Azərbaycan rəmzləri — Azərbaycan Respublikası və azərbaycanlılarda tarixən və ya müasir dövrdə istifadə edilmiş rəmzlər.
Şəkil | Adı | Təsvir | Tarix |
---|---|---|---|
"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasnın Qanununda qeyd edilir:
|
9 noyabr 1918-ci ildə təsdiq edilib. | ||
Dünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edib. Bu da bəllidir ki, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Qərbdəkilərdən fərqli olaraq, şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, millətin Şərq sivilizasiyasına mənsubluğunu, xalqın şərqliliyini bildirməyə xidmət edir.
Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş (eləcə də, Ay) dünya heraldika sənətində "əbədi, daimi, sonsuz həyat" mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə "əmin-amanlıq, sülhsevərlik, barış" mənalarını verir. Günəşin mərkəzində alov təsviri "Odlar Yurdu"nu – Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli ("Novruz" bayramında oda münasibət) ənənələr də nəzərə alınmışdır.[2] |
9 yanvar 1993-cü ildə təsdiq edilib. | ||
Azərbaycan Respublikasının Dövlət himninin mətninin görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olduğu qeyd edilir. Lakin son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun alimləri himnin mətninin müəllifliyi barədə apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1919-cu ildə Bakıda nəşr olunmuş "Milli nəğmələr" məcmuəsində himnin sözləri "Cəmo bəy" imzası ilə çap olunmuşdur. Bu imza isə ADR dövründə həm parlament, həm də hökumət üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Camo bəy Hacınskiyə məxsusdur.[3] | 27 may 1992-ci ildə təsdiq edilib. | ||
28 may günü bütün Azərbaycan tarixi bir hadisəni-1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini qeyd edir. 28 may Azərbaycanda milli bayram-"Respublika günü"dür. | 28 may 1992-ci ildən bayram edilir. | ||
Azərbaycan manatı Azərbaycan Respublikasının pul vahididir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. | Təsis edilib
15 avqust 1992-ci il | ||
Qızıl Ulduz medalı Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanıdır. "Qızıl Ulduz" medalı üz tərəfində ikiüzlü hamar şüalar olan, 31,5 mm qabarit ölçülü səkkizguşəli ulduzdan ibarətdir, sarı qızıldan hazırlanmışdır. Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycanın Milli Qəhrəmanı" sözləri yazılmışdır. Yuxarı şüanın küncündə medalın nömrəsi həkk olunmuşdur. Medal ilgək və halqa vasitəsilə ölçüsü 27 mm x 20 mm olan Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli beşkünc xara lentə birləşdirilmişdir. Lentin yuxarı kənarında qızıl suyuna çəkilmiş ensiz metal lövhə və paltara bərkidilmək üçün element vardır. Medala üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir edilmiş, paltara bərkidilmək üçün elementi olan 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur. | Təsis edilib
25 mart 1992-ci il | ||
"Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının ən yüksək dövlət təltifidir. "Heydər Əliyev" ordeninin ulduzu və zənciri qılınclı və qılıncsız olur. Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanmışdır. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənmişdir. Ulduzun əks uclarının arasındakı məsafə 82 mm-dir. Ulduzun üzərində çevrəsi dalğavari olan dairəvi lövhə yerləşdirilmişdir. Qılınclı ulduzda həmin lövhə ulduzun guşələrindən dördünün üzərindən keçərək çarpazlaşan iki qılıncın üstündə dayanır. Qılınclar gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Hər qılıncın uzunluğu 82 mm, eni 4 mm-dir. Qılıncların hər birinin dəstəyinə brilyant daş bərkidilmişdir. Dalğavari çevrəli lövhənin ortasında dairəvi medalyondakı cilalanmış lövhə üzərində Heydər Əliyevin barelyefı verilmişdir. Lövhə 750 əyarlı qızıldan hazırlanmışdır. Medalyon, üzərində qırx iki brilyant daş olan daxili halqa ilə əhatə olunmuşdur. Daxili halqanı dövrələyən orta halqanın qırmızı mina çəkilmiş yuxarı hissəsində qabarıq qızılı hərflərlə "HEYDƏR ƏLİYEV" sözləri yazılmışdır, aşağı hissəsi isə rombşəkilli ornament içərisində üç ədəd brilyant daşla bəzədilmişdir, bunların arasında yaşıl mina çəkilmiş qövsvari iki zolaq vardır. Orta halqa çevrəsi dalğavari olan göy rəngli xarici halqa ilə əhatələnir, onun üzərinə üçbucaq oymalar içərisində iyirmi brilyant daş bərkidilmişdir. | Təsis edilib
22 aprel 2005-ci il. | ||
"Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının ali hərbi ordenidir. Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər. "Şah İsmayıl" ordeni düzgün səkkizguşəli ulduzşəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında "Şah İsmayıl" yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir:
|
Təsis edilib
6 dekabr 1993-cü il. |
Baş tanrı | Göy Tanrı (bütün türk xalqlarında) |
Əcdad | |
Personifikasiya | Koroğlu[4] |
Dövlət qurucusu |
|
Tuğ tarixən türk xalqları tərəfindən istifadə edilən atributdur. Gəncə xanlığının hökmdarı Cavad xanın da tuğu (buncuğu) günümüzə gəlib çatmışdır.[45] "Aslan və Günəş" simvolu isə "qədim İran, ərəb, türk və monqol adət-ənənələrini" birləşdirir. Bu simvol ilk dəfə XII əsrdə məşhur simvola çevrilmiş, Səlcuqlar tərəfindən istifadə edilmişdir. Simvolda İslam, türk və monqol təsirlərinə aslanın səltənət və padşah ailəsini simvolizə etməsi aiddir. Simvol Azərbaycanın da daxil olduğu Səfəvilər dövlətində geniş istifadə edilmişdir.[46]
XII əsrin II yarısında Gəncə və Orta Kür ərazisinin digər şəhərlərində mədəni assimilyasiya haqqında məlumat verən Davidin "Nəsihətlər" əsərində qeyd edilir ki, əvvəl kürdlər, sonra türklər kilsələrə gəlməyə başlamış, xristianlığın müqəddəs simvollarını şərdən və uğursuzluqdan qoruyan simvollar kimi əldə etmək istəmişdir.[47]
Azərbaycanlıların etnogenezində iştirak etmiş alayuntluların tamğaları Azərbaycan, Ermənistan və Gürcüstanda tapılmışdır.[48] Ağqoyunlu dövlətində Uzun Həsən Bayandur tamğasının (möhürünün) dövlət simvolu olaraq istifadəsini başlatmışdır. Buna görə də Bayandur tamğası Ağqoyunlu sikkələrində, rəsmi sənədlərində, kitabələrində və bayraqlarında vardır.[49][50] Uzun Həsənin tuğrası onun 600 illiyi münasibətilə Azərbaycan poçt markasında və "Azergold"un qızıl sikkəsində təsvir edilmişdir.[51][52]
Rəssam Cavad Mircavadov əsərlərində türk tamğa və simvollarına yer vermişdir. O, Azərbaycan incəsənətində bu simvollardan istifadə edən ilk rəssamdır.[53] Rasim Babayev isə türk yazılarının istifadə edildiyi, tamğa və simvolları xatırladan kompozisiyalar yaratmışdır.[54] Məzahir Ərtuğ Avşar qrafik əsərlərdə boy və soy tamğalarını çəkmişdir.[55] İlham Ənvəroğlu da qədim türk tamğalarını əsərlərinə ("Proto-türklər", "Damğalı üzlər" və s.) daşımışdır.[56]
Ələm şiələrdə Kərbəla şəhidlərinin simvoludur və Məhərrəm ayındakı mərasimlərdə istifadə olunur.[57] Keçmişdə Azərbaycanın bölgələrində ələm daşıma mərasimlərində hamı ələmı əlində tuta bilmirdi. Çünki, ələm müqəddəs hesab edilirdi. Ələmi tutmaq üçün cavanlıq dövrünü keçmiş və insanlar arasında hörmətə malik olan kişi (dəstəbaşı, ələmdar) seçilirdi. Ələm daha çox əl formasında hazırlanırdı, ancaq aypara, armud, dairə, bayraq formalarına da rast gəlinirdi. Masallıda ələm daşıma mərasimi "tuğgəzdirmə", yəni "bayraq gəzdirmə" adlandırılırdı. Azərbaycandakı ələmlər həm Kərbəladakı ideoloji mərkəzlərdən gəlir, həm də yerli sənətkarlar tərəfindən düzəldilirdi. Müqəddəs və toxunulmaz hesab edilən ələmlər metalişləmənin gözəl incəsənət nümunələri idi. Sənətkarlar onları yerli ornamentlər və naxışlarla bəzəyirdilər. XIX əsrə aid ələm nümunələri Azərbaycan Tarix Muzeyində saxlanılır.[58]
Keçmişdə dəfn mərasimlərində qara parçadan bayraq istifadə olunardı. Belə bayraqlardan biri Azərbaycan Tarix Muzeyində qorunur. Üçbucaq formalı bayrağın üzərində bitki formalı bəzəklər, Aslan və Günəş kompozisiyası, ərəb dilində "ya məzlum Hüseyn" sözləri vardır.[58] Azərbaycan namaz xalçalarında türklərdə ailə simvolu olan buxağını görmək mümkündür.[59] Azərbaycan Tarix Muzeyində qorunan bayraqlarda Zülfüqar qılıncı nəzərə çarpır. Bəzi Azərbaycan dua parçalarında Zülfüqar ay və ulduzla birlikdə tikilirdi.[60]
1918–1920-ci illərdə mövcud olmuş AXC Azərbaycan bayrağını rəsmi olaraq qəbul etmiş, gerb, himn və dövlət möhürünün qəbulu üçün hazırlıqlar edilsə də, Aprel işğalına görə buna nail olunmamışdır.[61] Azərbaycan SSR-in bayrağı 1920-ci ildə, gerbi 1937-ci ildə, himni 1944-cü ildə təsdiq edilmişdir.[62][63]
Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 2017-ci ildə "Dolma hazırlanması və paylaşılması ənənəsi, mədəni kimliyin göstəricisi",[65][66] 2022-ci ildə isə "Çay mədəniyyəti – kimliyin, qonaqpərvərliyin və sosial əlaqənin simvolu" daxil edilmişdir.[67]
Indeed, the Bayundur clan to which the Aq-qoyunlu rulers belonged, bore the same name and tamgha (symbol) as that of an Oghuz clan.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.