Əzablı yollar ("Məlikməmməd") — kinorejissor Tofiq İsmayılovun filmi.[1]
Əzablı yollar | |
---|---|
Janr |
döyüş macəra musiqili fantastika məhəbbət uşaq |
Rejissor | Tofiq İsmayılov |
Ssenari müəllifi | Oqtay Məmmədov |
Baş rollarda |
Ötkəm İsgəndərov — Məlikməmməd Elşad Qazıyev — Şahməmməd Viktor Dəmirtaş — Xanməmməd Sonaxanım Əliyeva — Pərizad Həmidə Ömərova — Nurzad Leyla Manafova — Gülşad Həsən Məmmədov — Padşah |
Operatorlar |
Şərif Şərifov Vladimir Sapojnikov |
Bəstəkar | Tofiq Quliyev |
Rəssamlar |
Elbəy Rzaquliyev Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 18 mart 1982 |
Filmin digər adları |
Məlikməmməd Məlikməmmədin nağılı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 73 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1982 |
Texniki məlumatlar |
8 hissə 2102 metr genişekranlı 35 mm "Svema" kinolenti(Şostka kimya kombinatı) "Tasma" kinolenti(Kazan kimya kombinatı) |
Rəng | rəngli |
IMDb | ID1620430 |
Kinolentin əsasını şən macəravari əhvalat təşkil edir. Film tamaşaçıları xeyirxah olmağa çağırır.
Dövlətlərdən birində divlər ölkəni şər qüvvələrdən qoruyan üç sehrli almanı oğurlayırlar. Həmin almaları axtarıb tapmaq üçün şah (Həsən Məmmədov) oğlanlarının üçünü də uzaq səfərə göndərir. Böyük oğul Şahməmməd (Elşad Qazıyev) əylənmək, şənlənmək həvəskarıdır. Ortancıl Xanməmməd (Viktor Dəmirtaş) acgöz və tənbəldir, kiçik qardaş Məlikməmməd (Ötkəm İsgəndərov) isə romantik və xəyalpərəstdir. Qardaşların yolu uzun, təhlükəli və çətin olur. Amma filmin sonunda onlar hər cür çətinlikləri aradan qaldırır, güclü və xeyirxah olurlar.