. Love.az

Vikipediya Heftenin Secilmis Siyahisi Fevral 2025 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Siyahisi Fevral 2025

Həftənin seçilmiş siyahısı arxivi

2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 16 may 2025, Cümə (İlin 20. həftəsi); bu an saat 15:50 (UTC)
(yenilə)
Keşi təmizlə

5. Həftə
ABŞ milli parklarının siyahısı — (şəkildə Amerikan Samoası Milli Parkı təsvir olunub) ABŞ-də yerləşən 59 milli parka verilən ümumi ad. ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dəki milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu.

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə


6. Həftə
Macarıstan forintinin sikkələri — 1946-cı ildən bu günə qədər buraxılan Macarıstan forintnin sikkələri. Forint sikkələri Macarıstan pul vahidi olan Macarıstan forintinin bir hissəsidir. 1806–1982-ci illər arasında macar dilində "forint" sözü Avstriya-Macarıstan imperiyasının pulu Avstriya quldeninə deyilirdi. Forint rəsmi olaraq İkinci Dünya müharibəsi bitdikdən sonra, 1946-cı ilin avqustunda, İkinci Macarıstan Respublikası hökuməti tərəfindən Macarıstanın pul vahidi olaraq qəbul edildi. Valyuta 20 il ərzində sabitliyini qoruyub saxlaya bilmişdir. Lakin sonradan sosialist iqtisadi sistemin zəifləməsi inflyasiyaya gətirib çıxardı, bu, forintin alıcılıq qabiliyyətinə təsir edərək 1990-cı illərdə böhrana səbəb oldu.

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə


7. Həftə
İstanbuldakı sinaqoqların siyahısı — Bizans imperiyası dövründə şəhərə ilk gələn yəhudilərin dini ehtiyacları üçün qurulan ibadət yerləri. Tarixi sənədlərdəki qeydlərə əsasən, İstanbulda ilk sinaqoq e.ə.318-ci ildə misgərliklə məşğul olan yəhudilərin yaşadığı Halkopratiya məhəlləsində tikilmişdir. Bu sinaqoq II Feodosi dövründə kilsəyə çevrilsə də, hər dövrdə şəhərin müxtəlif yerlərində yerləşən sinaqoqlar fəaliyyətini davam etdirmişdir. 1453-cü ildə İstanbulun türklər tərəfindən fəthindən sonra yəhudilər İstanbulda yaşamağa davam etdilər. Osmanlı imperiyası 1492-ci ildə İspaniyadan sürgün edilən yəhudilərə sığınacaq verdiyi üçün; Osmanlı torpaqlarında yəhudilərin sayı xeyli artdı. Türkiyədə cümhuriyyət elan edildikdən sonra ölkənin hər yerindən xeyli sayda yəhudi İstanbula gələrək burada məskunlaşdı.

Hazırda Türkiyədə 20 minə yaxın yəhudi olduğu düşünülür. Onların təxminən 18 mini İstanbulda yaşayır. İstanbuldakı yəhudilərin əksəriyyəti ispanəsilli Səfərad yəhudiləri, 500-ə yaxını isə Aşkenazi yəhudiləridir.

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə


8. Həftə
Azərbaycan Premyer Liqasını qazanan baş məşqçilərin siyahısı — Aşağıda 1992-ci ildən təşkil olunan və Azərbaycan futbol liqası sisteminin ən yüksək divizionu hesab olunan Azərbaycan Premyer Liqasını qazanan baş məşqçilərin siyahısı təqdim edilmişdir.

31 mövsümdə 11 fərqli mütəxəssis çempionluq sevinci yaşayıb. Mütləq rekord 2008-ci ildən "Qarabağ"ı çalışdıran Qurban Qurbanova məxsusdur — 10 dəfə. Onu 5 çempionluqla Ağasəlim Mircavadov izləyir. Kazbek Tuayevin 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyevin 3 qızıl medalı var. Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacıyevski, Kaxaber Tsxadadze, Arif Əsədov və Samir Abasov bir dəfə belə uğura imza atıb.

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_siyahısı/fevral_2025&oldid=7752475"
LOVE.AZ