. Love.az

Cavad Xan Sirvanski - Wikipedia - Love.az

Ana Səhifə - Cavad Xan Sirvanski

Cavad xan Şirvanski (rus. Джавад Хан Ширванский) — Rusiya İmperator ordusunda general mayor. Leyb-Qvardiyanın Qafqaz eskadronunda ilk azərbaycanlı korneti.[1]

Cavad xan Şirvanski
Cavad xan Mustafa xan oğlu Sərkər
Şəxsi məlumatlar
Doğum tarixi 1809
Doğum yeri Şamaxı
Vəfat tarixi ən tezi 1877
Vətəndaşlığı
  •  Rusiya imperiyası
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü Atlı qoşun
Xidmət illəri 1834-1882
Rütbəsi General-mayor
Döyüşlər Rusiya-Osmanlı müharibəsi (1877-1878)
Əlaqələri Mustafa xan (atası)
İstefada 1882
Təltifləri IV dərəcəli Müqəddəs Vladimir ordeniIII dərəcəli "Müqəddəs Anna" ordeniII dərəcəli Müqəddəs Stanislav ordeni II dərəcəli "Müqəddəs Anna" ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 Hərbi fəaliyyəti
  • 3 Ailəsi
  • 4 İstinadlar

Həyatı

redaktə

1809-cu ildə[2] və ya 1814-cü ildə[3] Şamaxıda doğulmuşdur. Atası Şirvan xanı Mustafa xan, anası isə İslamı qəbul etmiş gürcü, Adolf Berjenin sözləri ilə desək gözəllikdə tayı-bərabəri olmayan Güləndam xanım (ö. 1858) idi.[2] Saray təhsili almışdır. 2 yaşından bəri Abbas Mirzənin himayəsində böyümüşdür. Muğan düzündəki Xaki kanalının sahibi idi.[4]Həsən bəy Zərdabiyə "Cəmiyyət Xeyriyyə" təşkilatı üçün 3700 rubl kömək etmişdi.[5]

Hərbi fəaliyyəti

redaktə

1832-ci ilin iyul-avqust aylarında atası tərəfindən hələ 19 yaşındaykən qohumları Hüseyn bəy Şıxəlibəyli (1797-1842) və Əbdürrəhman sultan (1808-1855) ilə birlikdə Rusiya İmperator ordusuna yazdırılmışdı. 1833-cü ildə isə o artıq Əlahiddə Qafqaz Korpusu komandiri, Qafqaz Canişini Qriqori Rozen tərəfindən çeçenlərə qarşı döyüşlərdən ötrü "İgidliyə görə" gümüş qılıncı ilə mükafatlandırıldı.[3][6]

6 aprel 1834-cü ildə Leyb-Qvardiyanın Qafqaz eskadronunda ilk azərbaycanlı kornet təyin olundu.[7] Qardaşı Məmməd xan isə 1-ci kadet korpusunda təhsilə başladı.[3]

1837-ci ildə Leyb-Qvardiyanın Qusar polkuna köçürüldü.Növbəti il isə 3-cü dərəcədən Müqəddəs Anna ordeni ilə təltif edildi. 1839-cu ildə 3-cü dərəcədən Müqəddəs Stanislav ordeni ilə təltif olunaraq leytenant rütbəsi aldı. 1840-cı ildə "İgidliyə görə" qızıl qılıncı ilə mükafatlandırıldı.[8] Növbəti il 4-cü dərəcəli Müqəddəs Vladimir ordenini alaraq ştabs-rotmistr rütbəsinə yüksəldi.

1855-ci ildə polkovnik rütbəsinə yüksələn Şirvanski,[7] növbəti il II Aleksandrın Moskvadakı tacqoyma mərasimində Şamaxı quberniyasını təmsil etmiş, 2-ci dərəcədən Müqəddəs Anna ordeni ilə mükafatlandırılmışdı.[9] Rusiya-Osmanlı müharibəsində iştirak etmiş, 1877-ci ildə "Türklərə qarşı qələbəyə görə" medalı ilə təltif edilərək general-mayorluğa yüksəldilmişdir. 1882-ci ildə istefaya çıxmışdı.

Ailəsi

redaktə

1849-cu ildə Hüseyn bəy Şıxəlibəylinin qızı Gövhər xanımla evlənmişdir. Övladları:

  • Bala xan Şirvanski (d. 1852)
  • Əmir xan Şirvanski (d. 1854)
  • Rəşid xan Şirvanski (d. 1857)
  • Sitarə bəyim (d. 1860)

İstinadlar

redaktə
  1. ↑ "Rusiya imperatorlarının mühafizəsində olmuş Azərbaycan hərbi hissələrinin geyimi bərpa olundu". 2018-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  2. ↑ 1 2 Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları, cild 5, səh. 1111
  3. ↑ 1 2 3 Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları, cild 8, səh. 496-497
  4. ↑ S.A.Məlik-Sarkisyan, "Muğan düzü", 1897, Sankt Peterburq, səh. 44
  5. ↑ "Həsən bəy Zərdabinin "Бакинский листок" qəzetinə məktubu". 2019-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  6. ↑ 1841-ci ildə Rusiya imperiyasının ordusu ümumi heyəti. Cild 1, səh 176 Arxivləşdirilib 2016-12-11 at the Wayback Machine.
  7. ↑ 1 2 Rütbəsinə görə polkovniklərin siyahısı (1859) - səh. 321 Arxivləşdirilib 2022-02-28 at the Wayback Machine
  8. ↑ E. E. İsmayılov. "İgidliyə görə" yazılı qızıl silahla təltif olunan 1788-1913-cü ildəki kavalyerlərin siyahısı. - Moskva, 2007, s. 213[ölü keçid]
  9. ↑ Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları, cild 10, səh. 715 Arxivləşdirilib 2021-04-21 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cavad_xan_Şirvanski&oldid=7067565"
LOVE.AZ