Zlatitsa döyüşü — 12 dekabr 1443-cü ildə[2][3] Osmanlı imperiyası ilə Serbiya və Macarıstan qoşunları arasında baş tutmuş döyüş.[4] Bu, Balkanlarda daha böyük Varnaya səlib yürüşünün bir hissəsi idi. Döyüş Osmanlı imperiyasının Balkan dağlarında yerləşən Zlatitsa aşırımında, Zlatitsa şəhəri (indiki Bolqarıstan) yaxınlığında baş tutmuşdur. Polşa kralının səbirsizliyi və qışın şiddəti Yanoş Hunyadini 1444-cü ilin fevralında öz ölkəsinə qayıtmağa məcbur etmişdi. Buna baxmayaraq, o, Bosniya, Herseqovina, Serbiya, Bolqarıstan və Albaniyada sultanın hakimiyyətini tamamilə qırmağa nail olmuşdu.
Zlatitsa döyüşü | |||
---|---|---|---|
Varnaya səlib yürüşü | |||
Sredna Qora | |||
Tarix | 12 dekabr 1443 | ||
Yeri | Balkan dağlarında Zlatitsa keçidi, Osmanlı imperiyası (indiki Bolqarıstan) | ||
Nəticəsi | Osmanlının qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
1440-cı ildə Yanoş Hunyadi Polşa kralı III Vladislavın etibarlı məsləhətçisi və ən nüfuzlu sərkərdəsinə çevrilmişdir. Hunyadi Belqrad qalasının kapitanlığı ilə mükafatlandırılmış və Osmanlılara qarşı hərbi əməliyyatlara rəhbərlik etmişdir. Kral Vladislav Hunyadiyə şərqi Macarıstanda mülklər verməklə onun xidmətlərini tanımışdı. Hunyadi qısa zamanda ixtiyarında olan məhdud resurslarla müdafiəsini gücləndirmək üçün fövqəladə qabiliyyət nümayiş etdirmişdi. O, 1441-ci ildə Semendriyada İshaq bəy üzərində qalib gəlmişdi. Transilvaniyada yerləşən Nadşeben yaxınlığında Osmanlı qüvvələrini məhv etmiş və Macarıstanın Valaxiyaya nəzarətini bərpa etmişdi.[5] 1442-ci ildə Yanoş Hunyadi Osmanlılara qarşı dörd qələbə qazanmışdır və onlardan ikisi həlledici idi.[6] 1442-ci ilin martında Hunyadi Macarıstan krallığının cənubunda, Transilvaniyada Hermanştadt döyüşündə Məzid bəyi və basqın edən Osmanlı ordusunu məğlubiyyətə uğratmışdır.[7] 1442-ci ilin sentyabrında Hunyadi Rumeli regionunun valisi bəylərbəyi Şehabəddinin böyükmiqyaslı Osmanlı ordusunu məğlub etmişdir. Bu, ilk dəfə idi ki, Avropa ordusu təkcə basqınçılardan deyil, öz sancaqbəyilərinin başçılıq etdiyi və çoxsaylı yeniçərilərin müşayiəti ilə vilayət süvarilərindən ibarət belə böyük bir Osmanlı ordusunu məğlub etmişdi.[8] Bu qələbələr Hunyadini Osmanlıların görkəmli düşməninə və bütün xristian aləmində tanınmış şəxsiyyətə çevirmişdi. Bu, kral Vladislavla birlikdə həyata keçirilən Varnaya səlib yürüşü üçün əsas motivasiya olmuşdur və bu ekspedisiyanın ilk toqquşması 1443-cü ildə Niş döyüşü idi. Yürüş zamanı Hunyadini Culiano Çezarini müşayiət etmişdi.[9][10] Döyüş 3 noyabr 1443-cü ildə Bolvani ilə Niş arasındakı düzənlikdə baş tutmuşdur.[3] Osmanlı qüvvələrinə Rumelinin bəylərbəyi Qasım paşa, Turaxan bəy və İshaq bəy rəhbərlik edirdi.[11] Osmanlı məğlubiyyətindən sonra Qasım Paşa və Turaxan bəyin geri çəkilən qüvvələri səlibçilərin ərzaq tapmasına mane olmaq üçün Niş və Sofiya arasındakı bütün kəndləri yandırdılar.[12][13] Osmanlı mənbələri Osmanlının məğlubiyyətini müxtəlif komandirlərin rəhbərlik etdiyi Osmanlı orduları arasında əməkdaşlığın olmaması ilə izah edirlər.[14] Qaramanlılara qarşı müharibə aparan Osmanlı sultanı II Murad səlibçilərin paytaxt Ədirnəyə çatmaması üçün müdafiə qurmaq məqsədilə öz Avropa mülklərinə doğru irəliləmişdi. Turaxan bəy Muradı Sofiyanı yandıraraq Bolqarıstan dağlarına çəkilməyə razı salmışdı.[15] Noyabrın sonlarında səlibçilər Sofiyaya daxil olmuşdular.[16][15] Şəhərin alınmasından sonra Hunyadi Transilvaniyanın saks şəhərlərinə sultanın ''dənizə qaçdığını'' və altı-səkkiz gün ərzində Ədirnəyə gedəcəyini bildirmişdi.[15] Sonradan göründüyü kimi, sultan Ədirnəyə aparan iki dağ keçidinin qarşısını kəsməyi üstün tutmuşdu. Onlardan biri Trayan darvazası adlı qədim Roma yolu, digəri isə Zlatitsa keçidi idi.[17]
Zlatitsa döyüşündən və səlibçilərin geri çəkilməsindən sonra döyüş meydanı və ətraf rayonlar tamamilə xabaralıq halına düşmüşdür. Serbiya viran qalmış, Sofiya "qara çöl"ə çevrilərək dağıdılmış və yandırılmış, ətraf kəndlər isə "qara kömür"ə dönmüşdür.[18] 1443-cü il yürüşündən yalnız Georgi Brankoviç mənfəət əldə etmişdi.[19]
Xristianlar öz ölkələrinə doğru yürüş edən zaman Osmanlı qüvvələri geri çəkilən ordunu yaxından izləyirdilər.[20] 24 dekabrda Melstitsa yaxınlığında baş tutmuş qətiyyətsiz toqquşmadan sonra sultan xristainları təqib etməyi Kasım paşaya və Turaxan bəyə həvalə etmiş, geri alınan Sofiyaya qayıtmışdır.[20][21] Bundan az sonra səlibçilər Kunovitsa döyüşündə onları təqib edən Osmanlı qüvvələrini pusquya salaraq məğlub etmişdilər. Burada sultanın kürəkəni və baş vəzir Çandarlı Xəlil Paşanın qardaşı Mahmud bəy əsir götürülmüşdür.[22]
Döyüşün təfərrüatları və nəticəsi ilə bağlı tarixçilər arasında bəzi mübahisələr var, çünki müxtəlif mənbələr bir-birinə zidd hesablar təqdim edirlər.[23][24][25] Tarixçi Kolin İmber döyüşün xristian qüvvələri üçün fəlakətli olduğunu iddia edir.[26] O, sonrakı Kunovitsa döyüşündəki qələbənin Zlatitsadakı toqquşmanın xristian zəfəri olduğu illüziyasını yaratdığını iddia etmişdir. Daha sonra ''qələbə illüziyası''nın bir Vladislavın irəli sürdüyünü və xüsusən də Sezarininin bunu davam etdirmək üçün ''narahat' olduğunu bildirmişdir. O, Jan de Vavrenin yazdıqlarına diqqət çəkərək əlavə etmişdir ki, kampaniyadan sonra Sezarini papanın yanına getməli idi. Sesarini keçdiyi hər yerdə kralın türklərə qarşı qazandığı böyük zəfərləri elan etməli, verdiyi itkilər haqqında olan məlumatları gizlətməli idi.[27] Eynilə, Türkiyə tarixçisi Xəlil İnalcık iddia etmişdir ki, döyüşü bir Osmanlı zəfəri kimi təsvir edən anonim Osmanlı salnaməsi "Qəzavatı Sultan Murad bin Mehmed Xan" Zlatitsa döyüşü və Varna döyüşü ilə bağlı hadisələr haqqında bütün Osmanlı salnamələri arasında ən etibarlı məlumatı verir.[28][29] Polşa tarixçisi Yan Dabrovski, əksinə, xristianların türkləri Zlatitsada uğurla qovmağı bacardıqlarını və geri çəkilməzdən əvvəl daha da irəlilədiklərini iddia edir. Bununla belə, onun iddiası tədqiqatçı Con Cefferson tərəfindən "Kral Vladislas və Sultan Muradın müqəddəs döyüşləri" kitabında tənqid edilir. O, Dabrovskinin əsərində Niş və Zlatitsa döyüşlərini qarışdırdığını, Zlatitsada xristianların irəliləməsinin dayandırılması ilə razılaşdığını əlavə edir.[30]
In reality, it had been a disaster. In his account of the Hungarian army's retreat, Długosz describes 'the greater part of the King's army falling in heaps, overcome by hunger, and some soldiers marching with their bodies tottering hither and thither... most of them in truth so exhausted that you would think them to be ghosts devoid of flesh rather than men. His description echoes precisely the account of the army's return in The Holy Wars of Sultan Murad.
...finally defeated Hunyadi at the Battle of Zlatica (İzladi) in 1443
John Hunyadi accompanied by the cardinal-legate Giuliano Cesarini.
John Hunyadi accompanied by the cardinal-legate Giuliano Cesarini.
The combined host met Ottoman forces first on November 3, 1443, between the castle of Bolvan (near Aleksinac) and the city of Niš. Here Kasim Bey, then governor of Rumelia, Ishak Bey and other standard bearers were defeated.
In the course of their flight Kasim and Turahan burned all villages between Niš and Sofia.
The Ottoman sources in general emphasize the disagreement and lack of cooperation between frontier Ottoman forces under Turakhan and sipahi army under Kasim
The Ottoman Anonymous, openly hostile to Turahan Bey, blames the latter for convincing the sultan to burn Sofia and retreat... At the very end of November, the Christian army accordingly reached Sofia. From there, Hunyadi informed the Saxon towns of Transylvania on 3 December that the sultan had fled "towards the sea," and he was about to follow him and would be in Edirne within six or eight days
In reality, it had been a disaster. In his account of the Hungarian army's retreat, Długosz describes 'the greater part of the King's army falling in heaps, overcome by hunger, and some soldiers marching with their bodies tottering hither and thither... most of them in truth so exhausted that you would think them to be ghosts devoid of flesh rather than men. His description echoes precisely the account of the army's return in The Holy Wars of Sultan Murad.