Yuri Tsolakoviç Oqanesyan[a] (14 aprel 1933[1], Rostov-na-Donu, SSRİ) — super ağır kimyəvi elementlərin tədqiqatçısı kimi tanınan erməni əsilli rusiyalı nüvə fizikidir. O dövri cədvəlin çoxsaylı elementlərinin kəşfinə rəhbərlik etmişdir.[6] O, 1989-cu ildə Birləşmiş Nüvə Araşdırmaları İnstitutunda Flyorov Nüvə Reaksiyaları Laboratoriyasının direktoru vəzifəsində Georgi Flerovun yerinə keçmiş və hal-hazırda da oranın elmi direktorudur. Dövri cədvəlin 118-ci və ən ağır elementi olan oqaneson onun şərəfinə adlandırılmış və bununla da ikinci dəfə bir elementə canlı bir insanın (digəri siborgium) adı verilmişdir.[b]
Yuri Oqanesyan | |
---|---|
erm. Յուրի Ցոլակի Հովհաննիսյան rus. Ю́рий Цола́кович Оганеся́н | |
![]() | |
Doğum tarixi | 14 aprel 1933(1933-04-14)[1] (92 yaş) |
Doğum yeri | |
Elm sahəsi | Nüvə fizikası[1] |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yeri | |
Elmi rəhbəri | Georgi Flerov |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
Yuri Tsolakoviç Oqanesyan 14 aprel 1933-cü ildə SSRİ-nin Rostov-na-Donu şəhərində erməni ailəsində anadan olmuşdur.[8][9] Onun atası İğdırlı (indiki Türkiyə), anası isə Rusiyanın indiki Krasnodar diyarının Armavir şəhərindən idi. Oqanesyanın atası Tsolak, istilik mühəndisi idi və o, İrəvandakı sintetik kauçuk zavoduna işə dəvət edildiyi üçün o və ailəsi 1939-cu ildə Ermənistan SSR-in paytaxtı olmuş İrəvana köçmüşdür. Beləliklə də Oqanesyanın uşaqlıq dövrü İrəvanda keçmişdir, İkinci Dünya müharibəsinin Şərq Cəbhəsi başlayandan sonra ailəsi Rostov almanlar tərəfindən işğal edildiyi üçün ora qayıtmamaq qərarına gəlir. Yuri İrəvanda oxuyur və burada da məktəbi bitirir. O, əvvəlcə rəssam olmaq istəyirdi.
Oqanesyan Dubnada skripkaçı və musiqi müəllimi olan İrina Levonovna (1932-2010) ilə evlənmiş[10][11] və bu izdivacdan cütlüyün iki qızı dünyaya gəlmişdir.[12][13] 2017-ci ilin məlumatına əsasən onun hər iki qızı ABŞ-də yaşayır.
Oqanesyan rus, erməni və ingilis dillərində danışır.[14]
—Flerov Oqanesyan haqqında, 1990[15]
Oqanesyan 1956-cı ildə Moskva Mühəndislik Fizika İnstitutunu (MEPhI) bitirmişdir.[16][17] Bundan sonra isə o, Moskvadakı Kurçatov adına Atom Enerjisi İnstitutuna daxil olmağa çalışmış, lakin Gerş Budkerin komandasında boş yer qalmadığından, o, bunun əvəzində əvəzində Georgi Flerov tərəfindən işə götürülmüş və Moskva yaxınlığında yerləşən Dubnadakı Birgə Nüvə Tədqiqatları İnstitutunda (JINR) işləməyə başlamışdır.[15][17]
Flerov təqaüdə çıxdıqdan sonra 1989-cu ildə Birləşmiş Nüvə Araşdırma İnstitutundakı Flerov adına Nüvə Reaksiyaları Laboratoriyasının direktoru olmuş və 1996-cı ildə Flerov laboratoriyasının elmi direktoru təyin olunana qədər də bu vəzifəni tutmuşdur.[18]
1970-ci illərdə Oqanesyan transaktinid elementlərini (superağır elementlər) istehsal etmək texnikası olan "soyuq birləşmə" (ing. Cold fusion)[15] metodunu kəşf etmişdir. Onların bir adı olsa da, bu prosesin soyuq birləşmə adlanan sübut olunmamış enerji istehsal prosesi ilə əlaqəsi yoxdur. Oqanesyan prosesi dövrü cədvəldəki 106-dan 113-ə qədər olan elementlərin kəşfi üçün həlledici əhəmiyyət kəsb etmişdir.[15] 1970-ci illərin ortalarından 1990-cı illərin ortalarına qədər, Oqanesyan tərəfindən idarə olunan JINR və Almaniyadakı GSI Helmholtz Ağır İon Tədqiqatları Mərkəzinin müştərək işləri nəticəsində altı kimyəvi elementin (107-dən 112-ə qədər) kəşfi baş tutmuşdur: borium,[19][20][17] meytnerium, hassium,[21] darmştadtium, rentgenium və kopernisium.[15]
Onun "isti birləşmə" (ing. Hot fusion, həmçinin enerji prosesi kimi nüvə sintezi ilə əlaqəsi yoxdur) adlandırılan daha yeni texnikası dövri cədvəlin yeddinci sırasını tamamlayaraq 113-dən 118-ə qədər elementlərin kəşfinə kömək etmişdir.[15] Bu üsul siklotronda neytronlarla zəngin olan daha ağır radioaktiv elementləri ehtiva edən hədəflərə kalsiumun bombardman edilməsini nəzərdə tuturdu.[22] Bu üsuldan istifadə etməklə kəşf edilən elementlər bunlardır: nihonium (2003; həmçinin Yaponiyada Riken tərəfindən soyuq birləşmədən istifadə edilərək kəşf edilmişdir),[23] flerovium (1999),[23] moskovium (2003),[24] livermorium (2000),[25] tennessin (2009)[26] və oqaneson (2002).[27]
Şerri Yennello onu "çox ağır elementlərin babası" adlandırmışdır.[15] Oqanesyan üç kəşfin, bir monoqrafiyanın, 11 ixtiranın və 300-dən çox elmi məqalənin müəllifidir.[16]
Oqanesyan kimya üzrə Nobel mükafatı laureatına layiq görülmüşdür[28] O, həmçinin də Rusiya Elmlər Akademiyasının rəhbəri Aleksandr Sergeyevdən bir sıra mükafatlar almışdır.[29]
2016-cı ilin əvvəlində elm yazıçıları və bloggerlər super ağır elementlərdən birinin oqanesium və ya oqaneson adlandırılacağını təxmin etmişdilər. Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (IUPAC) 2016-cı ilin noyabr ayında elan etmişdir ki, 118-ci element Oqanesyanın şərəfinə oqaneson adlandırılacaqdır.[30][31][32] Bu element birinci dəfə 2002-ci ildə JINR-də Rus və Amerika alimlərinin müştərək qrupu tərəfindən müşahidə edilmişdir. Rəhbəri Oqanesyan olan komandanın tərkibinə Kaliforniya ştatında yerləşən Lourens Livermor Milli Laboratoriyasının amerikalı alimləri də daxil edilmişdilər.[33] Bu elandan əvvəl onlarla elementə[c] insan adı verilmişdi, lakin onlardan yalnız siborgium şərəfinə adlandırılmış şəxs (Qlenn Teodor Siborq) həyatda olarkən adlandırılmışdı.[15] (Eynşteynium və fermium adları müvafiq olaraq Albert Eynşteyn və Enriko Fermi hələ sağ olarkən təklif edilmişdirlər; lakin bu elementlərin adları rəsmiləşdirildiyi zaman həm Eynşteyn, həm də Fermi həyatda deyildi.) Siborq 1999-cu ildə öldüyünə görə, Oqanesyan hal-hazırda həyatda olarkən adına element olan yeganə insandır.[34][35][36]
1990-cı ildə Sovet Elmlər Akademiyasının müxbir üzvü, 2003-cü ildə isə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilmişdir.
Oganessian Frankfurt Höte Universitetinin (2002),[37] Messina Universitetinin (2009),[38] və İrəvan Dövlət Universitetinin (2022) fəxri diplomlarına layiq görülmüşdür.[39] 2019-cu ildə Kembricdəki Sent Katarin Kollecinin fəxri üzvü seçilmişdir.[40]
Oqanesyan 2018-ci ilin iyul ayında baş nazir Nikol Paşinyan tərəfindən Ermənistan vətəndaşlığı almışdır.[52] Oqanesyan Erməni Elm və Texnologiya Fondunun (FAST) Qəyyumlar Şurasının üzvüdür. O, həm də Əlixanyan adına Milli Elm Laboratoriyasının (İrəvan Fizika İnstitutu) beynəlxalq elmi şurasının sədridir.[53] 2017-ci ildə HayPost Oqanesyanın şərəfinə həsr olunmuş poçt markası buraxmışdır.[54] 2022-ci ildə Ermənistan Mərkəzi Bankı Oqanesyan və oqanesson (Og) elementinə həsr olunmuş gümüş xatirə sikkəsini buraxmışdır.[55] 2022-ci ilin aprel ayında İrəvan Dövlət Universitetinin fəxri professoru adına layiq görülmüşdür.[39]
<ref>
teqi; sci.am
adlı istinad üçün mətn göstərilməyib
ՀՈՎՀԱՆՆԻՍՅԱՆ Յուրի Ցոլակի (ծն. 14.4.1933, Դոնի Ռոստով), հայ սովետական ֆիզիկոս
...Yuri Oganessian, a Russian nuclear physicist of Armenian heritage...
<ref>
teqi; Chapman
adlı istinad üçün mətn göstərilməyib
<ref>
teqi; jinr.ru
adlı istinad üçün mətn göstərilməyib
<ref>
teqi; isaran
adlı istinad üçün mətn göstərilməyib
<ref>
teqi; flerovlab
adlı istinad üçün mətn göstərilməyib
«Заслужил своего "нобеля" Юрий Оганесян из Объединенного института ядерных исследований.
Александр Михайлович, и все же ваш прогноз. Кто из наших ученых может в ближайшее время получить заветного Нобеля? Многие очевидным претендентом считают академика Юрия Оганесяна...
Александр Сергеев: Конечно, кандидатура достойнейшая. Очень надеюсь, что ему поможет наступающий год, который Генеральная ассамблея ООН объявила Годом Периодической таблицы химических элементов.
In honour of Yuri Oganessian for his laurea honoris causa that will be conferred by the University of Messina.
<ref>
etiketi; "YSU2022" adı bir neçə dəfə müxtəlif məzmunla verilib