Yaşıl eynəkli adam-2 | |
---|---|
Janr | komediya |
Rejissor | Ramiz Həsənoğlu |
Ssenari müəllifi | Vaqif Səmədoğlu |
Baş rollarda |
Səyavuş Aslan — rəis Afaq Bəşirqızı — Zəhra Yaşar Nuri — Kazım Hacı İsmayılov — Qafar Sənubər İsgəndərli — Jalə Cahangir Novruzov — Cahangir Məbud Məhərrəmov — Qərib |
Operator | Adil Abbasov |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Rəfael Əlizadə |
İstehsalçı | "SABAH" Yaradıcılıq Birliyi |
İlk baxış tarixi | 1999 |
Filmin növü | tammetrajlı bədii televiziya filmi |
Müddət | 106 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1999 |
Texniki məlumatlar | videofilm |
Rəng | rəngli |
Filmdə birinci hissədə olduğu kimi qohumpərəst Qafar (Hacı İsmayılov) yenə fəaliyyətə keçir və araşdırıb növbəti qohumlarının-Feyzulla kişinin (Sabir Sultanov) ABŞ-də yaşadığını öyrənir. Feyzulla kişi Qafara cavab məktubu yazaraq tezliklə Bakıya gələcəyini bildirir. Qafar da yenə köhnə qohumlarını bir yerə yığaraq məsələni açır. Eyni vaxtda Mister Feyz adlı bir Amerikalının konteynerləri Bakıya gələndə işlər bir az qarışır. Bəlkə Mister Feyz elə Feyzulla kişinin özüdür?... Ona görə qohumlar belə qərara gəlirlər ki, Feyzullanın qarşısına kasıb görkəmində çıxsınlar ki, "Mister Feyz" də onlara kömək əlini uzatsın. Lakin filmin sonunda bəlli olur ki, onlar yanılıblar.