. Love.az

Yusif Memmedov Riyaziyyatci - Wikipedia - Love.az

Ana Səhifə - Yusif Memmedov Riyaziyyatci
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Yusif Məmmədov.

Yusif Məmmədov (Yusif Əbülfət oğlu Məmmədov; 24 yanvar 1950, Dəstəgird, Sisian rayonu) — Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri (2016), Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru (2006–2016), əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2017), fizika-riyaziyyat elmləri doktoru, professor.[1]

Yusif Məmmədov
Yusif Əbülfət oğlu Məmmədov
Doğum tarixi 24 yanvar 1950 (75 yaş)
Doğum yeri Dəstəgird, Sisyan rayonu, Qərbi Azərbaycan
Elm sahəsi riyaziyyat
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
İş yeri
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları "Şöhrət" ordeni 2-ci dərəcəli "Əmək" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi

Mündəricat

  • 1 Həyatı və fəaliyyəti
    • 1.1 Elmi fəaliyyəti
    • 1.2 Kadr hazırlığı
  • 2 İdarəçilik Fəaliyyəti
  • 3 Mükafatları
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat

Həyatı və fəaliyyəti

redaktə

Yusif Məmmədov 24 yanvar 1950-ci ildə Qərbi Azərbaycanın Sisyan rayonu Dəstəgird qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1971-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurmuşdur.

Eyni ildə təyinatla Riyazi-fizika tənlikləri kafedrasında işə başlamış və elmi-pedaqoji fəaliyyətinə start vermişdir. O, kafedrada assistentdən professor vəzifəsinədək yüksəlmişdir.[2].

Elmi fəaliyyəti

redaktə

Yusif Məmmədov 1974-cü ildə "Korrekt birölçülü məsələlər və onların həllinin analitik göstərilişi" mövzusunda namizədlik dissertasiyasını, 1990-cı ildə isə "Ümumi şəkilli adi diferensial tənliklər sistemi üçün spektral məsələlərin tədqiqi və uyğun qarışıq məsələlər üçün çıxıqlar üsulunun əsaslandırılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Onun elmi tədqiqatları diferensial tənliklər və riyazi fizikanın əsas problemlərinə yönəlmişdir. Alim ilk dəfə olaraq cırlaşan adi diferensial operatorlar üçün sonsuz tərtibli məxsusi ədədlərin varlığını göstərmişdir. Azərbaycanın və xarici ölkələrin nüfuzlu nəşrlərində 150-yə yaxın elmi əsəri dərc olunmuşdur.

Kadr hazırlığı

redaktə

Yusif Məmmədov 20-dək fəlsəfə doktoru və 3 elmlər doktorunun hazırlanmasında rəhbərlik etmişdir. O, həmçinin bir çox elmi dissertasiyaların rəsmi opponenti olmuşdur.

İdarəçilik Fəaliyyəti

redaktə

2000–2006-cı illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin dekanı və elmi işlər üzrə prorektoru vəzifələrində fəaliyyət göstərmişdir. Bu illərdə universitetdə elmi-tədqiqat işlərinin təşkili və inkişafında mühüm rol oynamışdır.

2006–2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olaraq təhsil müəssisəsinin idarə edilməsində və modernləşdirilməsində əhəmiyyətli töhfələr vermişdir. Onun rəhbərliyi dövründə universitetdə tədris prosesinin təkmilləşdirilməsi və elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi üzrə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

2016–2017-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri vəzifəsində fəaliyyət göstərərək təhsil sistemində islahatların həyata keçirilməsi prosesində yaxından iştirak etmişdir.

Hazırda Yusif Məmmədov Bakı Dövlət Universitetinin Riyazi-fizika tənlikləri kafedrasının müdiri kimi fəaliyyətini davam etdirir və bu sahədə elmi-pedaqoji işlərin təşkilinə rəhbərlik edir.

Mükafatları

redaktə
  • 2000-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
  • 2010-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.
  • 2019-cu ildə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

İstinadlar

redaktə
  1. ↑ "Məmmədov Yusif Əbülfət oğlu" (az.). science.gov.az. 2017. 2018-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  2. ↑ "modern.az". 2016-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-07.

Ədəbiyyat

redaktə
  • "Böyük alim, görkəmli elm və təhsil təşkilatçısı". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. — səh. 124.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yusif_Məmmədov_(riyaziyyatçı)&oldid=7989210"
LOVE.AZ