrayna ideyasından narahat olan nasist hökuməti isə Stepan Banderanı əvvəlcə iyulun 5-də ev dustağı etmiş,[2] sonra isə fəxri məhbus kimi Berlin həbsxanasına göndərmişdir.[3] Bundan sonrakı dövrdə – iyul ayının 12-də isə yeni yaradılmış Ukrayna Milli Hökumətinin baş naziri olan Yaroslav Stetsko da həbs edilərək Berlinə göndərilmişdir. İyul ayının 14-də həbsdən buraxılsalar da, onların hər ikisinə Berlini tərk etməməkləri haqqında xəbərdarlıq edilmişdi. Nasistlər həmçinin Berlin və Vyanada yerləşən bütün OUN-B ofislərini bağlamışdılar. 15 sentyabr 1941-ci ildə Stepan Bandera və digər aparıcı OUN-B liderləri Gestapo tərəfindən həbs edildilər.[4] 1942-ci ilin yanvar ayında Stepan Banderanın Zaksenhauzen həbs düşərgəsinə sürgün edilməsi və ondan əvvəlki həbs prosesinin təsiri ilə Nasist Almaniyası da Ukrayna Üsyan Ordusu üçün düşmən olmuşdur. Onlar müharibənin axırına qədər həm Sovet İttifaqına, həm də Nasist Almaniyasına qarşı hərbi hücumlar həyata keçirmişdirlər.

Bundan sonra ukraynalı millətçilər mərkəzləri Lvovda yerləşməklə Polşa, Belarus və Ukraynadakı etnik qruplara qarşı sistemli şəkildə soyqırım, zorlama və talanlara başlamışdırlar. Soyqırım hərəkatında irqçilərin ən mühüm hədəfləri polyaklar, yəhudilər, belaruslar və ruslar idi. Ukraynadakı Sovet hökumətini devirmək üçün qanunsuz olaraq sovet partizanlarına, Qırmızı Orduya qarşı da hücumlar təşkil etmişdirlər. Sovet İttifaqı İkinci Dünya müharibəsi zamanı bir tərəfdən nasist işğalçıları ilə, digər tərəfdən onlarla əməkdaşlıq edən satqın Ukrayna millətçiləri ilə mübarizə aparmalı olmuşdur. Bu üsyançıların qarşısı 1945-ci ildə alınarkən, onların başçılarından bəziləri qaçaraq qərbə sığınmışdırlar. UPA xüsusilə 1942-1949-cu illər arasında aktiv olsa da, Sovet İttifaqına qarşı mübarizə 1949-1956-cı illər arasında regional miqyasda, əsasən partizan müharibəsi şəklində davam etmişdir.

 
UPA təbliğat posteri. OUN/UPA-nın rəsmi salamlaması iki üfüqi xətt üzrə: ukr. Слава Україні!; azərb. Eşq olsun Ukraynaya‎ — ukr. Героям слава!; azərb. Qəhrəmanlara salam olsun‎. UPA əsgəri Sovet İttifaqı və Nasist Almaniyasının bayraqları üzərində dayanır

Ukraynanın UPA-ya münasibəti

redaktə

Sovet İttifaqı dövründə Ukrayna Üsyan Ordusu (UPA) işğalçı nasistlərlə əməkdaşlıq edərək Sovet hökumətini devirməyə cəhd etdiyi və etnik dinc əhaliyə qarşı qırğınlar törətdiyi üçün terror təşkilatı kimi tanınırdı. UPA-nın inzibati və komanda heyəti də vətən xaini elan edilib, tutulanlar mühakimə olunaraq edam edilmişdir. Lakin Ukrayna Sovet İttifaqından ayrıldıqdan sonra, 1995-ci ildə Lvov Şəhər Şurası ordunun yaranmasının ildönümünün Veteranlar Günü elan edilməsi barədə qərar qəbul etmişdir. Lakin yerli olaraq qəbul edilən bu qərar bütün Ukraynada qəbul edilməmişdir.[5]

Ukraynada 2004-cü ildəki Narıncı inqilabdan sonra hakimiyyətə gələn qərbyönlü hökumətlər UPA və onun görkəmli şəxslərinə bəraət qazandırmaq üçün müxtəlif fərmanlar vermişdirlər. 12 oktyabr 2007-ci ildə Ukrayna prezidenti Viktor Yuşşenko UPA komandanlığının şəxslərindən biri olan Roman Şuxeviçə qondarma milli müstəqillik mübarizəsinə verdiyi töhfələrinə görə “Ukrayna Qəhrəmanı” adı vermişdir.[6]

Lakin 2007-ci il dekabrın 3-də Xarkov Şəhər Şurasında çoxluq təşkil edən Regionlar Partiyasının üzvləri “İkinci Dünya müharibəsində faşist Almaniyası ilə əməkdaşlıq edərək bəşəriyyət və sülhə qarşı ən ağır cinayətləri törədən və Ukraynada kiçik bir azlığın nümayəndəsi olan bu satqın dəstənin qəhrəman elan edilməsi Ukrayna xalqına qarşı ədalətsizlik” olduğunu bəyan edərək, UPA-nın izzətlənməsinə, şöhrətlənməsimə heç bir şəkildə yol verilməyəcəyini və UPA adına ucaldılan abidələrin təşkilat tərəfindən dərhal məhv ediləcəyi bildirilmişdir.[7]

2010-cu il yanvarın 29-da prezident Viktor Yuşşenko Ukrayna üsyançı ordusunun “Ukraynanın müstəqilliyi uğrunda döyüşən döyüşçülər” kimi tanınması haqqında fərman vermişdir. 2010-cu il aprelin 21-də Donetsk İnzibati Məhkəməsi apellyasiya şikayəti vermiş və Roman Şuxeviçə verilmiş olan milli qəhrəman adının ləğv edilməsinə nail olmuşdur. 2 aprel 2011-ci ildə Donetsk rayon məhkəməsi Stepan Banderanın Ukrayna vətəndaşı olmadığını və qanuna müvafiq olaraq yalnız Ukrayna vətəndaşı olanların qəhrəman adını ala biləcəyini bəyan edərək, Yuşşenkonun qərarının etibarsız olduğunu elan etmişdir.

Lakin 2014-cü ildəki Ləyaqət inqilabından sonra hakimiyyətə gələn Avropa və ABŞ tərəfdarı hökumətin dəstəyi və UPA komandiri Roman Şuxeviçin oğlu Yuri Şuxeviçin təşəbbüsü ilə bütün UPA üzvlərinə müstəqillik döyüşçüsü statusu verilmişdir.[8][9]

İstinadlar

redaktə
  1. ↑ "Вєдєнєєв Д. Військово-польова жандармерія — спеціальний орган Української повстанської армії // Науково-популярний журнал «Воєнна історія», 2002 — № 5−6". 7 mart 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
  2. ↑ Taras Hunczak (1994). "OUN-German Relations 1941–1945". In Hans-Joachim Torke, John-Paul Himka, eds. German-Ukrainian relations in historical perspective. Edmonton, Alberta: Canadian Institute of Ukrainian Studies Press, University of Alberta. p. 178 (ingilis). 1994. 178.
  3. ↑ "Rossoliński-Liebe, Grzegorz (2010). "Celebrating Fascism and War Criminality in Edmonton. The Political Myth and Cult of Stepan Bandera in Multicultural Canada". ... "took Bandera into captivity on July 5, 1941. He was transported to Berlin, where he stayed under house arrest until September 15, 1941. He was subsequently arrested and kept in a Berlin prison as an honorary prisoner (Ehrenhäftling) until October 1943. From October 1943 to October 1944 Bandera stayed in Zellenbau,a part of the concentration camp Sachsenhausen for political prisoners. After Bandera was released he was once more allowed to collaborate."". "Celebrating Fascism and War Criminality in Edmonton. The Political Myth and Cult of Stepan Bandera in Multicultural Canada". Rossoliński-Liebe, Grzegorz. 2010.
  4. ↑ Rossolinski, Grzegorz. Stepan Bandera: The Life and Afterlife of a Ukrainian Nationalist: Fascism, Genocide, and Cult. ISBN (ingilis). Columbia University Press. 1 oktyabr 2014. İstifadə tarixi: 7 noyabr 2022.
  5. ↑ «Українські новини» Харьков не согласен со статусом ветеранов УПА // Сайт газеты «Дело» (delo.ua) 04.04.2007.
  6. ↑ "Указ президента Україны Виктора Ющенко № 965/2007. Про присвоєння Р. Шухевичу звання Герой України — 12.10.2007. // Официальный сайт Президента Украины (www.president.gov.ua)". İstifadə tarixi: 16 oktyabr 2017.
  7. ↑ "Харьковский облсовет признал ОУН-УПА фашистской организацией // Сайт «Новости@mail.ru» (news.mail.ru) 03.12.2007". 2 may 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2007.
  8. ↑ "Верховная Рада Украины приняла Закон «О правовом статусе и чествовании памяти борцов за независимость Украины в ХХ веке»". 16 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2017.
  9. ↑ "Рада признала правовой статус бойцов УПА". 15 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2017.

Ədəbiyyat siyahısı

redaktə

İngiliscə

  • Marples, David R. Heroes and Villains: Creating National History in Contemporary Ukraine. Budapest, New York: Central European University Press. 2007. 386. doi:10.1515/9786155211355. ISBN 9786155211355. JSTOR 10.7829/j.ctt2jbn86. LCCN 2008028692.
  • Davies, Norman. God's playground: a history of Poland: in two volumes, Vol. 2, Chapter 19. Oxford, New York: Oxford University Press. 2005. ISBN 0-19-925340-4.
  • Subtelny, Orest. Ukraine: A History. Toronto: University of Toronto Press. 1988. ISBN 0-8020-5808-6.
  • Taubman, William. Khrushchev: The Man and His Era. W. W. Norton & Company. 2004. ISBN 0-393-05144-7.
  • Jeffrey Burds (1997). "Agentura: Soviet Informants' Networks & the Ukrainian Underground in Galicia, 1944–48", East European Politics and Societies v. 11
  • Volodymyr Viatrovych, Roman Hrytskiv, Ihor Derevianyj, Ruslan Zabilyj, Andrij Sova, Petro Sodol'. The Ukrainian Insurgent Army: A History of Ukraine's Unvanquished Freedom Fighters (exhibition brochure). Lviv 2009.
  • Zhukov, Yuri. "Examining the Authoritarian Model of Counter-insurgency: The Soviet Campaign Against the Ukrainian Insurgent Army" (PDF). Small Wars & Insurgencies. 18 (3). 2007: 439–466. doi:10.1080/09592310701674416. ISSN 0959-2318. February 4, 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 January 2016.

Ukraynca

  • Антонюк Ярослав Діяльність СБ ОУН на Волині. – Луцьк : "Волинська книга", 2007. – 176 с.
  • Антонюк Ярослав Діяльність СБ ОУН(б) на Волині та Західному Поліссі (1946–1951 рр.) : Монографія. – Луцьк:"Надстир'я-Ключі", 2013. – 228 с.
  • УПА розпочинає активні протинімецькі дії (UIA Start the Active anti-German actions) (За матеріалами звіту робочої групи істориків Інституту історії НАН України під керівництвом проф. Станіслава Кульчицького)
  • Володимир В'ятрович, Ігор Дерев'яний, Руслан Забілий, Петро Солодь. Українська Повстанська Армія. Історія Нескорених. Третє видання. Львів (2011). ISBN 978-966-1594-03-5.
  • Петро Мірчук. Українська Повстанська Армія 1942–1952. Львів 1991. ISBN 5-7707-0602-3.
  • Юрій Киричук. Історія УПА. Тернопіль 1991.
  • С.Ф. Хмель. Українська партизанка. Львів 1993.
  • Іван Йовик. Нескорена армія. Київ 1995. ISBN 5-7707-8609-4.
  • Анатоль Бедрій. ОУН і УПА. New York – London – Munich – Toronto. 1983.
  • Litopys Online. The website of the chronicles of the Ukrainian Insurgent Army. Various works.
  • В´ятрович В. М. Друга польсько-українська війна. 1942–1947. – Вид. 2-е, доп. – К.: Вид. дім "Києво-Могилянська академія", 2012. – 368 с.

Polyakca

  • Wołodymyr Wiatrowycz, Druga wojna polsko-ukraińska 1942–1947, Warszawa 2013, ISBN 978-83-935429-1-8
  • Za to że jesteś Ukraińcem ... : wspomnienia z lat 1944–1947 / wybór, oprac., wstęp i posłowie Bogdan Huk. Koszalin [etc.] : Stowarzyszenie Ukraińców Więźniów Politycznych i Represjonowanych w Polsce, 2012. 400 s. : il.; 23 cm. ISBN 978-83-935479-0-6
  • Sowa, Andrzej. Stosunki polsko-ukraińskie 1939–1947. Kraków: Towarzystwo Sympatyków Historii. 1998. OCLC 48053561.
  • Motyka, Grzegorz. Ukraińska partyzantka 1942–1960 [Ukrainian partisans 1942–1960. Activities of the Organization of Ukrainian Nationalists and the Ukrainian Insurgent Army] (PDF) (polyak). Warszawa: ISP PAN / RYTM. 2006. ISBN 978-83-7399-163-7. January 2, 2023 tarixində arxivləşdirilib (PDF).
  • Motyka, Grzegorz; Wnuk, Rafał. Pany i rezuny: współpraca AK-WiN i UPA 1945–1947 (polyak). Warszawa: Oficyna Wydawnicza Volumen. 1997. ISBN 83-86857-72-2. November 28, 2022 tarixində arxivləşdirilib.
  • Kresowa księga sprawiedliwych 1939–1945 Arxivləşdirilib 20 aprel 2019 at the Wayback Machine

Xarici keçidlər

redaktə
  Vikianbarda Ukrayna Üsyan Ordusu ilə əlaqəli mediafayllar var.
  • Electronic archive of ukrainian liberation movement
  • UPA – Ukrainian Insurgent Army Arxivləşdirilib 25 fevral 2021 at the Wayback Machine
  • Ukrainian Insurgent Army, Encyclopedia of Ukraine
  • Chronicle of the Ukrainian Insurgent Army
  • ОУН-УПА. Легенда Спротиву. Arxivləşdirilib 26 noyabr 2015 at the Wayback Machine  (ukr.)
  • Postcards of Ukrainian Insurgent Army. Kyiv-Toronto, 2008.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ukrayna_Üsyan_Ordusu&oldid=8133239"
LOVE.AZ