. Love.az

Vikipediya Ana Sehife Xeberler Yanvar 2020 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Ana Sehife Xeberler Yanvar 2020


Layihə {{Xəbərlər}} səhifəsi vasitəsilə koordinasiya olunduğu üçün bu səhifə artıq aktiv deyil.


Xəbərlər arxivi


2014: Sentyabr - Oktyabr - Noyabr - Dekabr

2015: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr

2016: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr

2017: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr

2018: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr

2019: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr

2020: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr

2021: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr

2022: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr

2023: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr

2024: Yanvar - Fevral - Mart - Aprel - May - İyun


Bu gün 20 may 2025, Çərşənbə axşamı (İlin 21. həftəsi); bu an saat 17:33 UTC


Keşi təmizlə



1. Həftə
Qasım Süleymani
Qasım Süleymani
  • ABŞ Silahlı Qüvvələri tərəfindən Bağdad Beynəlxalq Hava Limanına endirilmiş raket zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymani (şəkildə) və Xalq Səfərbərlik Qüvvələrinin komandanı Əbu Mehdi əl-Mühəndisi öldürülüblər.
  • Hindistanın paytaxtı Dehlidə 120 il ərzində ən soyuq gün qeyd alınıb.
  • "Nissan" şirkətinin keçmiş icraçı direktoru, maliyyə cinayətində ittiham olunan Karlos Qosn Yaponiyadan Livana taxta yeşikdə qaçıb.
  • Pentaqon ABŞ-ın İraqdakı səfirlik işçilərinin təhlükəsizliyini təmin etmək üçün bu ölkəyə əlavə qüvvələr göndərib.
  • Emil Balayev Azərbaycanda ilin futbolçusu seçilib.
Son ölümlər: Əbu Mehdi əl-Mühəndisi, Qasım Süleymani, Çimnaz Babayeva, Yalçın Əfəndiyev, Yuri Lujkov

bax – müzakirə et – redaktə et – tarixçə


2. Həftə
Qəzaya uğramış təyyarənin 2019-cu ilin oktyabr ayında çəkilmiş fotosu.
Qəzaya uğramış təyyarənin 2019-cu ilin oktyabr ayında çəkilmiş fotosu.
  • Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 tipli təyyarə Tehran-Kiev reysini həyata keçirən zaman İran ordusunun açdığı Tor M1 zenit raket kompleksinin atəşi ilə vurulub. Qəza nəticəsində təyyarədə olan 176 nəfərin hamısı həlak olub.
  • Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl (şəkildə) kral ailəsi üzvlüyü statusundan imtina ediblər.
  • Avstriyanın hakimiyyət orqanları mağazalara istifadə müddəti bitmiş, lakin istifadəyə yararlı qida məhsullarını xeyriyyə təşkilatlarının ehtiyacları üçün pulsuz paylamaları barədə göstəriş verib.
  • Niderlandda Azərbaycan qadın milli voleybol komandası Bolqarıstana məğlub olaraq, 2020 Yay Olimpiya Oyunlarına lisenziya şansını itirib.
  • Avstraliyada davam edən meşə yanğınları nəticəsində 1 milyarddan çox heyvan ölüb.
Son ölümlər: Vəli Əliyev, Fəzilə Səmədova, Bahadur Tağıyev, Əbu Mehdi əl-Mühəndisi, Qasım Süleymani

bax – müzakirə et – redaktə et – tarixçə


3. Həftə
Mishustin
Mishustin
  • Rusiya Federasiyası Dövlət Duması Mixail Mişustinin (şəkildə) Baş nazir vəzifəsinə təyin olunmasını təsdiqləyib.
  • Britaniyanın baş naziri Boris Conson ölkənin bir hissəsi olan Şotlandiyanın baş naziri Nikola Stercenin bölgənin müstəqilliyinə dair ikinci referendum keçirmək ricasını rəsmən rədd edib.
  • Helsinkinin hava limanında ev heyvanları üçün iki yeni tualet açılıb.
  • İndoneziyanın Cənubi Sumatra əyalətinin tərkibində olan iki ada qlobal istiləşmə nəticəsində okean sularının altında qalıb.
  • Serbiyanın yeni tarixində ilk dəfə olaraq əhalinin sayı kritik həddə düşüb. BMT-nin proqnozlarına görə, Serbiya və qonşusu Bolqarıstan 2040-cı ilədək əhalilərinin 40 faizini itirə bilərlər.
Son ölümlər: Georgi Kutoyan, Tofiq Gülməmmədov, Vəli Əliyev, Fəzilə Səmədova, Bahadur Tağıyev, Əbu Mehdi əl-Mühəndisi, Qasım Süleymani

bax – müzakirə et – redaktə et – tarixçə


4. Həftə
Roberto Bordin
Roberto Bordin
  • "Coca-Cola" şirkəti İtaliyada istehsalını dayandıraraq qonşu Albaniyaya köçməyə qərar verib.
  • "Neftçi" baş məşqçisi Roberto Bordini (şəkildə) istefaya göndərib.
  • Niderland Kral Hava Yolları İran və İraq üzərindən uçuşları dayandırıb.
  • Finlandiya hökuməti inqilabdan sonra Rusiyaya gəlmiş və Stalin dövründə həlak olmuş yüz minlərlə finin taleyini araşdırmaq niyyətindədir.
  • Konqo Demokratik Respublikasının qərbindəki Mai Ndombe əyalətində 5 nəfər naməlum xəstəlikdən ölüb.
Son ölümlər: Georgi Kutoyan, Tofiq Gülməmmədov, Vəli Əliyev, Fəzilə Səmədova, Bahadur Tağıyev, Əbu Mehdi əl-Mühəndisi, Qasım Süleymani

bax – müzakirə et – redaktə et – tarixçə


5. Həftə
Roberto Bordin
Roberto Bordin
  • Anqolanın keçmiş prezidenti Joze Eduardu duş Santuşun qızı İzabel duş Santuş və kürəkəninin ölkənin var-dövlətini korrupsiya və qanun pozuntuları ilə istismar etdiyini ortaya çıxaran sənədlər bir sıra beynəlxalq media qurumlarına sızdırılıb.
  • Basketbolçu Kobi Brayant (şəkildə) Kaliforniyada helikopter qəzası nəticəsində dünyasını dəyişib.
  • Ədəbiyyat üzrə Nobel mükafatçısı Olqa Tokarçukun Polşadakı mənzili qarət edilib.
  • Çeçenistanda Ramzan Kadırovun pravoslav kahini geyimində foto kolajını yaymaqda şübhəli bilinən ən az 25 nəfər tutulub.
  • Çində koronavirusun indiyədək aşkar edilməmiş yeni növünə və Yeni il bayramına görə Uhan şəhərini 5 milyondan çox insan tərk edib.
Son ölümlər: Tofiq Qasımov, Kobi Brayant, Georgi Kutoyan, Tofiq Gülməmmədov

bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Ana_Səhifə:Xəbərlər/yanvar_2020&oldid=4983837"
LOVE.AZ