. Love.az

Vikipediya Bilirsinizmi Aprel 2018 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi Aprel 2018

Bilirsinizmi arxivi


2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr

2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 19 may 2025, Bazar ertəsi (İlin 21. həftəsi); bu an saat 10:16 (UTC)
(yenilə)
Keşi təmizlə

14. Həftə

Vikipediya məqalələrindən

  • Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiya əsasında yaradılmış Miniatür Kitab Muzeyi (şəkildə bəzi eksponantlar) dünyada ilk özəl miniatür kitab muzeyidir.
  • 17 oktyabr 1814-cü ildə Londonda "Meux and Company" pivə zavoduna məxsus bir pivə sisternin partlaması nəticəsində ümumilikdə 1470 m³-dan çox pivə küçələrə dağılmış və bu hadisə tarixə London pivə seli adı ilə düşmüşdür.
  • 1998-ci ildə "Azanfilm" studiyasında çəkilmiş "Şopenin qayıdışı" sənədli filmi Yuzef Qoslavskinin tikdiyi binalara həsr olunmuşdur.
  • Manqaka Sakae Esuno tərəfindən yazılmış Future Diary manqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir.
  • Balıq əti və dəniz məhsullarından başqa ət yeməyən insanları bildirmək üçün istifadə olunan pesketarian termini 1990-cı illərdə iki sözün (it. pesce — balıq və ing. vegetarian) birləşməsindən yaranmışdır.

bax – müzakirə et – redaktə et – tarixçə


15. Həftə

Vikipediya məqalələrindən

  • Fikrət Əmirov tərəfindən bəstələnmiş Gülüstan-Bayatı-Şiraz simfonik muğamı ilk dəfə 8 oktyabr 1971-ci ildə, UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresi çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda səsləndirilmişdir.
  • Faberje Evi tərəfindən 1885-1917-cı illər ərəfəsində Rusiya çarları üçün Faberje yumurtası adlı silsilə zərgərlik məmulatları hazırlanıb.
  • Məskulaşma olmayan Staff adasında yerləşən Fingal mağarası dəniz dalğalarının abraziyası nəticəsində meydana gəlmişdir.
  • Sonsuz düyüm (şəkildə) işarəsinin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir.
  • Otuz altı stratagemin əsil yaranma tarixi e.ə. VI əsrdən başlayaraq, eramızın 500 -cü ilinə qədər davam etmişdir və ilk dəfə 1600-cü ildə naməlum müəllif tərəfindən külliyyat şəkilinə salınaraq "Müharibə sənəti: 36 stratagem" adı altında yazıya alınmışdır.
  • Nikola Teslanın işlərini və həyatını əks etdirmək üçün təsis olunan Nikola Tesla Muzeyi üçün ləvazimatlar 7 sentyabr 1951-ci ildə Belqrada Nyu Yorkdan gəmi ilə göndərilib.
  • Ənənəvi yapon spirtli içkisi olan Sake düyünün qıcqırdılması nəticəsində əldə edilir və əsasən isti halda içilir.

bax – müzakirə et – redaktə et – tarixçə


16. Həftə

Vikipediya məqalələrindən

  • İsrafil Aşurlu keçmiş SSRİ-nin beş ən hündür zirvəsinin hamısını fəth edib və Qar bəbiri mükafatını (şəkildə) qazanan ilk azərbaycanlıdır.
  • Versal sülh müqaviləsi Fransanın paytaxtı Parisdə yerləşən Versal sarayında imzalanmışdır.
  • Dünyanın ən iri muzeylərindən olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var
  • Pioner proqramına daxil olan Pioner 10 və Pioner 11 zondları bəlkə bir gün yadplanetlilər tərəfindən tapılacağı ümidi ilə üzərində kişi və qadın təsviri və kosmik zondların mənşəyi və yaradıcıları haqqında informasiya olan qızıl lövhə daşıyırlar.
  • Peşəkar İT mühəndislərdən biri olan Devid Bredli kompüteri yenidən yükləmək üçün istifadə edilən "Control+Alt+Delete" düymələr kombinasiyasının yaradıcısı kimi tanınır.
  • Reqressiya analizinin məqsədi bir asılı olan, və bir və ya bir neçə asılı olmayan dəyişənlər arasındakı münasibəti araşdırmaqdır.

bax – müzakirə et – redaktə et – tarixçə


17. Həftə

Vikipediya məqalələrindən

  • Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.
  • Yuan sülaləsinin əsasını qoymuş Xubilay xan 1260-cı ilin avqustunda "çao" adlanan ilk vahid kağız pulu yaradıb.
  • İslandca danışmaq mənasını verən "seqja" sözündən törəyən saqa sözünün lüğəvi mənası deyilən, söylənmiş deməkdir.
  • Sankt-Peterburqun mərkəzində yerləşən Rostral sütun (şəkildə) XIX əsrdə Rusiyanın şimal paytaxtının liman mayakı kimi istifadə olunmuşdur.
  • Vatikandakı Müqəddəs Pyotr bazilikasında saxlanılan məşhur "Pyeta" heykəli Romada təmsilçi olan Fransız kardinal Jan Bilyer de Laqraulasın himayəsi ilə Mikelancelo Buonarotti tərəfindən hazırlanmışdır.
  • Cənubi Amerika ərazisində yerləşən Uruqvay çayının adı Quarani dilindən tərcümədə "rəngli quşların çayı" mənasını verir.

bax – müzakirə et – redaktə et – tarixçə


18. Həftə

Vikipediya məqalələrindən

Merlion heykəli
Merlion heykəli
  • Malayziyada Sabah ştatının qərb sahilində yerləşən Kinabalu Milli Parkı 2000-ci ilin dekabrında UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır
  • Sinqapurun simvolu hesab edilən Merlion (şəkildə) xarici görünüşcə bədəndən balıq, başdan isə şir formasındadır.
  • Edo dövründə ukiyo-e rəssamı Katsuşika Hokusay tərəfindən çəkilmiş "Kanaqavada böyük dalğa" qravürü Yaponiya incəsənətinin ən tanınmış əsəri hesab olunur.
  • Vaşinqton ştatının bayrağı üzərində ABŞ prezidenti Corc Vaşinqtonun şəkli olan və tam yaşıl fona malik yeganə ABŞ ştat bayrağıdır.
  • Abşeron yarımadasından şərqdə yerləşən Qu adası Azərbaycan ərazisindəki iki hərfli tək toponimdir.

bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/aprel_2018&oldid=4391317"
LOVE.AZ