Doğma xalqıma (rus. Родному народу) — "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bədii-sənədli film.
Doğma xalqıma | |
---|---|
Fayl:Doğma xalqıma (film, 1954).jpg | |
Janr | musiqili |
Rejissorlar |
Yan Frid Hüseyn Seyidzadə |
Ssenari müəllifi | Həsən Seyidbəyli |
Operator | Əlisəttar Atakişiyev |
Bəstəkar | Niyazi |
Rəssamlar |
Cəbrayıl Əzimov Elbəy Rzaquliyev A.Freyd |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1954 |
Filmin digər adı | Doğma xalqımıza |
Filmin növü | tammetrajlı bədii-sənədli film |
Müddət | 64 dəq. |
Ölkə |
![]() |
Dillər |
rusca azərbaycanca |
İl | 1954 |
Texniki məlumatlar |
6 hissə 1747 metr 35 mm |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Film-konsert janrında çəkilmiş film incəsənət ustalarının Azərbaycan Respublikası zəhmətkşlərinə yaradıcılıq hesabatıdır. Bəstəkarlardan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, "Koroğlu" və "Nərgiz" operalarından, "Yeddi gözəl", "Qız qalası", "Gülşən" baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilmişdir.
"Doğma xalqıma" ilk rəngli Azərbaycan bədii-sənədli filmidir.
Filmin bəzi səhnələri tamamilə ağ-qara çəkilmişdir.