. Love.az

Vikipediya Heftenin Secilmis Siyahisi Iyul 2024 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Siyahisi Iyul 2024

Həftənin seçilmiş siyahısı arxivi

2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 16 may 2025, Cümə (İlin 20. həftəsi); bu an saat 15:45 (UTC)
(yenilə)
Keşi təmizlə

Fəal məzmun:

  • Seçilmiş məqalələr
  • Seçilmiş siyahılar
  • Seçilmiş portallar

Seçilmiş məqalə alətləri:

  • Həftənin seçilmiş məqaləsi
  • Həftənin yaxşı məqaləsi
  • Həftənin seçilmiş siyahısı
  • Seçilmiş məqalə şərtləri
  • Laboratoriya
  • Seçilmiş siyahı namizədləri
  • Seçilmiş məqalə namizədləri
Həmçinin bax
  • Vikipediya:Yaxşı məqalələr

27. Həftə
Azərbaycan medallarının siyahısı — Azərbaycanda mövcud olan medalların siyahısı. Ölkənin müdafiəsində, dövlət quruculuğunda, iqtisadiyyatda, elmdə, mədəniyyətdə, incəsənətdə, təhsildə, sağlamlığın, vətəndaşların həyat və hüquqlarının müdafiəsində, xeyriyyəçilik fəaliyyətində və dövlət qarşısındakı digər görkəmli xidmətlərində fərqlənən vətəndaşların mükafatlandırılması formasıdır. Hal-hazırda Azərbaycanda 99 medal mövcuddur. "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, "Qüsursuz xidmətə görə" medalı, "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı, "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı, "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" medalı, "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" medalı və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" medalı üç dərəcədən ibarətdir.

(Davamı...)

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


28. Həftə
Azərbaycanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı — (şəkildə Hirkan meşələri təsvir olunub) Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 1972-ci ildə yaradılmış UNESCO-nun Ümumdünya İrs Konvensiyasını imzalayan ölkələr tərəfindən irəli sürülmüş mədəni və ya təbii irs üçün müstəsna universal dəyərə malik Ümumdünya irslərini müəyyən edir.

Mədəni irs abidələrdən (memarlıq əsərləri, monumental heykəllər və yaxud yazılı abidələr), bina qruplarından və ərazilərdən (arxeoloji yerlər daxil) ibarətdir. Təbii xüsusiyyətlər (fiziki və bioloji formasiyalardan ibarət), geoloji və fizioqrafik birləşmələr (o cümlədən nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin məskunlaşdığı yerlər) və elm, mühafizə və ya təbii gözəllik baxımından mühüm əhəmiyyət kəsb edən təbiət əraziləri təbii irs kimi müəyyən edilir. Azərbaycan konvensiyanı 16 dekabr 1993-cü ildə ratifikasiya etmişdir.

(Davamı...)

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


29. Həftə
Türkiyədəki saat qüllələrinin siyahısı — Türkiyədə dəyərli və məşhur saat qüllələrinin toplusu. Saat qülləsi ənənəsi ilk dəfə Avropada XIII əsrdə başlamış, XVI əsrin sonlarında Osmanlı imperatorluğu torpaqlarına yayılmış və bugünkü Türkiyədə ilk saat qülləsi 1797-ci ildə Anadolu, Safranboluda ucaldılmışdır. Osmanlı imperiyasının yüksək zümrəsi II Mehmed dövründən başlayaraq mexaniki saatlardan istifadə etməsinə baxmayaraq, Osmanlı və Anadolu coğrafiyasında saat qülləsi anlayışının Avropaya nisbətən gec qəbul edilməsinin səbəbləri ilə bağlı fərqli şərhlər irəli sürülür. Əbdülhaq Adnan Adıvar bu vəziyyəti müəzzinlərin, xronometrlərin və qəyyumların öz əhəmiyyətlərini itirəcəkləri qorxusu ilə əlaqələndirərkən, Bernard Luis mətbəə kimi saatın da İslam ictimai quruluşunda çatlaqlara səbəb ola biləcəyindən qorxduğunu müdafiə edirdi. Digər tərəfdən, Şulə Gürbüz qeyd edir ki, zaman hesablayanlar namaz vaxtını dəqiqəsinə qədər dəqiq hesablasalar da, mexaniki saatların bəzən düzgün vaxtı göstərmədiyini və bu xəta fərqinə görə saat qüllələri geniş yayılmamışdır.

(Davamı...)

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


30. Həftə
Çarli Çaplinin filmoqrafiyası — İngilis aktyoru, komiki və rejissoru Çarli Çaplinin (1889–1977) çəkdiyi filmlər üzərində işlədiyi dövr 1914–1967-ci illəri əhatə edir. O, kinoda çalışdığı ilk illər ərzində ifa etdiyi avara obrazı ilə bütün dünyada tamaşaçılar tərəfindən bütləşdirilərək şöhrət qazandı. 1910-cu və 1920-ci illərdə onu planetin ən tanınmış siması hesab edirdilər. Çaplin Londonda anadan olmuş və doqquz yaşından etibarən səhnəyə çıxmışdır. 1913-cü ildə Fred Karnonun komediya qrupu ilə ABŞ qastrolunda olarkən, Çaplin Mak Sennetin Keystone film company studiyası ilə müqavilə bağlayır. O, Keystone-da çalışdığı zaman ssenarilər yazmağa və baş rolda özünün çəkildiyi bir neçə film çəkməyə başlayır.

(Davamı...)

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


31. Həftə
Nobel mükafatı laureatlarının siyahısı — İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahəsindəki fövqəladə uğurlarına görə verilir. Nobel mükafatı 27 noyabr 1895-ci ildə İsveç ixtiraçısı, alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş və ilk dəfə sahibinə 1901-ci ildə təqdim olunmuşdur. İqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildə İsveçin mərkəzi bankı olan Sveriges Riksbank tərəfindən təsis edilib və 1969-cu ildən etibarən iqtisadiyyat elminə verilmiş töhfələrə görə təqdim edilir.

(Davamı...)

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_siyahısı/iyul_2024&oldid=7706134"
LOVE.AZ