. Love.az

Saral Pembek - Wikipedia - Love.az

Ana Səhifə - Saral Pembek
Bu adın digər istifadə formaları üçün bax: Saral.

Saral — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Hamamlı rayonunda qədim kənd. Saral İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənddir.

Saral
40°50′33″ şm. e. 44°21′45″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.517 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 631 nəf. (2011)[1]
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Saral xəritədə
Saral
Saral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Əhalisi
  • 3 Xarici keçidlər
  • 4 Tanınmışları
  • 5 İstinadlar

Tarixi

redaktə

Rayon mərkəzindən 7 km şərqdə, Pəmbək (Pambək) çayının sol qolu Cicixan çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir. Kəndin ilk adı Sarala olmuşdur[3].

Hamamlı (prototürk — sakca adı — Hamama) (Spitak) rayonu təşkil edilənədək (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin X–XII əsrlərdə salındığı göstərilir[4].

Toponim Sarala adlı hun- türk tayfasının adı[5][6] əsasında əmələ gəlmişdir. Etnotoponimdir, quruluşca sadə toponimdir.

Əhalisi

redaktə

Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 951 nəfər, 1914-cü ildə 1111 nəfər, 1916-cı ildə 982 nəfər azərbaycanlı yaşamışdır[7].

1915–1918-ci illərdə xaricdən köçürülən ermənilər kəndə yerləşdirilmişdir və kəndin əhalisi 1919-cu ildə azərbaycanlılarla ermənilər birlikdə 3090 nəfər təşkil etmişdir[8].

1919-cu ilin axırlarında kənddə yaşayan azərbaycanlılar erməni-daşnak təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 808 nəfər, 1926-cı ildə 851 nəfər, 1931-ci ildə 975 nəfər[7], 1987-ci ildə 1856 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabrın 1-də kəndin sakinləri – azərbaycanlılar qırğınlarla Ermənistan hakimiyyəti tərəfindən deportasiya olunmuşdur. Kənddə indi ermənilər yaşayır.

30 noyabr 1988-ci ildə Daşnak terrorçuları Hamamlı rayonunun Saral kəndindən Həmzəçimən kəndinə yollanan qaçqın dəstəsinə basqın etmişlər. 18 nəfər qətlə yetirilmiş, Balacayev Mövsümün 8 nəfərlik ailəsi tamamilə məhv edilmişdir. 7 nəfər isə ağır bədən xəsarəti almışdır[9].

Xarici keçidlər

redaktə
  • "Pəmbək Mahalı, Hamamlı rayonu, Saral kəndi - I". www.youtube.com. İstifadə tarixi: 16 fev 2024.
  • "Pəmbək Mahalı, Hamamlı rayonu, Saral kəndi - II". www.youtube.com. İstifadə tarixi: 16 fev 2024.
  • "Pəmbək Mahalı, Hamamlı rayonu, Saral kəndin sakini". www.youtube.com. İstifadə tarixi: 16 fev 2024.

Tanınmışları

redaktə
  • Əsəd Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı
  • Babək Ələkbərov — Vətən Müharibəsi Qəhrəmanı
  • Əsgər İsayev — Texnika elmləri doktoru, professor
  • Fəxrəddin İsayev — Fizika-riyaziyyat elmləri doktoru, professor
  • Çərkəz Qurbanlı— tərcüməçi alim, alman dili üzrə mütəxəssis, filologiya elmləri namizədi, dosent
  • Şəkər Məmmədova — BDU-nun Coğrafiya Fakültəsinin dekanı , coğrafiya elmləri doktoru, professor.

İstinadlar

redaktə
  1. ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.219
  3. ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.54
  4. ↑ Ermənistan Sovet Ensiklopediyası, XI c., İrəvan, 1984, s.210
  5. ↑ 329, s.ll, 24, 164
  6. ↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.68
  7. ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.54–55, 132–133
  8. ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.133
  9. ↑ Əlisahib Əroğul. "Erməni-daşnaq faşizmi və Azərbaycan" (bədii publisistika). Bakı, "Təhsil", 2007-ci il.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Saral_(Pəmbək)&oldid=8040304"
LOVE.AZ