Aleksandr Georgiyeviç Kalyaninov (rus. Александр Георгиевич Кальянинов; 11 dekabr 1992[1], Bakı – 25 dekabr 2024, Aktau) — Təyyarə pilotu, Azərbaycanın Milli Qəhrəmanı.[2]
Aleksandr Kalyaninov | |
---|---|
![]() | |
Doğum tarixi | 11 dekabr 1992(1992-12-11)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 dekabr 2024(2024-12-25) (32 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | təyyarə qəzası |
Dəfn yeri | |
Dəfn tarixi | 29 dekabr 2024 |
Təhsili |
|
Fəaliyyəti | pilot |
Mükafatları |
![]() |
Aleksandr Kalyaninov 11 dekabr 1992-ci ildə Bakıda anadan olub. Milliyətcə rusdur. Uşaqlıqdan arzusu helikopter idarə edən atası kimi pilot olmaq idi.[3][4] Atası Georgi Kalyaninov 2017-ci ildə vəfat edib.[5]
Bakı Avropa Liseyinin fərqlənən şagirdlərindən biri olub.[6] Keçmişdə aykido və boksla məşğul olurdu. Məktəb illərində həmyaşıdları arasında "ağıllı və yaraşıqlı" biri kimi tanınırdı.[7] Milli Aviasiya Akademiyasına qəbul edilib. Orada 1 kurs oxuyub.[8] Təhsilini daha sonra IZTECH-də davam etdirib.[9] İngilis və fransız dillərini yaxşı səviyyədə bilirdi.
Kalyaninov 2021-ci ilin aprelində Ukrayna Dövlət Uçuş Akademiyasında (o zaman Ukrayna Milli Aviasiya Universiteti) oxuyarkən aviasiya nəqliyyatı üzrə magistr dərəcəsi alıb.[10]
Anası Yelena (Lena) Kalyaninova "oğlunun cəmi bir ildir ki, işə başladığını və işini çox sevdiyini" deyib.[11]
2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Rusiya istehsalı olan Pantsir-S1 zenit raket kompleksi ilə vurulmuşdur. Hava gəmisinin kapitanı İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə yönləndirmişlər. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi zamanı təyyarə yerə çırpılmışdır. Təyyarənin göyərtəsində 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Qəza nəticəsində 29 nəfər sağ qalmışdır.[12]
Aleksandr Kalyaninov qəza nəticəsində həyatını itirmişdir. 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.[13]
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Kalyaninov Aleksandr Georgiyeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[16]