Rixard Ernst(alm. Richard Robert Ernst; 14 avqust 1933[2][3][…], Vintertur, Sürix kantonu[6][7][…] – 4 iyun 2021[4][5], Vintertur, Sürix kantonu[8][5]) — İsveçrə kimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1991).
Rixard Ernst | |
---|---|
alm. Richard Robert Ernst | |
![]() | |
Doğum tarixi | 14 avqust 1933(1933-08-14)[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyun 2021(2021-06-04)[4][5] (87 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | kimya, fiziki kimya[1] |
İş yeri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() |
![]() |
Rixard Ernst 14 avqust 1933-cü ildə İsveçrədə, Vinterturda anadan olmuşdur. Sürixdə İsveçrə Federal ali texniki məktəbində (FATM) oxumuşdur. "Diplomlu mühəndis-kimyaçı" attestatı aldıqdan sonra 1957–1962-ci illərdə həmin məktəbdə doktorluq dissertasiyası üzərində işləmişdir. Bundan sonra "Verian Assouşeyts" şirkətində işləmişdir. 1968-ci ildə o, FATM-ə qayıtmış və fiziki kimya laboratoriyasında NMR tədqiqat qrupunun rəhbəri olmuşdur. Bir müddət FATM-in tədqiqat şurasının sədri olmuşdur. Təqaüd yaşı yaxınlaşdıqca tibet məharəti ilə daha çox maraqlanır.
Rixard Ernst 1991-ci ildə Nobel mükafatına layiq görülmüşdür.