Lətifə — 1989-cu ildə çəkilmiş Azərbaycan filmi.
Lətifə | |
---|---|
Janr |
dram faciəvi komediya |
Rejissorlar |
Nizami Musayev Yefim Abramov |
Ssenari müəllifi | Rövşən Ağayev |
Baş rollarda |
Rasim Balayev — Rəhimov Ceyhun Mirzəyev — Məmmədov Yaşar Nuri — Məmməd Muxtar Maniyev — Kərimov Xuraman Hacıyeva — Xəlilova Yelena Kostina — Alya Aleksandr Şarovski — prokuror Loğman Kərimov — lal-kar Lətifə Əliyeva — ana Lalə Bağırova — Rimma Əjdər Həmidov — Əhməd |
Operator | Bağır Rəfiyev |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssamlar |
Kamil Nəcəfzadə Nazim Hacıyev |
İstehsalçılar |
"Azərbaycanfilm" Kinostudiyası "TİSkino" şirkəti |
İlk baxış tarixi | 10 yanvar 1990 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 136 dəq. |
Ölkə |
![]() |
Dillər | azərbaycanca, rusca |
İl | 1989 |
Texniki məlumatlar |
2 seriya 14 hissə 3727 metr 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
IMDb | ID0309282 |
Kinokomediyada təsvir olunan hadisələr real həyatdan götürülmüşdür. Əsərdə üç süjet xətti var və onlar vahid bir məcrada birləşir. İlk süjetdə hadisələr partiya komitəsi katibinin kabinetində, ikincisində katibin qəbul otağında, üçüncüsündə isə liftdə cərəyan edir.
XX əsrin 80-ci illərinin sonu. Partiya məmurlarının fəaliyyətsizliyi, mənasız işlərlə məşğul olmaları, prokurorların satqınlığı, komsomol rəhbərlərinin maymaqlığı-bütün bunlar gündəlik ictimai həyat normasına çevrilmişdir: yeni mikrorayona kanalizasiya çəkilməmişdir, yerli əhali üçün nəzərdə tutulmuş məhsullar yenidən emal olunmuş məqsədilə xaricə göndərilir...