. Love.az

Vikipediya Heftenin Secilmis Siyahisi Dekabr 2024 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Siyahisi Dekabr 2024

Həftənin seçilmiş siyahısı arxivi

2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 16 may 2025, Cümə (İlin 20. həftəsi); bu an saat 15:39 (UTC)
(yenilə)
Keşi təmizlə

49. Həftə

"Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycanın ən ali dövlət təltifi. Orden Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilən və 2005-ci il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis edilmişdir. 2005-ci ildən bu yana 26 nəfər bu ordenlə təltif edilmişdir. "Heydər Əliyev" ordeni ilə təltif edilən 26 nəfərdən 10 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı idilər. Ordenlə təltif edilən 26 nəfərdən cəmi 2 nəfəri qadındır — Mehriban Əliyeva və Zeynəb Xanlarova. "Heydər Əliyev" ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə İhsan Doğramacı (90 yaşında) idi.

(Davamı...)

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


50. Həftə
Apple tərəfindən birləşdirilən və satın alınanların siyahısı — "Apple" dünyanın ən böyük texnologiya şirkətlərindən biri kimi müxtəlif texnologiya və xidmətlər sahəsində innovativ məhsullar yaratmaq üçün bir çox şirkətləri satın almışdır. Bu satınalmalar əsasən texnologiya təkmilləşdirilməsi, yeni məhsulların inkişafı və mövcud bazar mövqeyinin gücləndirilməsi məqsədilə həyata keçirilmişdir. "Apple"ın proqram məhsullarına "macOS", "iOS", "iPadOS", "tvOS" və "watchOS" əməliyyat sistemləri, "iTunes" media pleyeri, "Safari" veb-brauzeri və iLife media və yaradıcı proqramlar dəsti daxildir. 2024-cü ilin noyabrına olan məlumata görə, "Apple" 100-dən çox şirkəti satın alıb. Alışların faktiki sayı yəqin ki, daha yüksəkdir, çünki "Apple" satınalmalarının əksəriyyətini mətbuat tərəfindən aşkar edilmədikcə açıqlamır. "Apple" iki yarı-səhmli ortaqlıq yaradıb və əvvəllər mövcud olan üç şirkətdə səhm paylarını satın almaq təklifini üç dəfə imtina etmişdir. "Apple" tərəfindən birləşdirilən və satın alınalarının əksəriyyətinin maliyyə təfərrüatlarını açıqlamır.

(Davamı...)

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


51. Həftə
Cəlairi hökmdarlarının siyahısı — sultanlığın əsası 1340-cı ildə Şeyx Böyük Həsən tərəfindən qoyulmuş və ikinci hökmdarı sultan Üveysin hakimiyyət illərində ən qüdrətli dövrünü yaşamışdır. Sultan Üveys dövründə Cəlairilər Azərbaycanı, Şərqi Anadolunun və Əcəm İraqının bir hissəsini ələ keçirdilər. Həmçinin bu dövrdə Şirvanşahlar və Mərkəzi İranda hakimiyyətdə olan Müzəffərilər Cəlairilərin vassalına çevrildilər. Sultanların iqamətgahı müxtəlif dövrlərdə Bağdad, Təbriz, Şuştər və Hillə olmuşdur. 1340-cı ildən 1432-ci ilədək Cəlairilər sultanlığı 10 sultan tərəfindən idarə olunmuşdur. 3-cü hökmdar sultan Əhmədin ölümündən sonra dövlət süqut dövrünə qədəm qoydu və uzun müddət keçmədən Bağdad (1412) və Ərəb İraqının böyük hissəsi Qaraqoyunlular tərəfindən ələ keçirildi. Bundan sonra Cəlairi sultanları Şuştər və Hillə civarında 20 il hakimiyyətdə oldular. 1432-ci ildə son Cəlairi hökmdarı II Hüseynin Hillədə Qaraqoyunlu əmir İsfahan tərəfindən öldürülməsi ilə Cəlairilər sultanlığı süquta uğradı.

(Davamı...)

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


52. Həftə
ABŞ-nin birinci xanımlarının siyahısı — ABŞ-nin birinci xanımı Ağ Evin sahibəsi hesab olunur. Vəzifəni ənənəvi olaraq ABŞ Prezidentinin həyat yoldaşı tutur, lakin müxtəlif vaxtlarda bu titulu subay olan, dul olan, və ya həyat yoldaşı olmayan, yaxud da həyat yoldaşı bu vəzifəni yerinə yetirə bilmədiyi hallarda prezidentin həyat yoldaşı olmayan qadınlar da daşımışdır. Bu vəzifə seçilmiş bir vəzifə deyil, heç bir rəsmiyyət daşımır və buna görə maaş verilmir. Bununla yanaşı, o, prezidentlə birlikdə, yaxud onu təmsil edərək bir çox rəsmi mərasimlərə qatıla və dövlət işləri ilə maraqlana bilər. Ənənəvi olaraq, birinci xanım vəzifədə olduğu vaxt ərzində kənar işlərdə işləmir, baxmayaraq ki, Eleonora Ruzvelt yazı yazaraq və mühazirə oxuyaraq pul qazanıb və bu pulun çoxunu xeyriyyə işlərinə sərf edib, həmçinin Cill Bayden də bu müddət ərzində pedaqoq kimi işinə davam edib. Birinci xanımın Ağ Evin sosial katibi, aparat rəhbəri, mətbuat katibi, baş çiçək dizayneri və baş aşpazı daxil olmaqla öz şəxsi heyəti var. Birinci xanımın ofisi Ağ Evin bütün ictimai işləri və təntənəli tədbirlərindən məsuldur və ABŞ Prezidentinin İcra Aparatının bir qoludur.

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə


53. Həftə
İstanbulun mühasirələrinin siyahısı — hazırda Türkiyə sərhədləri daxilində yerləşən İstanbul tarix boyu dəfələrlə mühasirələrə məruz qalıb. Mərmərə dənizi ilə Qara dəniz arasındakı boğaza nəzarət nöqtəsində olan, Asiya və Avropanın quru əlaqəsi üzərində yerləşən, həmçinin Böyük İpək yolunun da keçdiyi bu şəhər strateji mövqeyinə görə dəfələrlə müxtəlif xalqlar tərəfindən ələ keçirilməyə çalışılıb. Şəhərin qeydə alınmış ilk mühasirəsi e.ə.510-cu ildə Otanisin komandanlığı ilə Əhəmənilər imperiyası tərəfindən həyata keçirilmişdir. Bu uğurlu mühasirədən sonra şəhər farsların hökmranlığına girsə də, gələcəkdə azadlığını bərpa etdi. E.ə.70-ci illərdə Roma imperiyasının sərhədlərinə daxil olmasına baxmayaraq, 193–196-cı illərdə vətəndaş müharibəsi dövründə Lusi Septimi Sever tərəfindən mühasirəyə alınaraq, qismən talan edilənədək azad idi.

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_siyahısı/dekabr_2024&oldid=7747980"
LOVE.AZ