. Love.az

Mirze Nurulla Xan Yekani - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Nurulla Xan Yekani
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
  • Əgər kömək etmək istəyirsinizsə, ya da səhifə yarımçıq qalıbsa, səhifəni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənin tarixçəsində səhifə üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • lərinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu məqalə sonuncu dəfə 37 saat əvvəl InternetArchiveBot (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Mirzə Nurulla xan Yekani və ya Nurulla xan Yekani Zare (1878, Yekan Kəhriz, Şərqi Azərbaycan ostanı – 26 avqust 1947) — İran Məşrutə hərəkatının fəal üzvü.

Mirzə Nurulla xan Yekani
Mirzə Nurulla xan Ağa bəy oğlu Yekani
Doğum tarixi 1878
Doğum yeri
  • Yekan Kəhriz, Yekanat dehistanı, Mərənd şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 26 avqust 1947(1947-08-26)
Fəaliyyəti siyasətçi
Partiyası
  • İctimaiyyun-Amiyyun (təşkilat),
  • İran Tudə Partiyası,
  • Azərbaycan Demokrat Firqəsi

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Məşrutə hərəkatında
    • 1.2 Xiyabani hərəkatında
    • 1.3 Digər hərəkatlarda
    • 1.4 21 Azər hərəkatında
  • 2 Ailəsi
  • 3 Mənbə
    • 3.1 İstinadlar
    • 3.2 Ədəbiyyat
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Mirzə Nurulla xan Ağa bəy oğlu 1878-ci ildə Mərəndin Yekan Kəhriz kəndində anadan olub.[1][2] İbtidai təhsilini doğulduğu kənddə alıb.[3] Daha sonra işləmək üçün Bakıya gəlib.[4] Burada Nəriman Nərimanovun rəhbərliyi ilə yaradılan İctimaiyyun-Amiyyun partiyasına üzv olub[5] və partiyanın Mərkəzi Komitəsinin üzvü seçilib.[4][6]

Məşrutə hərəkatında

redaktə

Məşrutə hərəkatı başladıqdan sonra 1907-ci ildə Təbrizə gəlib və hərəkata qoşulub.[1][7][8] Burada Əli Müsyo və Məhəmməd Xiyabani ilə tanış olub.[9] Daha sonra Qoçəli xan, Baxşəli xan və Şirəli xan qardaşları ilə birləşərək şah dəstəkçilərinə qarşı müabrizəni davam etdirib.[10] 1908-ci il noyabrın 21-də Nurulla xan Yekani və Qoçəli xanın başçılıq etdiyi dəstələr Ələmdardan hərəkət edərək Xoyun Evoğlu kəndinə toplandılar.[10] Onların Xoya hücumunun qarşısını almaq üçün göndərilmiş şah dəstəkçisi olan dəstələr isə Bilvar kəndinə yerləşdilər. Nurulla xanın və Qoçəli xanın dəstələri Bilvarda yerləşən şah dəstəkçilərinə hücum etdilər eyni vaxtda Heydər xan Əmioğlu da Xoyda üsyana başladı. Noyabrın 26-da şah dəstəkçisi olan qüvvələr məğlub edildilər və şəhər azad olundu.[8][11] Yoldaşları ilə birlikdə Xoyda "Mükafat" qəzetini nəşr etdirməyə başlayıb.[12]

1909-cu ilin may ayında Təbrizdəki təbəələrinə ərzaq bəhanəsi ilə Təbrizə getmək istəyən rus qoşunu Culfa körpüsünə çatanda Mirzə Nurulla xan öz dəstəsi ilə birgə onların qabağını kəsib.[13][14] Sayları az olsa da onlarla sona qədər vuruşacağını və əgər körpünü keçməyə cəhd etsələr körpünü partladacağını deyib. Azərbaycan Əyalət Əncüməninin icazəsindən sonra onların hərəkətinə mane olmayıb.[15][13] 1910-cu ildə Tehrana gedən Səttarxanı müşayiət edib.[16][17] Atabəy parkı hadisəsindən sonra Səttarxanın istəyi ilə Təbrizə qayıdıb.[15]

1911-ci ildə Təbrizi işğal etmiş rus qoşununa qarşı Əmir Heşmət Neysəri ilə birlikdə 4 gün döyüşüb. Daha sonra Siqqətülislamın tapşırığı ilə bir neçə silahdaşı ilə birlikdə Təbrizi tərk edib.[18] Döyüş yoldaşları ilə birlikdə İstanbula gəlib.[19] Burda bir müddət ticarətlə məşğul olub. Daha sonra yoldaşları ilə birlikdə Osmanlı hökuməti tərəfindən İstanbulda açılmış Polis Məktəbinə daxil olub və buranı bitirib.[19][15] Birinci Dünya müharibəsində iştirak edib.[19] Təbrizə geri qayıtdıqdan sonra Təbrizdə polis idarəsində işləməyə başlayıb. Burda işlədiyi müddətdə Yekan mahalında öz pulu ilə bir neçə məktəb açıb.[19]

Xiyabani hərəkatında

redaktə

1917-ci ilin aprel ayına İran Demokratik Partiyasının Azərbaycan Vilayət Komitəsinin təsis konfransı keçirilib.[20] Konfransda Azərbaycanın bölgələrindən gəlmiş 480 nəfər iştirak edib. Bir neçə gün çəkən müzakirədən sonra konfransda yeddi maddəlik bir qərar qəbul edilib.[20] Burada Nurulla xan Yekaninin də rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsinin yaradıldığı elan olunub.[21][20] 1920-ci ildə baş tutmuş Xiyabani hərəkatında iştirak edib.[22][23] 1920-ci ilin iyunun 24-də Şeyx Məhəmməd Xiyabaninin qurduğu Milli Hökumətin Rəyasət Heyətinə seçilmiş 20 nəfərdən biri olub.[24][25][26]Azadıstan dövləti qurulduqdan sonra Nurulla xan Yekani Təbriz polis rəisi təyin olunub. Azərbaycanı tərk edərkən vəhşilik edən rus qoşunlarının qarşısın almaq məqsədilə Şeyx Məhəmməd Xiyabani Nurulla xan Yekaninin rəhbərlik etdiyi dəstəni Şərəfxanaya göndərib. O bura gəldikdən sonra ruslardan qalan silahları eləcə də ərzaq məhsullarını ələ keçirib Təbrizə göndərib. Urmiyada üsyan qaldırmış aysorlar və ermənilər Şərəfxana limanını ələ keçirmək üçün hücuma keçirlər. Nurulla xanın rəhbərlik etdiyi qüvvələr onları məğlub edib bir çoxunu əsir götürürlər. Daha sonra isə onlar Urmiya, Xoy və Salmas şəhərlərini üsyançılardan təmizləyirlər.[15] Xiyabani hərəkatı yatırıldıqdan sonra Nurulla xan Yekani həbs olunub.[22] Bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.[23]

Digər hərəkatlarda

redaktə

Azadlığa çıxdıqdan sonra bir neçə yoldaşı ilə birlikdə Xorasana gedib və Azadlıq uğrunda Mübarizlər Komitəsinə üzv olub.[27] Burada Məhəmmədtağı xan Püsyanın rəhbərliyi ilə baş tutmuş üsyanda iştirak edib.[28][23] Hərəkat yatırıldıqdan sonra Təbrizə qayıdıb və 1922-ci ildə başlamış Lahuti hərəkatına qoşulub.[29][23] Hərəkat məğlub olduqdan sonra həbs olunub[27] və Yekan mahalında açdığı məktəblər bağlanıb.[19] Daha sonra Yekan mahalından çıxmamaq şərtilə həbsdən azad olunub.[30][31]

1941-ci ilin avqust sentyabr aylarında Britaniya və SSRİ qoşunları İrana daxil oldular.[32][33][34] 1941-ci il sentyabrın 17-də Rza şah taxtından imtina edərək İranı tərk etdi.[35][36] Bundan sonra ölkə ərazisində həbsdə olan siyasi məhbuslar azadlığa buraxıldılar və müxtəlif siyasi təşkilatlar yaranmağa başladı.[37][38] Nurulla xan Yekani 1941-ci ildə Tudə Partiyası qurulduqdan sonra ora üzv olub və Mərənd, Xoy[39] və Salmas bölgələrində partiya təşkilatlarının yaradılmasında iştirak edib.[40][31] 1944-cü ildə Tudə Partiyasının Xoy Vilayət Komitəsinin sədri seçilib.[31][41] 1945-ci ildə Tudə Partiyasının Azərbaycan təşkilatının konfransı keçirilib. Nurulla xan Yekani bu konfransın açılışını edib.[31] Bu konfransa gizli səsvermə yolu ilə partiyanın Azərbaycan təşkilatının Əyalət Komitəsinə, Rəyasət heyətinə və Təftiş komissiyasına seçkilər keçirilib.[31][42] Ən çox səs alan 5 nəfərdən biri də Nurulla xan Yekani olub.[42]

21 Azər hərəkatında

redaktə

Azərbaycan Demokrat Firqəsinin yaradılmasında iştirak edib[43] və firqənin Xoy komitəsinin sədri olub.[44][45][46] Bundan başqa partiyanın Mərkəzi Təftiş Komissiyasının üzvü olub.[47][48] 1945-ci il oktyabrın 2-də Təbriz şəhərində Azərbaycan Demokrat Firqəsinin təşkilatlarından seçilmiş nümayəndələrin o cümlədən də Nurulla xan Yekaninin iştirakı ilə firqənin birinci qurultayı keçirilib.[49] 1945-ci il noyabrın 8-də Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin iclası baş tutub.[50] Bu iclasda fədai dəstələrinin yaradılması haqda qərar qəbul edildi.[50][51] Xoyda fədailərin toplanmasına Nurulla xan Yekani rəhbərlik edib.[52] 1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb.[53][54][55] Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, Milli heyət yaradıldı.[56][57] Nurulla xan Yekani də Milli heyətə seçilən 39 nəfərdən biri olub.[58][48][59] 1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib.[56][51][60] Xoyda keçirilən seçkilər nəticəsində Nurulla xan Yekani səs toplayaraq Azərbaycan Milli Məclisinə Xoydan nümayəndə seçilib.[45][19]

1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub.[61] Milli Hökumət qurulduqdan sonra Nurulla xan Yekani Daxili İşlər naziri Salamulla Cavidin müavini seçilib.[47][31][62] Xoy komitəsinin sədri olduğu dövrdə Xoy şəhərinə su çəkilib, uşaqlar üçün uşaq evi və yeni məktəblər açılıb.[63][31][45] Açılan yeni məktəblərdə təhsil alan uşaqların məktəbli geyimləri Nurulla xan Yekaninin hesabına təmin olunurdu.[15] Bu məktəblərdə bir müddət Cabbar Bağçaban da dərs deyib.[15] Bundan başqa şəhər ətrafında olan bataqlıqlar qurudulub. Xoy şəhərində Şəhrabani küçəsində 700–800 tamaşaçı yeri olan teatr açılıb.[15] Azərbaycan Milli Hökumətinin son aylarında Urmiya şəhərinin polis rəisi təyin edilib.[63][31]

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı.[64][65] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[66] Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[67][68] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu.[66][69][70] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[68][71] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[66][72] Lakin bu istəyi cavabsız qaldı.[73]

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi.[74][75][76] Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[77][78] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[78] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[77][78] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[77][79] Azərbaycan Milli Hökuməti süqut etdi.[80] [81] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[82][83] Bundan sonra da qırğınlar və talan davam etdi.[79][82] Minlərlə insan həbs olundu, sürgün edildi.[84] Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[85][86][87] Nurulla xan Yekani də həbs olunub.[88] Həbsxanada işgəncələrə məruz qalıb və dabanlarına mismarlar vurulub.[89][90] 1947-ci il avqustun 26-da Urmiyada[91] dar ağacından asılıb.[89][92][93][94] Edamdan qabaq Səttarxana həsr edilmiş şeir deyib.[95][96]

Nurulla xan Yekaninin nəşi Urmiyada yaşayan yekanlılar tərəfindən təhvil alınıb və Ağa İbrahim qəbiristanlığında dəfn olunub.[90]

Ailəsi

redaktə

Atası Ağabəy Zeynəb xanımla ailə qurub. Bu evlilikdə Mirzə Nurulla, Mirzə Məhəmmədəli və Həlimə adlı övladları dünyaya gəlib.[19]

Nurulla xan Yekani 3 dəfə evli olub. İlk dəfə Zöhrə xanımla ailə qurub. Bu evlilikdən Zəkiyə, Məlahət, Mehparə adlı qızları, Mehrəli xan, İskəndər xan, Firuz xan adlı oğulları olub. İkinci dəfə Mələk xanımla ailə qurub. Bu evlilikdən övladları olmayıb. Üçüncü dəfə Fatma xanımla ailə qurub. Bu evlilikdən isə Zeynəb və İranduxt adlı qızları dünyaya gəlib.[15]

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 Müciri, 1962. səh. 1
  2. ↑ Fəthi, 2015. səh. 17
  3. ↑ Yekani Zare, 2004. səh. 16
  4. ↑ 1 2 Fəthi, 2015. səh. 19
  5. ↑ Cənubi Azərbaycan tarixinin oçerki, 2021. səh. 168
  6. ↑ Yekani Zare, 2004. səh. 20
  7. ↑ XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar, 1990. səh. 46
  8. ↑ 1 2 Cənubi Azərbaycan tarixinin oçerki, 2021. səh. 205
  9. ↑ Görkəmli Azərbaycan pedaqoqu Mirzə Cabbar Əsgərzadə Bağçaban və ana dilimizdə yaratdığı bədii əsərlərdən örnəklər (PDF) (az.). 12.
  10. ↑ 1 2 Fəthi, 2015. səh. 22
  11. ↑ میرعرب, دکتر علی. "فتح خوی توسط مشروطه خواهان در سال 1326ق / 1287ش". مجله اینترنتی همیار (fars). 2025-01-07. İstifadə tarixi: 2025-04-10.
  12. ↑ مدیر. "میرزا نوراله خان یکانی - تبلیغات ارومیه". اروم وب مجله اینترنتی ارومیه (fars). 2018-12-17. İstifadə tarixi: 2025-04-10.
  13. ↑ 1 2 Yekani Zare, 2004. səh. 18
  14. ↑ D.Clark, James. Constitutionalists and Cossacks: The Constitutional Movement and Russian Intervention in Tabriz, 1907–11 (ingilis). 39. Cambridge University Press / Iranian Studies. 2006. 212. eISSN 6-30-2006 (#bad_issn).
  15. ↑ 1 2 3 4 5 6 7 8 Həmraz, Rza. "سـرهنـگ نـوراله خان يكاني". rezahamraz.com. 2014-11-19. Archived from the original on 2014-11-19. İstifadə tarixi: 2025-04-10.
  16. ↑ Cənubi Azərbaycan tarixinin oçerki, 2021. səh. 228
  17. ↑ Yekani Zare, 2004. səh. 35
  18. ↑ Cənubi Azərbaycan tarixinin oçerki, 2021. səh. 235
  19. ↑ 1 2 3 4 5 6 7 Yekani Zare, 2004. səh. 17
  20. ↑ 1 2 3 Ələkbərli, 2021. səh. 282
  21. ↑ Rəhimli, Əkrəm. "Хiyabani hərəkatı – 90". Günaz.tv (az.). 2021-10-20. İstifadə tarixi: 2025-04-15.
  22. ↑ 1 2 Yekani Zare, 2004. səh. 55
  23. ↑ 1 2 3 4 Müciri, 1962. səh. 2
  24. ↑ Ələkbərli, 2021. səh. 290
  25. ↑ Tağıyeva,Rəhimli,Bayramzadə, 2000. səh. 188
  26. ↑ Bayramzadə, Səməd. "1920-ci il Təbriz üsyanı". Azərbaycan Ruznaməsi (az.). 2021-04-06. İstifadə tarixi: 2025-04-15.[ölü keçid]
  27. ↑ 1 2 "به یاد مبارز کهنسال و قهرمان شکنجه‌گاه‌ها، نورالله خان یکانی". adfmk.com. İstifadə tarixi: 2025-03-17.
  28. ↑ Yekani Zare, 2004. səh. 29
  29. ↑ Yekani Zare, 2004. səh. 30
  30. ↑ Yekani Zare, 2004. səh. 32
  31. ↑ 1 2 3 4 5 6 7 8 Müciri, 1962. səh. 3
  32. ↑ Atabaki, 2000. səh. 64
  33. ↑ "WW2 People's War - Fact File : Persia Invaded". www.bbc.co.uk. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-10.
  34. ↑ "World War II - Pacific, Japan, Allies | Britannica". www.britannica.com (ingilis). 2025-03-07. 2015-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-10.
  35. ↑ Ələkbərli, 2021. səh. 113
  36. ↑ Atabaki, 2000. səh. 65
  37. ↑ Məmmədli, 2009. səh. 99
  38. ↑ Əmirov, 2000. səh. 13
  39. ↑ Çeşmazər, 1986. səh. 36
  40. ↑ Yekani Zare, 2004. səh. 25
  41. ↑ Həsənov, 2004. səh. 65
  42. ↑ 1 2 Həsənli, 2023. səh. 195
  43. ↑ Rəhimli, 2003. səh. 63
  44. ↑ Həsənov, 2007. səh. 561
  45. ↑ 1 2 3 Mərəndli, 2017. səh. 317
  46. ↑ Həsənov, 2004. səh. 119
  47. ↑ 1 2 Yekani Zare, 2004. səh. 33
  48. ↑ 1 2 Çeşmazər, 1986. səh. 70
  49. ↑ Vilayi, 1975. səh. 8
  50. ↑ 1 2 Həsənov, 2004. səh. 125
  51. ↑ 1 2 Şəmidə, 1961. səh. 139
  52. ↑ Pişəvəri, 2005. səh. 227
  53. ↑ Atabaki, 2000. səh. 113
  54. ↑ Həsənli, 1998. səh. 269
  55. ↑ Pişəvəri, 2005. səh. 255
  56. ↑ 1 2 Atabaki, 2000. səh. 114
  57. ↑ Həsənli, 1998. səh. 272
  58. ↑ Həsənli, 1998. səh. 273
  59. ↑ "Azərbaycan" qəzeti I, 2022. səh. 607
  60. ↑ Həsənov, 2004. səh. 139
  61. ↑ İbrahimov, 1948. səh. 32
  62. ↑ Çeşmazər, 1986. səh. 71
  63. ↑ 1 2 Yekani Zare, 2004. səh. 43
  64. ↑ Rəhmanifər, Məhəmməd. "Güney Azərbaycanda Milli Hökumətin süqutundan sonra nələr yaşandı?". Apa.az (az.). 2015-01-04. 2025-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-06.
  65. ↑ Həsənli, 2006. səh. 437
  66. ↑ 1 2 3 Həsənli, 2006. səh. 438
  67. ↑ Rəhimli, Əkrəm. Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. / S.C.Pişəvəri gənclik illərində (PDF) (az.). Bakı: Azərnəşr. 2010. 83. ISBN 9952310031. 2022-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-02-06.
  68. ↑ 1 2 Hasanli, 2006. səh. 366
  69. ↑ Atabaki, 2000. səh. 172
  70. ↑ Sultanlı, 2010. səh. 83
  71. ↑ Rəhimli, 2003. səh. 143
  72. ↑ Rəhimli, Əkrəm. Pişəvəri S.C. Məqalə və çıxışlarından seçmələr (Təbriz 1945-1946-cı illər) (az.). Bakı: Nurlar nəşriyyatı. 2016. 415. ISBN 9789952504444.
  73. ↑ Həsənli, 2006. səh. 441
  74. ↑ Rossow, 1956. səh. 30
  75. ↑ Rəhimli, 2003. səh. 149
  76. ↑ Hasanli, 2006. səh. 370
  77. ↑ 1 2 3 Hasanli, 2006. səh. 373
  78. ↑ 1 2 3 Balayev, 2018. səh. 36
  79. ↑ 1 2 Duqlas, Vilyam. Strange lands and friendly people (ingilis). Nyu-York: Harper & Brothers Publishers. 1951. 45.
  80. ↑ Lenczowski, George. United States' Support for Iran's Independence and Integrity, 1945–1959 (ingilis). 401. Annals of the American Academy of Political and Social Science. 1972. 49. doi:10.1177/000271627240100106. ISSN 0002-7162.
  81. ↑ Həsənli, 2006. səh. 445
  82. ↑ 1 2 Həsənli, 2006. səh. 448
  83. ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
  84. ↑ Hasanli, 2006. səh. 375
  85. ↑ Balayev, 2018. səh. 137
  86. ↑ Əmirov, 2000. səh. 51
  87. ↑ Əliqızı, 2001. səh. 24
  88. ↑ Mərəndli, 2017. səh. 173
  89. ↑ 1 2 Mərəndli, 2017. səh. 177
  90. ↑ 1 2 Yekani Zare, 2004. səh. 37
  91. ↑ Bayramzadə, 2015. səh. 181
  92. ↑ Müciri, 1962. səh. 4
  93. ↑ Şəmidə, 1961. səh. 164
  94. ↑ İsmayılov, Güləddin. "Şəhid Mirzə Nurulla xan Yekani". Azərbaycan Demokrat Firqəsi. 2022-05-05. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-22.
  95. ↑ "525-ci qəzet - Urmiya-Türkün beşiyi, sevgi ocağı..." 525.az. 2025-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-13.
  96. ↑ İbrahimov, 1948. səh. 44

Ədəbiyyat

redaktə
  • Atabaki, Touraj. Azerbaijan: Ethnicity and the Struggle for Power in Iran (ingilis). London: I.B.Tauris. 2000. səh. 288. ISBN 9781860645549.
  • "Azərbaycan" qəzeti I. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı: 1945-1946-cı illər, Təbriz (az.). I. Bakı: Elm nəşriyyatı. 2022. səh. 928. ISBN 978-9952-556-47-6.
  • Balayev, Xaqan. Azərbaycanın sosial-siyasi həyatında cənublu mühacirlərin iştirakı (1947-1991) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2018. səh. 198. ISBN 9789952370911.
  • Bayramzadə, Səməd. "21 Azər – 70" fotoalbom (şərhlərlə) (PDF) (az.). Bakı: “Araz” nəşriyyatı. 2015. səh. 185. ISBN 9789952828535. 2022-03-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-12.
  • Çeşmazər, Mirqasım. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1986. səh. 121. Archived from the original on 2023-05-02. İstifadə tarixi: 2024-11-29.
  • Əliqızı, Almaz. Azadlıq və istiqlal poeziyası (PDF) (az.). Bakı: Bakı Dövlət Universiteti nəşriyyatı. 2001. səh. 160. ISBN 9789952817607. 2025-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-14.
  • Ələkbərli, Faiq. Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər (az.). III. Bakı: Elm və təhsil nəşriyyatı. 2021. səh. 684. ISBN 9789952817607. 2024-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-02.
  • Əmirov, Sabir. Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990) (az.). Bakı: Elm nəşriyyatı. 2000. səh. 257. ISBN 5806612600.
  • Fəthi, Nüsrətulla. دیدار با همرزم ستارخان / Səttarxanın silahdaşı ilə görüş (fars). Bakı: نشر آذربایجان. 2015. səh. 344. ISBN 9786005612233.
  • Hasanli, Jamil. At the Dawn of the Cold War: The Soviet-American Crisis over Iranian Azerbaijan, 1941–1946 (az.). Lanham: Rowman & Littlefield Publishers. 2006. səh. 416. ISBN 978-0742540552.
  • Həsənli, Cəmil. Güney Azərbaycan:Tehran - Bakı - Moskva arasında (PDF) (az.). Bakı: Diplomat nəşriyyatı. 1998. səh. 324. 2024-12-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-28.
  • Həsənli, Cəmil. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг (PDF) (rus). Moskva: Герои Отечества. 2006. səh. 560. ISBN 5910170120. 2024-12-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-02-13.
  • Həsənov, Həsən. Cənubi Azərbaycanda Milli Demokratik hərəkat (1941-1946-cı illər) (az.). Bakı: Elm nəşriyyatı. 2004. səh. 204.
  • Həsənov, Həsən. Иранский дневник (1944-1946 гг.) (rus). Bakı: Elm nəşriyyatı. 2007. səh. 576. ISBN 5-8066-1706-8. 2025-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-05.
  • Şəmidə, Əli. İranda fəhlə və həmkarlar hərəkatı (1941-1946) (az.). Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı. 1961. səh. 181.
  • İbrahimov, Mirzə. O демократическом движении в Южном Азербайджане (rus). Bakı: Elm nəşriyyatı. 1948. səh. 48.
  • Həsənli, Cəmil. Güney Azərbaycan: Tarixin yol ayrıcında (1939–1945) (az.). Bakı: Qanun nəşriyyatı. 2023. səh. 496. ISBN 9789952385717.
  • Məmmədli, Pərvanə. Cənubi Azərbaycan mətbuatı tarixi: XIX-XX-XXI yüzilliklər (az.). Bakı: Elm nəşriyyatı. 2009. səh. 230.
  • Mərəndli, Barış. "21 Azər" soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 376. ISBN 978-9952-8312-8-3. 2024-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-25.
  • Müciri, Cəfər. Azadlıq yolunun mübarizləri (az.). I. Bakı: Azərbaycan ruznaməsi. 1962. səh. 208.
  • Pişəvəri, Seyid Cəfər. Xatirələr (1941-1945) (az.). Bakı: Azərbaycan Demokrat Firqəsinin nəşri. 2005. səh. 394.
  • Rəhimli, Əkrəm. Güney Azərbaycan milli-demokratik hərəkat (1941-1946) (az.). Bakı: Meqa nəşriyyatı. 2003. səh. 207. 2024-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-26.
  • Tağıyeva, Şövkət; Rəhimli, Əkrəm; Bayramzadə, Səməd. Güney Azərbaycan (az.). Bakı: Orxan NPM. 2000. səh. 517. 2024-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-18.
  • Vilayi, Mir Rəhim. Cənubi Azərbaycanda Milli Azadlıq Uğrunda Demokratik Mətbuatın Mübarizəsi (1945 1946 cı illər) (PDF) (az.). Bakı. 1975. səh. 57. 2024-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-06.
  • XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar (1900-1985). Məqalələr məcmuəsi (az.). Bakı: Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu. 1990. səh. 216.


  • Yekani Zare, Pərviz. میرزا نوراله خان یکانی زارع از پس غبار زمان (fars). Urmiya: Yaz nəşriyyatı. 2004. səh. 156. ISBN 978-964-95129-8-5.
  • Cənubi Azərbaycan tarixinin oçerki: 1828-1917 (az.). I. Bakı: Elm nəşriyyatı. 2021. səh. 416. ISBN 978-9952-495-95-8.
  • Sərhəng Nurulla xan Yekani Arxivləşdirilib 2014-11-19 at the Wayback Machine

Xarici keçidlər

redaktə
  • Pərviz Yekani — Mirzə Nurulla xan Yekani
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Nurulla_xan_Yekani&oldid=8155334"
LOVE.AZ