Xəlil Azərbadeqan (Urmiya – 16 mart 1947) — siyasətçi, 21 Azər hərəkatının iştirakçısı. Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan Milli Hökuməti dövründə Marağanın daha sonra isə Ərdəbilin qubernatoru.
Xəlil Azərbadeqan | |
---|---|
![]() | |
avqust 1946 – dekabr 1946 | |
12 dekabr 1945 – avqust 1946 | |
12 dekabr 1945 – 12 dekabr 1946 | |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 16 mart 1947(1947-03-16) |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
![]() |
Təbrizdə qurulmuş Demokratiya ocağı təşkilatının sədri, İTP Azərbaycan Əyalət Komitəsinin və Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü olub. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra həbs olunaraq asılıb.
Xəlil Azərbadeqan Urmiyada anadan olub.[1] 1905-1911-ci illərdə baş tutmuş Məşrutə hərəkatının iştirakçısı olub.[2]
1943-cü ildə Təbrizdə qurulmuş Demokratiya ocağı təşkilatının sədri olub.[3][4] 1944-cü ildə Demokratiya ocağı təşkilatı Tudə Partiyası ilə birləşdi.[5][6] Bundan sonra Xəlil Azərbadeqan İTP Azərbaycan Əyalət Komitəsinə üzv seçilib.[4][7][8] 1945-ci ildə Azərbaycan Demokrat Partiyası qurulduqdan sonra partiyanın Mərkəzi Komitəsinə üzvü seçilib.[9][10] 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb.[11][12] Xəlil Azərbadeqan da Azərbaycan Xalq Konqresində Urmiya nümayəndəsi kimi iştirak edib.[13][14]
1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib.[15][16][17] Urmiyada keçirilən seçkilər nəticəsində Xəlil Azərbadeqan səs toplayaraq Azərbaycan Milli Məclisinə Urmiyadadan nümayəndə seçilib.[18] Azərbaycan Milli Hökuməti tərəfindən Marağanın qubernatoru təyin edilib.[1][14][19] Qubernator olduğu dövrdə Marağada yeni yollar salınıb, məktəblər və kinoteatr tikilib.[14][18] 1946-cı ilin avqust ayında Ərdəbilin qubernatoru təyin olunub.[18][20][21] Qubernator olduğu dövrdə Ərdəbildə Balıqlı çayın üzərində körpü və məktəblər tikilib.[1][22]
1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[23][24] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[24] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[24] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[23][25] Azərbaycan Milli Hökuməti süqut etdi.[26][27] Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[28][29][30] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[31][32] Bundan sonra da qırğınlar və talan davam etdi.[25][31] Xəlil Azərbadeqan şəhəri tərk etməyib.[33] Bir neçə gün Ərdəbil şəhəri uğrunda döyüşüb. Daha sonra həbs olunub.[34] Bir müddət həbsdə saxlanıldıqdan sonra 1947-ci il martın 15-də dar ağacından asılıb.[22][35][36]