. Love.az

Vikipediya Heftenin Secilmis Siyahisi Mart 2020 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Siyahisi Mart 2020

Həftənin seçilmiş siyahısı arxivi

2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 16 may 2025, Cümə (İlin 20. həftəsi); bu an saat 15:32 (UTC)
(yenilə)
Keşi təmizlə

Fəal məzmun:

  • Seçilmiş məqalələr
  • Seçilmiş siyahılar
  • Seçilmiş portallar

Seçilmiş məqalə alətləri:

  • Həftənin seçilmiş məqaləsi
  • Həftənin yaxşı məqaləsi
  • Həftənin seçilmiş siyahısı
  • Seçilmiş məqalə şərtləri
  • Laboratoriya
  • Seçilmiş siyahı namizədləri
  • Seçilmiş məqalə namizədləri
Həmçinin bax
  • Vikipediya:Yaxşı məqalələr

10. Həftə
ABŞ-nin birinci xanımı — Ağ Evin sahibəsi titulunu daşıyır. Ənənəvi sahibə vəzifəsini ABŞ prezidentinin xanımı yerinə yetirir, lakin bəzən bu titulu dövlət başçısının həyat yoldaşı olmayan xanımlar da daşıyır. Bu o halda baş verir ki, prezident subay və yaxud duldur, ya da həyat yoldaşı hansısa səbəbdən birinci xanım vəzifəsini yerinə yetirə bilmir. Birinci xanım titulu seçilmir və heç bir rəsmi xidmət hesab olunmur. Bununla belə, birinci xanım bir çox rəsmi tədbirlərdə iştirak edir, həm də prezidenti əvəz edə bilir.

Ənənəyə görə, Ağ Evin sahibəsi öz işinin yerinə yetirilməsi müddətində heç bir əmək fəaliyyəti icra etmir. Onların vəzifələri dairəsinə, həm də Ağ Evin mərasimləri haqqında qayğılar da daxildir. Birinci xanımın öz xidmət ştatı var, bura - Ağ Evin ümumi katibi, işçilərin ştatının rəhbərləri, mətbuat katibi, baş floristi və baş aşbazlar daxildir. Birinci xanımın ofisi prezident ofisinin qoludur.

(Davamı...)

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


11. Həftə
Sword Art Online seriyalarının siyahısı — Reki Kavahara tərəfindən yazılan və abec tərəfindən çəkilən eyniadlı fentezi ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime serialı A-1 Pictures, Genco və SAO Project tərəfindən istehsal olunmuş və Tomohiko İtonun rejissorluğu ilə çəkilmişdir. Serial iki arka bölünmüşdür: Aynkrad və Pəri rəqsi. Anime serialı Sword Art Online (SAO) adlı virtual reallıq dünyasında ilişmiş Kazuto "Kirito" Kiriqaya və Asuna Yuukinin başına gələn hadisələrdən bəhs edir.

Onlar oyundan azad olmaq üçün 100 mərtəbəni təmizləməli və final bossu məğlub etməlidirlər. Ölüm oyunundan 3 ay sonra Kirito Asunanın bu dəfə SAO-nun xələfi olan və insanların pəri rolunda çıxış etdikləri ALfheim Online (ALO) adlı başqa virtual reallıq oyununda ilişdiyini öyrənir. Kirito oyuna daxil olur və bacısı Suquha "Lifa" Kiriqaya ilə birlikdə Asunanı xilas etməyə çalışır.

(Davamı...)

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


12. Həftə
Ağqoyunlu hökmdarlarının siyahısı — Ağqoyunlular oğuzların bayandur boyuna mənsub olublar. Ağqoyunlu hökmdarlarının idarəsi altında imperiya ən qüvvətli dövrlərində şimalda Rusiya, cənubda Küveytə və şərqdə Pakistan və Əfqanıstandan, qərbdə Türkiyə və Suriyaya qədər uzanıb. Ağqoyunlu tayfa ittifaqının əsasını Pəhləvan bəy qoymuşdur.

1401-ci ildə Osman bəyin dövründən başlayaraq Diyarbəkir şəhəri 1468-ci ilə qədər Ağqoyunlu bəyliyinin mərkəzi olmuşdur. 1468-ci ildən isə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu imperiyasının mərkəzi Təbriz şəhəri olmuşdur. 1387-ci ildən 1508-ci ilə qədər Ağqoyunlular 20 hökmdar tərəfindən idarə olunmuşlar. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlular arasında başlayan taxt mübarizəsi ölkənin süqutuna gətirib çıxarmışdır. (Davamı...)

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


13. Həftə
Latviya Prezidenti — (latış. Latvijas Valsts Prezidents‎) – Latviyanın ali dövlət vəzifəsi. Latviya Prezidenti dövlətin başçısı hesab olunur. Latviya Prezidenti, vəzifəyə Latviya Parlamentində (Seymi) baş tutan seçki yolu ilə təyin olunur. Latviya Seyminin 100 üzvü bir neçə mərhələdən ibarət olan seçki yolu ilə bir nəfəri dörd il müddətinə Latviya Prezidenti vəzifəsinə seçir. Latviya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il iyulun 8-dən başlayır və dörd il sonra başa çatır.

2015-ci il iyulun 8-dən Latviya Prezidentinin səlahiyyətlərini Raymonds Veyonis icra edir. Onun səlahiyyət müddəti 2019-cu il iyulun 8-də başa çatır.

2019-cu ilin iyun ayında Latviya Seymində növbəti Prezident seçkilərinin baş tutması gözlənilir.

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_siyahısı/mart_2020&oldid=5040178"
LOVE.AZ