. Love.az

Yevgeni Korovin - Wikipedia - Love.az

Ana Səhifə - Yevgeni Korovin

Yevgeni Korovin (tam adı: rus. Евге́ний Алекса́ндрович Коро́вин; 12 (24) oktyabr 1892, Moskva – 23 noyabr 1964[1], Moskva) — beynəlxalq hüquq üzrə ixtisaslaşmış Sovet hüquqşünası. Moskva Dövlət Universitetində, BMT-də və Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsində bir sıra vəzifələrdə çalışıb.

Yevgeni Korovin
Doğum tarixi 12 (24) oktyabr 1892
Doğum yeri
  • Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 23 noyabr 1964(1964-11-23)[1] (72 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Təhsili
  • Moskva Dövlət Universiteti
Fəaliyyəti hüquqşünas, hakim
Elmi dərəcəsi
  • hüquq elmləri doktoru
Üzvlüyü
  • SSRİ Elmlər Akademiyası
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
RSFSR əməkdar elm xadimi

Həyatı

redaktə

Korovin 1915-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Əmək fəaliyyətinin ilk illərində Moskvanın, Diplomatik Akademiya da daxil olmaqla, bir çox ali təhsil müəssisələrində mühazirə deyib.

1923-cü ildə Moskva Dövlət Universitetində hüquq üzrə professor adını alıb. Həmin dövrdə Korovin ozamankı SSRİ Hüquq İnstitutunda (indiki Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu) assistent kimi fəaliyyət göstərirdi.

Korovin 1935-ci ildə Amerika Politologiya Akademiyasının üzvü olur. 1938-ci ildə hüquq üzrə doktorluq tezisini müdafiə edir. Sovet Ordusunun hərbi hüquq akademiyasında işləyir və 1945–1946-cı illərdə çox qısa müddətə BMT-nin Hazırlıq Komissiyasında çalışır. 1946-cı ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1957-ci ildə isə Haaqa Daimi Arbitraj Məhkəməsinin üzvü seçilir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #10201454X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yevgeni_Korovin&oldid=8123540"
LOVE.AZ