Nigarançılıq — film-tamaşada harınlıq, yaltaqlıq, sədaqət, iman, fırıldaq hərəkətlər, hiylə, xəbislik, ikiüzlülük əks etdirilir.
Nigarançılıq | |
---|---|
Fayl:Nigarançılıq (film, 1998).jpg | |
Janr | komediya |
Rejissor | Ramiz Həsənoğlu |
Əsərin müəllifi | Cəlil Məmmədquluzadə |
Ssenari müəllifi | Anar |
Baş rollarda |
Yaşar Nuri — Qurbanəli bəy Məbud Məhərrəmov — Arakelov Aleksandr Şarovski — pristav Hacımurad Yegizarov(Murad Yegizarov kimi) — rəis Lyudmila Duxovnaya — rəisin arvadı Telman Adıgözəlov — Hüseyn Naibə Allahverdiyeva — Hüseynin arvadı Sənubər İsgəndərli — Qurbanəli bəyin arvadı Hacı İsmayılov — Kərbəlayi Qasım |
Operator | Adil Abbasov |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Rəfael Əsədov |
İstehsalçı | Azərbaycan Televiziyası |
Filmin növü | tammetrajlı televiziya film-tamaşası |
Müddət | 98 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1998 |
Rəng | rəngli |
IMDb | ID1423966 |
Qurbanəli bəy (Yaşar Nuri) çar Rusiyası çinovniklərinin quludur. Onlar öl desə, ölər, qal desə qalar. Qurbanəli bəy məclisdə sərxoş olandan sonra qonaqların hamısını öz evinə dəvət edir, lakin sərxoşun yaddaşı olmaz deyiblər. Bunu yaddan çıxaran bəy pis vəziyyətə düşür və biabır olur...