. Love.az

Mir Rehim Vilayi - Wikipedia - Love.az

Ana Səhifə - Mir Rehim Vilayi

Mir Rəhim Vilayi və ya Mir Rəhim Abdullayev (1916, Təbriz – 1976, Bakı)

Mir Rəhim Vilayi
Azərbaycan Milli Məclisinə Mərənddən seçilən nümayəndə
12 dekabr 1945 – 12 dekabr 1946
Şəxsi məlumatlar
Doğum tarixi 1916
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1976
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti siyasətçi, tarixçi

Təltifləri "21 Azər" medalı — 19461946 "Səttarxan" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Haqqında
    • 1.1 İlk illəri
    • 1.2 AMH dövründə
    • 1.3 AMH dağıldıqdan sonra
  • 2 Mənbə
    • 2.1 İstinadlar
    • 2.2 Ədəbiyyat
  • 3 Xarici keçidlər

Haqqında

redaktə

İlk illəri

redaktə

Mir Rəhim Əbdüləli oğlu Vilayi 1916-cı ildə Təbriz şəhərində anadan olub. 1917-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İbtidai təhsilini Bakıda fəaliyyət göstərən İran məktəbində alıb.1932–1934-cü illərdə axşam məktəbini, 1934 −1935-ci illərdə bir illik hazırlıq kursunu bitirib. 1936-cı ildə fizika-riyaziyyat fakültəsində təhsilini davam etdirib. 1938-ci ildə İrana sürgün olunub və orada həbs olunaraq "Qəsri-Qacar" həbsxanasına salınıb. 1941-ci ildə müttəfiq orduları İrana girdikdən sonra həbsdən azad olunub.[1] Həbsdən çıxdıqdan sonra Təbrizə gəlib və burada Azərbaycan Ziddi-faşist Təşkilatına üzv olub.[2] Tezlilkə təşkilatın sədr müavini və onun mətbuat orqanı olan "Yumruq" qəzetinin redaktoru olub.[3][4] Bundan başqa Təbrizdə nəşr olunan "Azərbaycan", "Vətən uğrunda",[5] "Fəryad", "Ədəbiyyat səhifəsi", "Yumruq"[6] kimi qəzetlərdə də məqalələri ilə çıxış edib. 1942-ci ilin yanvar ayında yaradılmış Azərbaycan Zəhmətkeşlər Təşkilatının Mərkəzi Komitəsinin üzvü olub.[7][8] 1945-ci ildən Tudə Partiyasının Azərbaycan təşkilatının MK üzvü olub.

AMH dövründə

redaktə

Azərbaycan Demokrat Firqəsi yaradıldıqdan sonra firqəyə üzvü olub və onun birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilib.[9] 1945-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetinin redaktoru olub. 1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb.[10][11][12] Mir Rəhim Vilayi konqresin katibi seçilib.[11] ADF-nin Təbriz şəhər komitəsinin sədr müavini olub.[13][14]

1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib.[15][16][17] Mir Rəhim Vilayi də Azərbaycan Milli Məclisinə Mərənddən nümayəndə seçilib.[18] Azərbaycan Milli Hökumətinin Milli Məclisinin birinci iclası dekabrın 12-də keçirilib.[19][20][21] Bu iclasda Mir Rəhim Vilayi Azərbaycan Milli Məclisinin katibi[22][23] və Azərbaycan Milli Məclisinin Rəyasət Heyətinin üzvü seçilib.[24][25] Eyni zamanda Təbriz şəhərinin şah qoşunlarından təmizlənməsində iştirak edən 7 fədai başçısından biri olub.[26]

1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif edilib.[27]

1946-cı il dekabrın 11-də Azərbaycan Demokrat Firqəsinin Təbrizdə baş tutmuş son iclasında Məhəmməd Biriya müvəqqəti olaraq Azərbaycan Demokrat Firqəsinin I katibi seçilir.[28][29][30] Firudin İbrahimi və Mir Rəhim Vilayi isə onun müavinləri seçilirlər.[31][32] 1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[33][34] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[34] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[33][35] Azərbaycan Milli Hökuməti süqut etdi.[36][37] Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[38][39][40] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[41][42] Bundan sonra da qırğınlar və talan davam etdi.[35][43] Mir Rəhim Vilayi bir müddət Təbrizdə gizli yaşayıb.[44] Bir neçə ay sonra isə 1947-ci ildə Bakıya mühacirət edib.[45]

AMH dağıldıqdan sonra

redaktə
 
Mir Rəhim Vilayi, Məhəmməd Biriya və Mirqasım Çeşmazər, 1969-cu il 12 sentyabr, Bakı.

1947–1951-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1947–1949-cu illərdə ADF-nin orqanı olan "Azərbaycan" qəzetində siyasi — ədəbiyyat şöbəsinin müdiri, 1949–1953-cü illərdə "Azərbaycan" qəzetinin redaktoru vəzifəsində çalışıb. 1952–1956-cı illərdə aspirantura təhsili alıb. 1953-cü ilin iyun ayında ADF MK-nın üzvü seçilib.[46] 1953–1957-ci illərdə ADF-nin təbliğat — təşviqat şöbəsinin müdiri, 1957–1959-cu illərdə ADF MK-sının sədri Mirqasım Çeşmazərin müavini vəzifəsində çalışıb.[47] 1959–1968-ci illərdə Azərnəşrdə siyasi ədəbiyyat şöbəsində böyük redaktor, 1968-ci ilin iyun ayından etibarən isə Azərbaycan Elmlər Akademiyasında Yaxın və Orta Şərq Xalqları İnstitutunun İran tarixi şöbəsində baş elmi işçi kimi fəaliyyət göstərib.[48] 1975-ci ildə "Azərbaycan Milli Hökumətinin dövründə mətbuat" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.[48][49]

1976-cı ildə Bakıda vəfat edib.[48][50]

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ Çeşmazər, 1986. səh. 13
  2. ↑ Rəhimli, 2015. səh. 29
  3. ↑ Pişəvəri, 2005. səh. 32
  4. ↑ Azəroğlu, Balaş. "Mirzə İbrahimov haqqında xatirə" (PDF). clb.az. İstifadə tarixi: 2025-03-12.
  5. ↑ Sarıyeva, İradə. "Təbrizin ərəb əlifbasında Azərbaycandilli zəngin mətbuat tarixi…". aqreqator.az (az.). 2022-12-08. İstifadə tarixi: 2025-03-06.
  6. ↑ Ələkbərli, 2021. səh. 116
  7. ↑ Atabaki, 2000. səh. 89
  8. ↑ Çeşmazər, 1986. səh. 35
  9. ↑ Çeşmazər, 1986. səh. 70
  10. ↑ Atabaki, 2000. səh. 113
  11. ↑ 1 2 Həsənli, 1998. səh. 269
  12. ↑ Mustafayev, 1998. səh. 89
  13. ↑ Çeşmazər, 1986. səh. 73
  14. ↑ Həsənov, 2007. səh. 560
  15. ↑ Atabaki, 2000. səh. 114
  16. ↑ Şəmidə, 1961. səh. 139
  17. ↑ Həsənov, 2004. səh. 139
  18. ↑ Mərəndli, 2017. səh. 192
  19. ↑ Balayev, 2018. səh. 25
  20. ↑ İbrahimov, 1948. səh. 32
  21. ↑ Həsənov, 2004. səh. 145
  22. ↑ Tağıyeva,Rəhimli,Bayramzadə, 2000. səh. 222
  23. ↑ Pişəvəri, 2005. səh. 363
  24. ↑ Çeşmazər, 1986. səh. 65
  25. ↑ Şəms, İsmayıl. Ömrə yazılan günlərdən ən önəmlisi 21 Azər günü (PDF) (az.). Dortmund: 21 Azər jurnalı. 1. 2024-10-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-06.
  26. ↑ Miyanalı, Əlirza; Fələki, Lütfəli. Fədailər Azərbaycan xalqının 21 Azər hərəkatında (PDF) (az.). 2021-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-11.
  27. ↑ Çeşmazər, 1986. səh. 114
  28. ↑ Qəribli, 2014. səh. 173
  29. ↑ Muradi Marağayi, 2006. səh. 30
  30. ↑ Cavid, 2005. səh. 63
  31. ↑ Rəhimli, 2015. səh. 162
  32. ↑ Hasanli, 2006. səh. 371
  33. ↑ 1 2 Hasanli, 2006. səh. 373
  34. ↑ 1 2 Balayev, 2018. səh. 36
  35. ↑ 1 2 Duqlas, Vilyam. Strange lands and friendly people (ingilis). Nyu-York: Harper & Brothers Publishers. 1951. 45.
  36. ↑ Lenczowski, George. United States' Support for Iran's Independence and Integrity, 1945–1959 (ingilis). 401. Annals of the American Academy of Political and Social Science. 1972. 49. doi:10.1177/000271627240100106. ISSN 0002-7162.
  37. ↑ Həsənli, 2006. səh. 445
  38. ↑ Balayev, 2018. səh. 137
  39. ↑ Əmirov, 2000. səh. 51
  40. ↑ Əliqızı, 2001. səh. 24
  41. ↑ Həsənli, 2006. səh. 448
  42. ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
  43. ↑ Hasanli, 2006. səh. 375
  44. ↑ Hasanli, 2006. səh. 374
  45. ↑ Haşimi, 2002. səh. 108
  46. ↑ Balayev, 2018. səh. 86
  47. ↑ Hüseynov, Rafael. "Pənah gətirənlərin pasibanı". 525-ci qəzet. 2023-05-26. İstifadə tarixi: 2025-03-06.
  48. ↑ 1 2 3 Kazımi, Pərviz. "Güneyli siyasi mühacirlərin Azərbaycanın elmi mühitində iştirakı (1950-1980)" (PDF). Azərbaycan Ruznaməsi. İstifadə tarixi: 2025-03-06.
  49. ↑ Həsənli, 1998. səh. 17
  50. ↑ Atabaki, 2000. səh. 125

Ədəbiyyat

redaktə
  • Atabaki, Touraj. Azerbaijan: Ethnicity and the Struggle for Power in Iran (ingilis). London: I.B.Tauris. 2000. səh. 288. ISBN 9781860645549.
  • Balayev, Xaqan. Azərbaycanın sosial-siyasi həyatında cənublu mühacirlərin iştirakı (1947-1991) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2018. səh. 198. ISBN 9789952370911.
  • Cavid, Salamulla. O günün həsrəti ilə (PDF) (az.). Bakı: Yurd nəşriyyatı. 2005. səh. 63. 2021-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-06.
  • Çeşmazər, Mirqasım. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1986. səh. 121. 2023-05-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-06.
  • Ələkbərli, Faiq. Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər (az.). III. Bakı: Elm və təhsil nəşriyyatı. 2021. səh. 684. ISBN 9789952817607.
  • Əliqızı, Almaz. Azadlıq və istiqlal poeziyası (PDF) (az.). Bakı: Bakı Dövlət Universiteti nəşriyyatı. 2001. səh. 160. ISBN 9789952817607. 2025-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-07.
  • Əmirov, Sabir. Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990) (az.). Bakı: Elm nəşriyyatı. 2000. səh. 257. ISBN 5806612600.
  • Hasanli, Jamil. At the Dawn of the Cold War: The Soviet-American Crisis over Iranian Azerbaijan, 1941–1946 (az.). Lanham: Rowman & Littlefield Publishers. 2006. səh. 416. ISBN 978-0742540552.
  • Haşimi, Əbülfəz. Mübarizələrdə keçən ömür (az.). Bakı: Maarif nəşriyyatı. 2002. səh. 136. ISBN 9789952370911.
  • Həsənli, Cəmil. Güney Azərbaycan:Tehran - Bakı - Moskva arasında (PDF) (az.). Bakı: Diplomat nəşriyyatı. 1998. səh. 324. 2024-12-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-06.
  • Həsənli, Cəmil. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг (PDF) (rus). Moskva: Герои Отечества. 2006. səh. 560. ISBN 5910170120. 2024-12-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-06.
  • Həsənli, Cəmil. Təbriz - 1946-cı il: Milli Hökumətin zəfər və faciəsi (az.). Bakı: Qanun nəşriyyatı. 2024. səh. 600.
  • Həsənov, Həsən. Cənubi Azərbaycanda Milli Demokratik hərəkat (1941-1946-cı illər) (az.). Bakı: Elm nəşriyyatı. 2004. səh. 204.
  • Həsənov, Həsən. Иранский дневник (1944-1946 гг.) (rus). Bakı: Elm nəşriyyatı. 2007. səh. 576. ISBN 5-8066-1706-8.
  • Qəribli, İslam. Ədəbiyyat sərhəd tanımır (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2014. səh. 262.
  • Mərəndli, Barış. "21 Azər" soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 376. ISBN 978-9952-8312-8-3. 2024-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-06.
  • Muradi Marağayi, Əli. زندگى و زمانه محمد بى‌رىا: به انضمام خاطرات سرلشکر درخشانى از فرقه دموکرات آذرباىجان / Məhəmməd Biriyanın həyatı və dövrü (Demokrat Firqəsi haqqında general Derəxşaninin xatirələri ilə birlikdə (fars). Miçiqan: University of Michigan. 2006. səh. 237. ISBN 9789648234374.
  • Mustafayev, Vidadi. Cənubi AzərbaycanMilli Şüur (XX əsrin birinci yarısında) (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1998. səh. 200. 2024-04-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-10.}
  • Rəhimli, Əkrəm. 21 Azərə gedən yol:Güney Azərbaycanda milli-demokratik hərəkat:1941-1946-cı illər (az.). Bakı: Araz nəşriyyatı. 2015. səh. 240. ISBN 9789952828528.
  • Pişəvəri, Seyid Cəfər. Xatirələr (1941-1945) (az.). Bakı: Azərbaycan Demokrat Firqəsinin nəşri. 2005. səh. 394.
  • Şəmidə, Əli. İranda fəhlə və həmkarlar hərəkatı (1941-1946) (az.). Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı. 1961. səh. 181.
  • Tağıyeva, Şövkət; Rəhimli, Əkrəm; Bayramzadə, Səməd. Güney Azərbaycan (az.). Bakı: Orxan NPM. 2000. səh. 517. 2024-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-06.

Xarici keçidlər

redaktə
  • Mir Rəhim Vilayi - İmperializmə qarşı və İran despotizmi əleyhinə hərəkatın mahiyyəti haqqında
  • Mir Rəhim Vilayi - Milli Hökumətin siyasi, iqtisadi və mədəni reformalarının yerinə yetirilməsində demokratik mətbuatın mübarizəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mir_Rəhim_Vilayi&oldid=8124745"
LOVE.AZ