Vulkanla üz-üzə | |
---|---|
Fayl:Vulkanla üz-üzə (film, 2001).jpg | |
Rejissor | Nazim Rza İsrafiloğlu |
Ssenari müəllifi | Nazim Rza İsrafiloğlu |
Operatorlar |
Kənan Məmmədov Nəriman Şıxəliyev |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 2001 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 36 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 2001 |
Rəng | rəngli |
Film Azərbaycan ərazisində, xüsusilə Qobustanda palçıq vulkanları və onların lavalarının müalicəvi əhəmiyyəti haqqındadır.
Palçıq vulkanlarına dünyanın bir çox yerlərində təsadüf etmək olar. Amma palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 km² ərazidə cəmlənmişdir! Təbiətin möhtəşəm və sirri açılmamış təzahürü bütün forma və çeşid müxtəlifliyi ilə qəsdən sanki burada canlanmışdır. Elə bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.