Bəhməni və ya Bəhməni Qacar ailəsi — Qacar sülaləsinə mənsub olan zadəgan ailələrindən biri. Qacarlar sülaləsi 1784-1925-ci illərdə İranı idarə etmişdir. Məhəmməd şah Qacarın kiçik qardaşı olan Bəhmən Mirzə Qacar (1810-1884) 1841-1848-ci illərdə İran Azərbaycanının canişini, şahzadə naibi olmuşdur.[1]
Bəhməni ailəsi | |
---|---|
![]() | |
Əcdadı | Bəhmən Mirzə Qacar |
Qohum soylar |
Mehmandarovlar Ziyadxanovlar Naxçıvanskilər Cavanşirlər sülaləsi Axundovlar Talışxanovlar Bədəlbəylilər Şahtaxtinskilər |
Dövr | 1832-ci ildən etibarən |
Mənşəyi | Şuşa, Qarabağ |
Təbəəliyi |
Qacarlar dövləti ![]() |
Hərbi fəaliyyəti | Qacarlar sülaləsinə, Pəvləvilər sülaləsinə, Rusiya imperiyasına və Azərbaycan Xalq Cümhuriyyətinə xidmət etmiş çoxsaylı yüksək rütbəli zabitlər. |
Mülki mükafatları | Bəhmən Mirzə xəzinəsi |
XIX əsrin son rübündə ailə Rusiya və İran qollarına ayrıldı. Ailənin Rusiya qolu 1886-cı ildə rəsmən çarın əmri ilə zadəgan ailəsi olaraq qeydiyyata alındı. İranda qalmış qol isə Şahın sarayında xidmət edirdi və ənənəvi şahzadə titulu daşıyırdı.[2] Bəhmən Mirzə adətən özü və yetkinlik yaşına çatmış oğlanları üçün Nəvvab ünvanından istifadə edirdi.[3] bu sözün mənası alihəzrətləri deməkdir. Bəhmən Mirzənin oğlanları İmperial Rusiya və AXC Milli Ordusunda yüksək rütbəli zabitlər kimi xidmət etmişdirlər. Onlar Oktyabr inqilabına kimi Çara, ondan sonra isə AXC-ə xidmət etmişdirlər. Azərbaycanın sovetlər tərəfindən işğalından sonra Bəhmən Mirzənin övladları ya edam edilmiş, ya da İrana qaçmışdırlar.
Qacar sülaləsində hakimiyyət ötürülməsi primogenitur yolla həyata keçirdi, lakin bu ilk dünyaya gəlmiş kişi şahzadənin taxta çıxması deyildi. Taxta çıxan şahzadə ən böyük Qacar imperatriçasından dünyaya gəlmiş şahzadə olmalı idi. Bütün digər şahzadələrin hamısı legitimliyə malik idilər amma taxta çıxmağa haqları yox idi.[4][5][6]
Bu qayda XIX əsrin birinci yarısında şahzadələrdən bol olan ailə içində bir neçə dəfə toqquşmalara səbəb oldu. Ən yaşlı şahzadələr çox zaman atalarının sevimlisi və güclü valilər olurdular. Belə olduğu halda, onlar hakimiyyətin onlardan daha kiçik qardaşlarına və ya qardaşı oğlanlarına keçməsini qəbul etmək istəmirdilər.
Bəhmən Mirzə Abbas Mirzənin qohumu və əsas arvadı olan Ayşədən olan dördüncü oğlu idi. Ayşə Məhəmməd xan Qacar Dəvəlinin qızı idi. Abbas Mirzə özü də Fəthəli xanın dördüncü oğlu idi və atasının yerinə vəliəhd olmuşdu. Onun anası şahın əsas arvadı və Fəthəli xan Qacar Dəvəlinin qızı I Asiyə idi.
1833-cü ildə Abbas Mirzə vəfat edərkən, Fətəli şah onun böyük oğlu Məhəmməd Mirzəni yeni vəliəhd şahzadə olaraq seçdilər. Bəhmən Mirzə onun kiçik qardaşı idi. Məhəmməd Mirzə ağır xəstəlikdən əziyyət çəkirdi və monarx olmaq üçün zəif şəxs idi. Buna görə də, Bəhmən Mirzə, habelə Rusiya və Britaniya varislik haqqının Bəhmən Mirzəyə keçməsi üçü israr etməyə başladılar. Bu zaman Məhəmməd Mirzə artıq Qacar tayfasına mənsub olan arvadından doğulmuş şahzadəyə malik idi. Bu israrlar heç bir nəticə vermədi və Məhəmmməd şah oldu. Ondan sonra da oğlu Nəsrəddin şah Qacar şah elan edildi. Bundan sonra, Bəhmən Mirzə Azərbaycanın valisi vəzifəsini icra etmək, qardaşının canişini və kiçik qardaşı oğlunun naibi olmaq istəyirdi.
1847-ci ildə Bəhmən Mirzə saray çəkişmələrinə görə şahın gözündən düşdü və 1848-ci ildə Rusiyaya sürgünə getməyə məcbur oldu. İlk öncə o, Tiflisə hərəkət etdi və 1853-cü ildə Qarabağa köçdü. Ailə Şuşa şəhərində məskunlaşdı və burada böyük yay sarayına və daşınmaz əmlaka sahib oldu. Çox sayıda ailə üzvü Peterburqdakı imperial sarayında xidmət etmiş və AXC zamanı məşhur fiqurlara çevrilmişdilər. 1872-ci ildə Bəhmən Mirzənin oğlanlarından biri öz əmisi oğlu Nəsrəddin şahla razılığa gəlir və Nəsrəddin şah onları bağışlayır və onlara Tehrana geri dönməyi təklif edir.[3]
Bəhmər Mirzənin 31-i oğlan, 30-u qız olmaqla, 61 övladı olsa da, onlardan yalnız 50-i körpəlikdən sağ çıxmağı bacarmışdır. Beləliklə, o, Azərbaycan Qacarları sülaləsinin atası olmuşdur. Bu ailə Bəhməni-Qacar adlandırılsa da, soyad kimi Bəhmənov, Bəhmənoğlu və Qacar soyadlarından istifadə etmişdirlər. İrandakı qol isə Bəhmən və Bəhməni soyadlarını daşımışdır.[2] Bəhmən Mirzənin xeyriyyə tədbirlərində adları tez-tez hallanan qızlarının hamısı da, ən məşhur Azərbaycan ailələrindən olan insanlarla ailə həyatı qurmuşdurlar. Bu ailələrə misal olaraq Bədəlbəyliləri, Axundovları, Vəzirovları, Tağıyevləri, Şahtaxtinskiləri, Bəylərbəyovları, Mehmandarovları, Abbasovları, Muradovları və Mirzəyevləri göstərmək olar.[7]
Ailənin gerbi qədim Şir-i Xurşid embleminə əsaslanır. Bu empleb XII əsrdə Səlcuqlular dövründən istifadə edilməkdədir. 1785-ci ildə Ağa Məhəmməd xan emblemi rəsmən qəbul etdi və 1803-cü ildə Fətəli şahın dövründə torpaqların simvolu şah sülaləsinin də simvolu kimi qəbul edildi. 1871-ci ildə hal-hazırkı vəiyyətində çap edildi.
Şahzadə Bəhmən Mirzə 11 oktyabr 1810-cu ildə Tehranda anadan olmuş, 11 fevral 1884-cü ildə Şuşada vəfat etmişdir. O, vəliəhd şahzadə Abbas Mirzənin dördüncü oğlu idi. Anası isə Ayşə (Cahan) Xanım Dəvəli olmuşdur. O, həmçinin şah Məhəmməd Qacarın kiçik qardaşıdır. 1831-1834-cü ildə Ərdəbilin, 1834-cü ildə Tehranın canışını və sipəhsəları olmuş, 1836-1841-ci illərdə Borucerdin, Luristanın və Həmədanın qubernatoru (bəylərbəyi) olmuşdur. 1842-1847-ci illərdə Azərbaycanın valisi və Təbrizin hakimi olmuşdur.
31 oğlu və 30 qızı olmuşdur. Onlardan bəzisi Azərbaycan Qacar ailələrinin (Persidski, Bəhmənov və Qacar ) əcdadlarıdır.
31 oğlu:
Mələk Sultan Xanımdan olan övladları:
Şahzadə Xanımdan olan övladları:
Məleykə Cahan Xanımdan olan övladı:
Mehr Fərid Xanımdan olan övladları:
Kuçek Bərdə Xanımdan olan övladları:
Çiçək Xanımdan olan övladları:
Xandan Xanımdan olan övladı:
28. Sahibqıran Mirzə - İrana geri dönmüş və 1903-cü ildə Müzəffərəddin şah Qacarın xidmətinə girmişdir.
Digərlərindən: 29. Allahverdi Mirzə (d. 1866) 30. Seyfülməlik Mirzə 31. Bahaəddin Mirzə (d. 1855)
Qızları: