. Love.az

Vikipediya Heftenin Yaxsi Meqalesi May 2025 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Yaxsi Meqalesi May 2025

Həftənin yaxşı məqaləsi arxivi


2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 15 may 2025, Cümə axşamı (İlin 20. həftəsi); bu an saat 23:02 (UTC)
(yenilə)
Keşi təmizlə

18. Həftə
Mirzə Rəbi Kəbiri — general-mayor, siyasətçi, repressiya qurbanı. Azərbaycan Milli Hökuməti dövründə Yollar, Poçt və Teleqraf naziri eləcə də Marağa şəhərinin qubernatoru olub.

Azərbaycan Milli Hökumətinin qurulmağında göstərdiyi şücaətə görə "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif olunub.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra həbs olunub və Marağa şəhərində asılıb.

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə


19. Həftə
Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənd. Kərki Sədərək kəndinin 8–10 kilometrliyində, Arpaçayın sahilində, Tejkar dağının ətəyində yerləşir. Kərki Azərbaycanın 4 eksklav ərazisindən biridir, yəni onun Naxçıvan Muxtar Respublikası ilə fiziki əlaqəsi yoxdur və Ermənistan ərazisi ilə tam əhatə olunmuşdur. Kəndin ümumi ərazisi təxminən 960 hektardır və ərazisindən Ermənistanın şimal ilə cənubunu birləşdirən M-2 magistral yolu keçir.

Kərki kəndi tarixi baxımdan qədim irsə malikdir. Kəndin qərbində Tunc dövrünə aid yaşayış məskəni, müdafiə qalası və qədim nekropol yerləşir. Arxeoloji tədqiqatlar zamanı nekropol sahəsində daş qutu şəklində qəbirlər, keramika nümunələri və digər maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. Kərki nekropolunda tapılan boyalı qablar Naxçıvan ərazisindəki digər arxeoloji abidələr üçün səciyyəvi xüsusiyyətlər daşıyır. Eyni zamanda, kənd ərazisində Birinci Dünya müharibəsi dövründə həlak olmuş Osmanlı əsgərinin məzarı da mövcuddur.

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə


20. Həftə
Pietas — qədim Roma əxlaqının əsaslarından biri. Bu, ilk növbədə dindarlıq, tanrılara, ölkəyə, ata-anaya və əcdadlara ehtiramla yanaşma kimi bir sıra cəhətləri əhatə edən bir fəzilət anlayışı idi. Qədim Roma cəmiyyətində bu fəzilətin klassik nümunələsi Eney idi. O, həyatını riskə atmış və yaşlı atası Anxisi yunanlar tərəfindən yandırılan Troyadan xilas etmişdir. Başqa bir prinsipial nümunə ana südü ilə həbsxanada valideynlərini aclıqdan xilas edən romalı qadın hesab olunurdu.

Oktavian Avqustun hakimiyyətə gəlməsi ilə pietasa xüsusi münasibət imperator kultunun bir hissəsi olmuşdur. Bu, demək olar ki, hökmdarın əsas fəziləti kimi təqdim olunurdu. Pietasın təbliğ olunması təkcə mənəvi deyil, həm də iqtisadi əhəmiyyət kəsb edirdi. Cəmiyyətin qədim inkişaf səviyyəsində ailənin atasının və ya ağasının böyük gücünə pietasa daxil olan əxlaq normaları kömək etmişdi və bu, iqtisadiyyatın ən səmərəli formada idarə olunmasını təmin etmişdi.

(Davamı...)

Arxiv – Digər yaxşı məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə


21. Həftə
Cəfər Kavian — fədai, siyasətçi, general-mayor, Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin Xalq qoşunları naziri, Azərbaycan Milli Hökumətinin Milli Məclisinin üzvü. İran Kommunist Partiyasının, Tudə Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan Demokrat Firqəsinin təşkilat komitəsinin üzvü olub.

Məşrutə, Xiyabani, Lahuti və 21 Azər hərəkatlarında iştirak edib. Xiyabani, Lahuti və 21 Azər hərəkatlarında fədai dəstələrinə başçılıq edib.

Azərbaycan Milli Hökumətin qurulmasında göstərdiyi şücaətə görə "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif olunub.

(Davamı...)

Arxiv – Digər yaxşı məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_yaxşı_məqaləsi/may_2025&oldid=7752456"
LOVE.AZ