Vladimir Nikolayoviç Sosyura (ukr. Володимир Миколайович Сосюра; 25 dekabr 1897 (6 yanvar 1898), Debaltsev, Yekaterinoslav quberniyası, Rusiya imperiyası – 8 yanvar 1965[1], Kiyev[1]) — Ukrayna-sovet şairi və tərcüməçisi, jurnalisti və hərbi müxbiri.
Vladimir Sosyura | |
---|---|
ukr. Володимир Миколайович Сосюра | |
![]() | |
Doğum tarixi | 25 dekabr 1897 (6 yanvar 1898) |
Doğum yeri | |
Vəfat tarixi | 8 yanvar 1965(1965-01-08)[1] (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair, tərcüməçi |
Fəaliyyət illəri | 1917-ci ildən |
Əsərlərinin dili | ukrain dili |
İstiqamət | sosialist realizmi |
Janrlar | şeir |
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
|
![]() |
Sosyura 40-dan çox şeir toplusunun, geniş epik şeir əsərlərinin (poemaların), "Üçüncü Rota" romanının müəllifi olmuşdur. O dövrün bir sıra ədəbi təşkilatlarına — "Pluq", "Hart", "VAPLİTE" və başqalarına mənsub olmuşdur. İki dəfə "Lenin" ordeni ilə təltif edilmiş, "Stalin" mükafatı və Taras Şevçenko adına Ukrayna Milli mükafatının laureatıdır.
Vladimir Nikolayoviç Sosyura 25 dekabr 1897-ci il (6 yanvar 1898-ci il) tarixində Debaltsevo stansiyasında anadan olmuşdur. Buna baxmayaraq, bəzi məlumatlara görə, o, 1897-ci ildə (köhnə təqvimlə), digərlərinə görə isə 1901-ci ildə (Sosyuranın məzar daşında göstərilən tarix) anadan olmuşdur.[2]
Atası Nikolay Vladimiroviç peşəkar çertyojçu idi və Vlodimirin özünün dediyinə görə, fransız köklərinə malik idi. Çoxşaxəli istedadlara malik olan atası müəllimlik etmiş, kənd vəkili kimi çalışmış, şaxtaçı olmuşdur. Sosyuranın anası Antonina Danilovna Lokotoş serbəsilli,[3][4] əslən Luqanskdan olan rəssam idi və ev təsərrüfatı ilə məşğul olurdu. Anasının əmisi oğlu, Ukrayna qızıl kazak komandiri İvan Semyonoviç Lokotoş Klimenti Yefremoviç Voroşilovun silahdaşı idi. Bu barədə Sosyura özü "Üçüncü Rota" romanının ön sözündə bəhs etmişdir. Lokotoş soyadlı digər qohumları, xüsusilə 1919-cu ildə Luqansk yaxınlığında həlak olan poruçik Mixail Lokotoş ağqvardiya birləşmələrində döyüşmüşdür.[5]
Vlodimir Sosyura kənd məktəbini bitirmiş və Baxmut qəzasının Yamı stansiyasında kənd təsərrüfatı məktəbinə daxil olmuşdur. O, burada gələcək Sovet İttifaqı Marşalı Kirill Moskalenko ilə eyni vaxtda təhsil almışdır. 12 yaşından Donbass şaxtalarında işləmiş, Rusiyada vətəndaş müharibəsidə iştirak etmişdir. O, ilk başda Ukrayna Xalq Respublikası tərəfində, sonra Qızıl Ordu tərəfində vuruşmuşdur.[6] Müharibə bitdikdən sonra Xarkovda Kommunist Universitetində və Xarkov Xalq Təhsili İnstitutunun işçi fakültəsində təhsil almışdır. Bu dövrdə "Pluq", "Hart", VAPLİTE və VUSPP ədəbi təşkilatlarının iştirakçısı olmuşdur. 1932-ci ilin martında "təşkilatdan uzaqlaşma, sinfi düşmən fəaliyyəti və burjua deqenerasiyası" səbəbiylə VUSPP-dən xaric edilmişdir.[7]
1942–1944-cü illərdə Sosyura hərbi müxbir kimi fəaliyyət göstərmişdir. 1951-ci ildə "Pravda" qəzetindəki məqalədə 1944-cü ildə yazdığı "Ukraynanı sevin" şeiri səbəbiylə "burjua milliyyətçiliyi"ndə ittiham olunaraq tənqid hədəfinə çevrilmişdir.[8]
8 yanvar 1965-ci ildə vəfat etmişdir. Kiyevdə Baykovo qəbiristanlığında dəfn olunmuşdur.[9]
Onun ilk şeiri (rus dilində) 1917-ci ildə nəşr olunmuşdur. Eduard Baqritskinin təsiri ilə (onlar 1920-ci ildə Odessada tanış olmuşdular) ukraynca yaradıcılığa keçmişdir. Arxivlərdə Sosyuranın Ukrayna Xalq Respublikası Ordusunda olduğu dövrdə yazdığı, nəşr olunmamış ukraynaca şeirləri saxlanılmışdır, lakin ilk toplusu "Şeirlər" 1921-ci ildə nəşr edilmiş, ani şöhrəti isə inqilabi-romantik "Qırmızı qış" (1922) poeması gətirmişdi. Bi poema Ukrayna ərazisində vətəndaş müharibəsinin görkəmli poetik epos nümunəsi kimi qəbul edilir. Sosyura bu mövzuya həsr olunmuş bir çox digər əsərlər də yazmışdır. Burada intim, ictimai və ümumbəşəri motivlər üzvi şəkildə birləşir: "Şəhər" (1924), "Qarlar" (1925), "Qızıl şahinlər" (1927) və başqa toplular. Artıq ilk toplularında Sosyura öz dövrünün Ukrayna poeziyasında güclü lirik kimi özünü göstərmişdir. Sosyuranın lirikasını bəsləyən əsas mənbələr (xalq yaradıcılığı, Taras Şevçenko və daha sonrakı liriklər) onun poeziyasında klassik sadəlik, mahnılıq və romantik ruh yüksəkliyi ilə səciyyələnən orijinal üsluba çevrilmişdir.[10]
Erkən yaradıcılıq dövründən başlayaraq Sosyuranın poeziyasında onun dövrünün ziddiyyətləri əks olunmuşdur. Onun əsərlərində 1920-ci illərin Ukrayna ziyalısı üçün tipik olan bolşevik inqilabına sədaqəti milli borc hissi ilə uzlaşdırmaq mümkünsüzlüyü təsvir edilmişdir: daxili parçalanmanı ("kommunar və milliyyətçi") əks etdirən "İki Volodka" (1930) poeması, nəşrdən dərhal sonra qadağan edilmiş "Ürək" (1931) toplusu. Qadağalara baxmayaraq, o dövrdə Sosyuranın yaradıcılığında Ukrayna milliyyətçiliyi motivi güclü şəkildə özünü göstərir (nəşr olunmamış "Maxno" poeması, yalnız fraqmentlərdə məlum olan "Mazepa", 1930).Sitat səhvi: </ref>
teqi üçün bağlanma <ref>
yoxdur
Onun birinci evliliyi (1922-ci ildən) — qızıl kazak eskadronunun keçmiş siyasi rəhbəri, sonradan Xarkovda tələbə olan Vera Kasperovna Berzina ilə olmuşdur. Bu evlilikdən Sosyuranın iki oğlu olmuşdur. Sosyura ona "Rabfakovka" poemasını həsr etmişdir. Boşanmanın səbəbi ideoloji fikir ayrılıqları olmuşdur.[11]
İkinci dəfə Sosyura 1931-ci ildə — Kiyevdə balet məktəbini bitirmiş və ondan 12 yaş kiçik olan Mariya Qavrilovna Danilova ilə evlənmişdir. 15 yanvar 1932-ci ildə onların Vladimir adlı oğlu doğulmuşdur. 1949-cu ilin noyabrında Mariya Sosyura dövlət sirrini açıqladığına görə həbs olunmuş (o, 1941-ci ildə Dövlət Təhlükəsizliyi Nazirliyi tərəfindən cəlb edilmişdi, lakin məxfilik öhdəliyini pozaraq bununla öyünməyə başlamışdı) və Qazaxıstana sürgün edilmişdir. 1956-cı ildə Mariyanın geri qayıtmasından sonra onlar Sosyuranın yenidən evlənmiş olduğu məlum olmuşdur, lakin Sosyura boşanmış və onlar yenidən rəsmi nikaha daxil olmuşdular.[11]
Vladimir Sosyuranın əslən olduğu Seversk şəhərində onun xatirəsinə memorial muzey fəaliyyət göstərir. Lisiçansk şəhərində Vladimir Sosyuraya abidə qoyulmuşdur. Vladimir Sosyuranın anadan olmasının 100 illiyinə həsr olunmuş Ukrayna Milli Bankının 2 qrivna nominal dəyərində xatirə sikkəsi buraxılmışdır. 1998-ci ildə Vladimir Sosyuranın təsviri ilə Ukrayna poçt markası buraxılmışdır.[12]
Vladimir Sosyuranın həyatına və yaradıcılıq fəaliyyətinə həsr olunmuş: "Volodimir Sosyura" sənədli filmi (1971, rejissor Vadim Kislov), "Volodimir Sosyura" videofilmi (1993), həmçinin "Heç kəs belə sevmədi" sənədli filmi (2008, 1-ci və 2-ci hissələr) çəkilmişdir.[13][14]
Jitomir şəhərində Vladimir Sosyura adına küçə var. 2007-ci ildə Ukrayna ədəbiyyatşünasları tərəfindən Vladimir Sosyuranın o vaxta qədər naməlum olan "Son döyüş" adlı şeiri 3 avqust 1919-cu il tarixli "Kənd icması" qəzetində tapılmışdır.[15][16]
Ukrayna Milli Bankının 2 qrivna nominallı xatirə sikkəsi.
Onun anadan olmasının 100 illiyinə həsr olunmuşdur. |
Vladimir Sosyuranın şərəfinə Ukrayna poçt markası,
1998-ci ol |