. Love.az

Xelil Azerbadeqan - Wikipedia - Love.az

Ana Səhifə - Xelil Azerbadeqan

Xəlil Azərbadeqan (Urmiya – 16 mart 1947) — siyasətçi, 21 Azər hərəkatının iştirakçısı. Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan Milli Hökuməti dövründə Marağanın daha sonra isə Ərdəbilin qubernatoru.

Xəlil Azərbadeqan
Ərdəbilin qubernatoru
avqust 1946 – dekabr 1946
Marağanın qubernatoru
12 dekabr 1945 – avqust 1946
Azərbaycan Milli Məclisinin nümayəndəsi
12 dekabr 1945 – 12 dekabr 1946
Şəxsi məlumatlar
Doğum yeri
  • Urmiya, Urmiya şəhristanı, Qərbi Azərbaycan ostanı, İran
Vəfat tarixi 16 mart 1947(1947-03-16)
Partiya
  • Azərbaycan Demokrat Firqəsi
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təbrizdə qurulmuş Demokratiya ocağı təşkilatının sədri, İTP Azərbaycan Əyalət Komitəsinin və Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü olub. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra həbs olunaraq asılıb.

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənbə
    • 2.1 İstinadlar
    • 2.2 Ədəbiyyat

Həyatı

redaktə

Xəlil Azərbadeqan Urmiyada anadan olub.[1] 1905-1911-ci illərdə baş tutmuş Məşrutə hərəkatının iştirakçısı olub.[2]

1943-cü ildə Təbrizdə qurulmuş Demokratiya ocağı təşkilatının sədri olub.[3][4] 1944-cü ildə Demokratiya ocağı təşkilatı Tudə Partiyası ilə birləşdi.[5][6] Bundan sonra Xəlil Azərbadeqan İTP Azərbaycan Əyalət Komitəsinə üzv seçilib.[4][7][8] 1945-ci ildə Azərbaycan Demokrat Partiyası qurulduqdan sonra partiyanın Mərkəzi Komitəsinə üzvü seçilib.[9][10] 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb.[11][12] Xəlil Azərbadeqan da Azərbaycan Xalq Konqresində Urmiya nümayəndəsi kimi iştirak edib.[13][14]

1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib.[15][16][17] Urmiyada keçirilən seçkilər nəticəsində Xəlil Azərbadeqan səs toplayaraq Azərbaycan Milli Məclisinə Urmiyadadan nümayəndə seçilib.[18] Azərbaycan Milli Hökuməti tərəfindən Marağanın qubernatoru təyin edilib.[1][14][19] Qubernator olduğu dövrdə Marağada yeni yollar salınıb, məktəblər və kinoteatr tikilib.[14][18] 1946-cı ilin avqust ayında Ərdəbilin qubernatoru təyin olunub.[18][20][21] Qubernator olduğu dövrdə Ərdəbildə Balıqlı çayın üzərində körpü və məktəblər tikilib.[1][22]

1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[23][24] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[24] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[24] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[23][25] Azərbaycan Milli Hökuməti süqut etdi.[26][27] Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[28][29][30] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[31][32] Bundan sonra da qırğınlar və talan davam etdi.[25][31] Xəlil Azərbadeqan şəhəri tərk etməyib.[33] Bir neçə gün Ərdəbil şəhəri uğrunda döyüşüb. Daha sonra həbs olunub.[34] Bir müddət həbsdə saxlanıldıqdan sonra 1947-ci il martın 15-də dar ağacından asılıb.[22][35][36]

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Mərəndli, 2017. səh. 313
  2. ↑ XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar, 1990. səh. 46
  3. ↑ Həsənov, 2004. səh. 65
  4. ↑ 1 2 Həsənov, 2007. səh. 560
  5. ↑ Ağayeva, 2004. səh. 18
  6. ↑ Həsənov, 2004. səh. 80
  7. ↑ Çeşmazər, 1986. səh. 37
  8. ↑ Müciri, 1962. səh. 6
  9. ↑ Çeşmazər, 1986. səh. 64
  10. ↑ Vilayi, 1975. səh. 25
  11. ↑ Həsənli, 1998. səh. 269
  12. ↑ Həsənov, 2004. səh. 132
  13. ↑ "Təbrizdə keçirilmiş Xalq Konqresinə seçilmiş nümayəndələrin siyahısı". azerbaycan-ruznamesi.org. İstifadə tarixi: 2025-02-27.
  14. ↑ 1 2 3 Müciri, 1962. səh. 7
  15. ↑ Atabaki, 2000. səh. 114
  16. ↑ Şəmidə, 1961. səh. 139
  17. ↑ Həsənov, 2004. səh. 139
  18. ↑ 1 2 3 Mərəndli, 2017. səh. 122
  19. ↑ "Azərbaycan" qəzeti I, 2022. səh. 849
  20. ↑ Lahrudi, Əmirəli. "21 Azər". “Mühacir” qəzeti. 1995-12-06. 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-27.
  21. ↑ Çeşmazər, 1986. səh. 81
  22. ↑ 1 2 Müciri, 1962. səh. 8
  23. ↑ 1 2 Hasanli, 2006. səh. 373
  24. ↑ 1 2 3 Balayev, 2018. səh. 36
  25. ↑ 1 2 Duqlas, Vilyam. Strange lands and friendly people (ingilis). Nyu-York: Harper & Brothers Publishers. 1951. 45.
  26. ↑ Lenczowski, George. United States' Support for Iran's Independence and Integrity, 1945–1959 (ingilis). 401. Annals of the American Academy of Political and Social Science. 1972. 49. doi:10.1177/000271627240100106. ISSN 0002-7162.
  27. ↑ Həsənli, 2006. səh. 445
  28. ↑ Balayev, 2018. səh. 137
  29. ↑ Əmirov, 2000. səh. 51
  30. ↑ Əliqızı, 2001. səh. 24
  31. ↑ 1 2 Həsənli, 2006. səh. 448
  32. ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
  33. ↑ Çernik-Bülənd, Adilə. "Ərdəbil vilayətinin fərmandarı". Azərbaycan Demokrat Firqəsi. 2021-06-22. İstifadə tarixi: 2025-04-14.
  34. ↑ Mərəndli, 2017. səh. 111
  35. ↑ Mərəndli, 2017. səh. 123
  36. ↑ Cavid, 2005. səh. 67

Ədəbiyyat

redaktə
  • Ağayeva, Gözəl. Təbriz ədəbi mühiti (az.). Bakı: Nurlar NPM. 2004. səh. 168. ISBN 9952403356.
  • Atabaki, Touraj. Azerbaijan: Ethnicity and the Struggle for Power in Iran (ingilis). London: I.B.Tauris. 2000. səh. 288. ISBN 9781860645549.
  • "Azərbaycan" qəzeti I. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı: 1945-1946-cı illər, Təbriz (az.). I. Bakı: Elm nəşriyyatı. 2022. səh. 928. ISBN 978-9952-556-47-6.
  • Balayev, Xaqan. Azərbaycanın sosial-siyasi həyatında cənublu mühacirlərin iştirakı (1947-1991) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2018. səh. 198. ISBN 9789952370911.
  • Cavid, Salamulla. O günün həsrəti ilə (PDF) (az.). Bakı: Yurd nəşriyyatı. 2005. səh. 63. 2021-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-02-27.
  • Çeşmazər, Mirqasım. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1986. səh. 121. Archived from the original on 2023-05-02. İstifadə tarixi: 2024-11-29.
  • Əliqızı, Almaz. Azadlıq və istiqlal poeziyası (PDF) (az.). Bakı: Bakı Dövlət Universiteti nəşriyyatı. 2001. səh. 160. ISBN 9789952817607. 2025-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-07.
  • Əmirov, Sabir. Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990) (az.). Bakı: Elm nəşriyyatı. 2000. səh. 257. ISBN 5806612600.
  • Hasanli, Jamil. At the Dawn of the Cold War: The Soviet-American Crisis over Iranian Azerbaijan, 1941–1946 (az.). Lanham: Rowman & Littlefield Publishers. 2006. səh. 416. ISBN 978-0742540552.
  • Həsənli, Cəmil. Güney Azərbaycan:Tehran - Bakı - Moskva arasında (PDF) (az.). Bakı: Diplomat nəşriyyatı. 1998. səh. 324. 2024-12-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-28.
  • Həsənli, Cəmil. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг (PDF) (rus). Moskva: Герои Отечества. 2006. səh. 560. ISBN 5910170120. 2024-12-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-28.
  • Həsənov, Həsən. Cənubi Azərbaycanda Milli Demokratik hərəkat (1941-1946-cı illər) (az.). Bakı: Elm nəşriyyatı. 2004. səh. 204.
  • Həsənov, Həsən. Иранский дневник (1944-1946 гг.) (rus). Bakı: Elm nəşriyyatı. 2007. səh. 576. ISBN 5-8066-1706-8.
  • Mərəndli, Barış. "21 Azər" soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 376. ISBN 978-9952-8312-8-3. 2024-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-25.
  • Müciri, Cəfər. Azadlıq yolunun mübarizləri (az.). I. Bakı: Azərbaycan ruznaməsi. 1962. səh. 208.
  • Şəmidə, Əli. İranda fəhlə və həmkarlar hərəkatı (1941-1946) (az.). Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı. 1961. səh. 181.
  • Vilayi, Mir Rəhim. Cənubi Azərbaycanda Milli Azadlıq Uğrunda Demokratik Mətbuatın Mübarizəsi (1945 1946 cı illər) (PDF) (az.). Bakı. 1975. səh. 57. 2024-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-06.
  • XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar (1900-1985). Məqalələr məcmuəsi (az.). Bakı: Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu. 1990. səh. 216.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xəlil_Azərbadeqan&oldid=8126497"
LOVE.AZ