Ceyms Mirrlis (ing. Sir James Alexander Mirrlees; 5 iyul 1936[1][2][…] – 29 avqust 2018[3][4], Kembric, İngiltərə) — şotland iqtisadçı. 1996-cı ildə Vilyam Vikri ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. 1998-ci ildə cəngavər elan edilmişdir.
Ceyms Mirrlis | |
---|---|
ing. Sir James Alexander Mirrlees | |
![]() | |
Doğum tarixi | 5 iyul 1936(1936-07-05)[1][2][…] |
Vəfat tarixi | 29 avqust 2018(2018-08-29)[3][4] (82 yaşında) |
Vəfat yeri | |
Milliyyəti |
![]() |
Elm sahəsi | iqtisadiyyat |
İş yerləri |
Oksford Universiteti Kembric Universiteti Melburn Universiteti Makau Universiteti Honkonq Çin Universiteti |
Təhsili |
|
Elmi rəhbəri | Riçard Stoun |
Tanınır | Asimmetrik informasiyadan təşviqlər, Daymond-Mirrlis fəaliyyət teoremi |
Üzvlüyü | |
Mükafatları |
![]() |
![]() |
Ceyms Mirrlis Şotlandiyanın Viqtaunşayr bölgəsində anadan olub. Ceyms Mirrlis Edinburq Universiteti və Kembric Universitetinin Trinti Kollecindən məzun olub. Ceyms Mirrlis Oksford Universiteti və Kembric Universitetində işləmişdi.
Ceyms Mirrlis 1971-ci ildə Massaçusets Texnologiya İnstitutunun professoru Piter Daymondla birlikdə Daymond-Mirrlis fəaliyyət teoreminin əsasını qoymuşdur.[8]
1996-cı ildə Vilyam Vikri ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Ceyms Mirrlisə bir çox universitetin, Uarvik, Portsmut, Brunel, Edinburq, Oksford, Pekin, Macau və s. şərəf dərəcəsi verilmişdir.