. Love.az

Yakob Henle - Wikipedia - Love.az

Ana Səhifə - Yakob Henle

Fridrix Qustav Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) alman anatomu və həkimi, nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır. Yakob Henle yəhudi zərgər və qızıl tacirnin ailəsində dünyaya gəlmişdir. Onun işlərini müasir mikrobiologiyanın "rüşeymi" adlandırmaq olar. Yakob Henle rəhudi olsa da xristiyanlığı qəbul etmişdir. 1832 ci ildə Bonn və Heydelberqdə tibbi təhsilini bitirdikdən sonra, 1834 cü ildə Berlində Rudolfinin assistenti olmuşdur. 6 il ərzində yeni heyvan növlərinə dair üç anatomik monoqrafiya, daxil olmaqla külli miqdarda elmi məqalələr dərc etmişdir. 1837 ci ildə Berlin universitetində mikroskopik anatomiya və potologiya üzrə privat-dosent kimi işləmişdir. 1844 cü ildə Yakob Henle Heydelberqə gələrək burada fiziologiya və potologiyanı öyrənir. Öz müəllimi Müllerlə birlikdə köpək və skat balıqlarına dair zooloji oçerk dərc edir. Henle 1852 ci ildən Göttingen universitetindəki anatomiya instituna rəhbərlik etmiş, 1855 ci ildə özünün məşhur "İnsanın sistematik anatomiyası" dərsliyini dərc etdirmiş və 1885 ci ildə Göttingendə vəfat etmişdir. 1888 ci ildə yaşadığı binaya xatirə lövhəsi vurulmuş, lakin 1942 ci ildə nasional-sosialistlər tərəfindən yəhudi mənşəyinə görə götürülmüş və İkinci dünya müharibəsindən sonra təzədən yerinə asılmışdır. Hal-hazırda onun doğulmuş olduğu Fürt şəhəri, Helmstrase 9 ünvanında xatirə lövhəsi asılmaqdadır. Heidelberg anatomiya institutunun preparat zalının önündə onun büstü qoyulmuşdur.

Fridirix Qustav yakob Henle
alm. Friedrich Gustav Jacob Henle‎
yakob Henle
yakob Henle
Doğum tarixi 19 iyul 1809
Doğum yeri Almaniya Almaniya, Fürt
Vəfat tarixi 13 may 1885 (75 yaşında)
Vəfat yeri Almaniya Almaniya, Göttingen
Vətəndaşlığı Alman
Elm sahəsi Anatomiya
Elmi dərəcəsi Professor
İş yerləri
  • Göttingen Universiteti,
  • Heydelberq Universiteti,
  • Sürix Universiteti,
  • Humboldt adına Berlin Universiteti
Alma-mater Bonn, Haydelberq universitetləri
Təhsili
  • Bonn Universiteti[1]
Tanınmış yetirmələri Carl Joseph Norden[d]
Tanınır Henle ilgəyi
Üzvlüyü
  • Leopoldin Alman Milli Elmlər Akademiyası,
  • İsveç Kral Elmlər Akademiyası,
  • London Kral Cəmiyyəti (1873–),
  • Macarıstan Elmlər Akademiyası,
  • Rusiya Elmlər Akademiyası,
  • Prussiya Elmlər Akademiyası[d]
Mükafatları Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni (Almaniya) — 1860
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbələr

redaktə
  • Fritz Dross, Kamran Salimi (Hrsg.): Henle. Bürgerliches Leben und „rationelle Medicin". Schriftenreihe des Stadtarchivs und Stadtmuseums Fürth. Bd. 2. Fürth 2009. ISBN 978-3-940889-01-0
  • Friedrich Merkel: Jacob Henle: Ein deutsches Gelehrtenleben, nach Aufzeichnungen und Erinnerungen. Braunschweig 1891.
  • Victor Robinson: The Life of Jacob Henle, New York 1921..

Xarici keçidlər

redaktə
  • Biographie u. Online-Veröffentlichungen auf der Homepage der Universität Heidelberg
  • Kurzbiografie und digitale Quellen im Volltext (ing.) im Virtual Laboratory des Max-Planck-Instituts für Wissenschaftsgeschichte
  • "Zur Anatomie der Niere" bei Google Books (PDF)
  • Jakob-Henle-Haus Fürth
  • 1000 Jahre Fürth

Həmçinin bax

redaktə
  • Henle ilgəyi
  Həkim ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
  1. ↑ Mathematics Genealogy Project (ing.). 1997.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yakob_Henle&oldid=5505910"
LOVE.AZ