. Love.az

Andrey Qeym - Wikipedia - Love.az

Ana Səhifə - Andrey Qeym
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
  • Əgər kömək etmək istəyirsinizsə, ya da səhifə yarımçıq qalıbsa, səhifəni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənin tarixçəsində səhifə üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • lərinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu məqalə sonuncu dəfə 6 saniyə əvvəl Nemoralis (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Andrey Qeym (21 oktyabr 1958[1][2][…], Soçi, RSFSR, SSRİ[3][4][…])[6] — sovet fiziki, fizika üzrə 2010-cu il Nobel mükafatı laureatı (Konstantin Novosyolovla birgə), ilk dəfə[7][8] qrafen istehsalı metodunun tərtibatçılarından biri kimi tanınır.

Andrey Qeym
rus. Андрей Константинович Гейм
Doğum tarixi 21 oktyabr 1958(1958-10-21)[1][2][…] (66 yaş)
Doğum yeri
  • Soçi, RSFSR, SSRİ[3][4][…]
Elm sahələri bərk cisimlər fizikası[d], Nanotexnologiya
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri namizədi[d]
İş yerləri
  • Mançester Universiteti
Təhsili
  • Moskva Fizika və Texnologiya İnstitutunun Ümumi və tətbiqi fizika fakültəsi[d],
  • Mançester Universiteti,
  • Moskva Fizika və Texnologiya İnstitutu
Üzvlüyü
  • London Kral Cəmiyyəti,
  • ABŞ Milli Elmlər Akademiyası (2012–)[5],
  • Niderland Kral İncəsənət və Elmlər Akademiyası[d]
Mükafatları Cəngavər bakalavrı (Birləşmiş Krallıq) — 2011 Commander of the Order of the Netherlands Lion (Niderland)
Fizika üzrə Nobel mükafatı (İsveç) — 2010 "Kopli" medalı (Birləşmiş Krallıq) — 2013
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, London Kral Cəmiyyətinin üzvüdür (2007il)[9] və ABŞ Milli Elmlər Akademiyasının xarici üzvüdür (2012il).

Həyat yolu

redaktə

1958-ci ildə Soçidə mühəndis ailəsində anadan olub.[10] 1964-cü ildə ailə Nalçikə köçdü. 1975-ci ildə Andrey Qeym Nalçikdəki 3 nömrəli orta məktəbi qızıl medalla bitirib[11][12]. 8 ay Nalçik Elektrovakuum Zavodunda işlədi. Bu zaman o, V. Q. Petrosyanla tanış olur və ondan fizika haqqında geniş məlumatlar alır.[13]

1976-cı ildə Moskva Fizika-Texnologiya İnstitutuna daxil olub. 1982-ci ilə qədər ümumi və tətbiqi fizika fakültəsində təhsil alıb, oranı fərqlənmə diplomu ilə bitirib, aspiranturaya daxil olub. 1987-ci ildə Rusiya Elmlər Akademiyasının Bərk Cisimlər Fizikası İnstitutunda V. T. Petraşovun rəhbərliyi altında "Helikon rezonans üsulu ilə metallarda daşınma relaksasiyası mexanizmlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır[14]. SSRİ EA Bərk Cisimlər Fizikası İnstitutunda və SSRİ Elmlər Akademiyasının Mikroelektronika Texnologiyası Problemləri İnstitutunda elmi işçi işləmişdir[15].

Elmi araşdırmaları

redaktə

2004-cü ildə Andrey Qeym tələbəsi Konstantin Novosyolovla ilə birlikdə karbonun tək atomlu təbəqəsi olan yeni material qrafen istehsalı texnologiyasını icad etdi. Sonrakı təcrübələr zamanı məlum oldu ki, qrafen bir sıra unikal xüsusiyyətlərə malikdir: o, yüksək davamlıdır, mis kimi elektrik cərəyanını keçirir, istilik keçiriciliyinə görə bütün məlum materialları üstələyir, işığa şəffafdır, eyni zamanda helium atomlarını belə keçirməyəcək qədər sıxdır. Bütün bunlar onu bir sıra tətbiqlər, xüsusən də sensor ekranların, işıq panellərinin və bəlkə də günəş batareyalarının yaradılması üçün perspektivli material olduğunu deyir[16].

Bu kəşfə görə Fizika İnstitutu (Böyük Britaniya) 2007-ci ildə A. Qeymi "Mott medalı" ilə təltif etdi. O, həmçinin nüfuzlu Avrofizika Mükafatını (Konstantin Novosyolovla birgə) aldı. 2010-cu ildə isə "İkiölçülü qrafen materiallarına dair həyata keçirdikləri əhəmiyyətli eksperimentlərə görə" Konstantin Novosyolovla bölüşdüyü Fizika üzrə Nobel Mükafatına layiq görüldü.[17]

İstinadlar

redaktə
  1. ↑ 1 2 http://www.britannica.com/EBchecked/topic/1715369/Sir-Andre-Geim.
  2. ↑ 1 2 http://www.jewage.org/wiki/?q=he/Article:Andre_Geim_-_Biography.
  3. ↑ 1 2 http://www.deccanherald.com/content/104044/promise-graphene.html.
  4. ↑ 1 2 http://www.reuters.com/article/idUSTRE6AB2JE20101112.
  5. ↑ NNDB (ing.). 2002.
  6. ↑ Фото копии трудовой книжки А. К. Гейма (html). сайт веб-музея МФТИ. Дата обращения: 6 октября 2010. Архивировано 26 марта 2012 года.
  7. ↑ K. S. Novoselov et al. Electric Field Effect in Atomically Thin Carbon Films (англ.) // Science : journal. — 2004. — Vol. 306. — P. 666. — doi:10.1126/science.1102896. Архивировано 13 октября 2006 года. Архивированная копия. Дата обращения: 12 сентября 2009. Архивировано из оригинала 13 октября 2006 года.
  8. ↑ It’s a thinner winner Архивная копия от 22 апреля 2013 на Wayback Machine bbc.co.uk 19th October 2006
  9. ↑ New Fellows — 2007 — New Fellows — The Royal Society. Дата обращения: 5 октября 2010. Архивировано 11 августа 2011 года.
  10. ↑ Фото учебной карточки студента А. К. Гейма (html). сайт веб-музея МФТИ. Дата обращения: 6 октября 2010. Архивировано 26 марта 2012 года.
  11. ↑ Наталья Веденеева, Екатерина Свешникова. Русские идут за Нобелевкой (html). "МК" (6 октября 2010). Дата обращения: 6 октября 2010. Архивировано 8 июня 2012 года.
  12. ↑ Фото автобиографии абитуриента А. К. Гейма, написанной 7 июля 1976 года (html). сайт веб-музея МФТИ. Дата обращения: 6 октября 2010. Архивировано 26 марта 2012 года.
  13. ↑ Андрей Гейм — одноклассник о Нобелевском лауреате// М. Хоконов. Литературная Кабардино-Балкария (май 2014). Дата обращения: 11 мая 2016. Архивировано 27 августа 2016 года.
  14. ↑ Гейм, Андрей Константинович — Исследование механизмов транспортной релаксации в металлах методом геликонного резонанса : диссертация … кандидата физико-математических наук : 01.04.07. Дата обращения: 26 ноября 2023. Архивировано 26 ноября 2023 года.
  15. ↑ А. К. Гейм. Случайные блуждания: непредсказуемый путь к графену // Успехи физических наук. — Российская академия наук, 2011. — Т. 181. — С. 1284–1298. Архивировано 14 декабря 2012 года.
  16. ↑ Пресс-релиз Архивная копия от 7 октября 2010 на Wayback Machine Нобелевского комитета
  17. ↑ The Nobel Prize in Physics 2010 (англ.). Официальный сайт Нобелевского комитета (5 октября 2010). Дата обращения: 5 октября 2010. Архивировано 26 марта 2012 года.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Andrey_Qeym&oldid=8172142"
LOVE.AZ