. Love.az

Vikipediya Bilirsinizmi 48 Hefte 2016 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 48 Hefte 2016

Vikipediya məqalələrindən

Tik-Tok personajı
Tik-Tok personajı
  • Laymen Frenk Baumun "Öz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan Tik-Tok (şəkildə) personajı ədəbiyyatda robotun ilk nümunələrindən hesab edilir.
  • Bir cənub şəhərində filmi yazıçı Rüstəm İbrahimbəyovun "9-cu Xrebtovı" povesti üzrə ekranlaşdırılmışdır və ssenaristin Azərbaycan kinosunda ilk işidir.
  • Banqladeşin ilk prezidenti olmuş Mucibur Rəhman Bangabandhu (benq. বঙ্গবন্ধু — Banqladeş xalqının dostu) adına layiq görülmüşdür.
  • Yalla qrupunun yaradıcısı Fərrux Zakirov 1991-ci ilin yayında SSRİ xalq artisti fəxri adı ilə təltif olunmağa təqdim edilir, lakin həmin ildə baş verən avqust hadisələri bu prosesin gerçəkləşməsinə imkan vermir.
  • Tahir Salahov tərəfindən 1960-cı ildə çəkilmiş Bəstəkar Qara Qarayevin portreti Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılır.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/48._Həftə_2016&oldid=7683439"
LOVE.AZ