. Love.az

Araz Dilagarda Belediyyesi - Wikipedia - Love.az

Ana Səhifə - Araz Dilagarda Belediyyesi

Araz Dilağarda bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Bələdiyyə
Araz Dilağarda bələdiyyəsi
Azərbaycan Respublikasının Füzuli rayonunun Araz Dilağarda bələdiyyəsi
Ölkə
  •  Azərbaycan
Daxildir Füzuli rayonu
İnzibati mərkəz Araz Dilağarda
Bələdiyyə sədri (sonuncu) Həsənov Nurəddin
Tarixi və coğrafiyası
Yaradılıb 1999
Ləğv edilib 2024
Əhalisi
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Statistik kodu 60630027
Bələdiyyə ödənişləri üçün vergi kodu 7503
VÖEN 7500101221
Telefon kodu 994 26
Avtomobil nömrəsi 19
İnzibati nəzarət orqanı: Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi, habelə 2000-2020-ci illərdə İmişli Regional Ədliyyə İdarəsi, 2020-2024-cü illərdə Qarabağ Regional Ədliyyə İdarəsi

Tarixi

redaktə

07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının[1] "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Araz Dilağarda bələdiyyəsi olub.

Bu Bələdiyyənin ilk Nizmanaməsi onun 26.01.2000-ci il tarixli 02 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə təsdiq edilib və 05.02.2024-cü il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib[2].

Yaradıldıqdan sonra Bələdiyyə 18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla[3] təsdiq edilmiş "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq Horadiz şəhərində yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının[4] üzvülüyünə qəbul edilib.

2003-2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[5] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi)[6] və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[7] uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvülüyünə qəbul edilib.

2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[8] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi[9] və Qarabağ Regional Ədliyyə İdarəsi[10] vasitəsilə həyata keçirilib.

05.02.2024-cü il tarixli 02 nömrəli Protokolunda[2] təsbit edilmiş 1-ci Qərarı ilə bu Bələdiyyənin ikinci Nizamnaməsi qəbul edilmiş və Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin 28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunda[11] edilmiş 3-cü Qərarı ilə ləğv edilib.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun[12] 18-ci hissəsinə əsasən: "18. Füzuli rayonu üzrə: 18.1. 3 №-li Qayıdış, 8 №-li Qayıdış, Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli və Birinci Mahmudlu bələdiyyələrinin əhatə etdiyi 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış, 5 №-li Qayıdış, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış, 11 №-li Qayıdış qəsəbələrində və Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli, Birinci Mahmudlu kəndlərində Bala Bəhmənli bələdiyyəsi;" yaradılıb. Bununla da Araz Dilağarda bələdiyyəsinin fəaliyyətinə xitam verilib.

Mərkəzi və ərazisi

redaktə

Nizamnaməsinin[2] 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Araz Dilağarda kəndi olub.

07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun[13] həmin vaxt mövcud olmuş redaksiyasının 14-cü bəndinə əsasən bu Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib:

Bələdiyyənin adı[14] VÖEN[15] Bələdiyyə ödəyicisi üçün vergi kodu[16] Bələdiyyənin statistik kodu İnzibati ərazi dairəsinin adı İƏD statistik kodu[17] İnzibati ərazi vahidinin adı[14] İƏV statistik kodu[17]
Füzuli rayonunun Araz Dilağarda bələdiyyəsi 7500101221 7503 60630027 Bala Bəhmənli kənd iəd 60630005 Araz Dilağarda kəndi 60630028

İstinadlar

redaktə
  1. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2024-11-28.
  2. ↑ 1 2 3 Hüquqi Aktların Dövlət Reyestri. "Füzuli rayonunun Araz Dilağarda bələdiyyəsinin Nizamnaməsi, 2024". e-qanun.az (az.). İstifadə tarixi: 2025-07-14.
  3. ↑ Hüquqi Aktların Dövlət Reyestri. ""Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2024-11-27.
  4. ↑ "Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının rəsmi facebbok hesabı". facebook.com.
  5. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanun". e-qanun.az (az.). 2024-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  6. ↑ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Bələdiyyələrlə iş baş idarəsi". www.justice.gov.az. İstifadə tarixi: 2025-03-18.
  7. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi barədə Qanun". e-qanun.az (az.). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-17.
  8. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanun". e-qanun.az (az.). 2024-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  9. ↑ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Bələdiyyələrlə iş baş idarəsi". www.justice.gov.az. İstifadə tarixi: 2025-03-18.
  10. ↑ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Regional ədliyyə idarələri". www.justice.gov.az. 2025-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  11. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin Nizamnaməsi, 2025". e-qanun.az (az.). İstifadə tarixi: 2025-07-10.
  12. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2024-11-28.
  13. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2025-07-14.
  14. ↑ 1 2 Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2025-06-03.
  15. ↑ "Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi". new.e-taxes.gov.az (az.). İstifadə tarixi: 2025-06-03.
  16. ↑ Vergilər Nazirliyinin 13.05.2015-ci il tarixli 1517040100655900 Əmri. "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxslərin uçota alınması üçün bələdiyyələr üzrə müəyyən edilmiş kodların siyahısı". Taxes.Gov.Az (az.). İstifadə tarixi: 2025-06-03.
  17. ↑ 1 2 "İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2024" (PDF) (az.). (#first_missing_last)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Araz_Dilağarda_bələdiyyəsi&oldid=8245078"
LOVE.AZ