. Love.az

Yehoyakim - Wikipedia - Love.az

Ana Səhifə - Yehoyakim
        
Yəhudilik
Yəhudilik fəlsəfəsi
inam • Seçilmişlik • Alaha
Tanrı • Kabbala • Məsih • Tale
Kaşrut  •  Tevazu  •  Minyan  •  Tsedaka
Dini mətnlər
Tevrat/Tora  •  Tanah  •  Talmud  •  Zoqar
Humaş  •  Sidur  •  Mişna Tora  •  Arba Turim
Şulhan Aruh  •  Tosefta  •  Mişna Berurah
Tanya  •  Midraş  •  Piyutim
Targum
Müqqədəs şəhərlər
Qüds  •  Safed  •  Hebron  •  Tiberia
Yəhudi bayramları
Şabbat  •  Roşaşana  •  Yom Kippur  •  Sukot
Simhat Tora  •  Hanuka •  Asara BaTevet
Tu Bişvat  •  Purim  •  Pesah
Şavuot  •  9 Av  •  Şaloş Regalim
Dini şəxsiyyətlər
Avraham  •  Moşe  •  Dvora  •  Rut  •  Şaul  •  David
Şlomo •  Eliyahu  •  İlel  •  Şamay  •  Raşi
İbn Ezra  •  Rif  •  Ramban  •  Gersonides
Saadia Gaon  •  Rambam
Baal Şem Tov  •  Tosafistçiler
Yosef Albo  •  Yosef Karo  •  Ovadia Yosef
Musəvilik həyat tərzi
Brit Mila  •  Bar Mitsva  •  Şiduh  •  Evlilik
Nida  •  Ad qoyma  •  Pidyon  •  Cənazə
Məktəblər
Yeşiva  •  JTS  •  HUC  •  YU
Dini rollar
Kohen  •  Haham  •  Hazan  •  Mohel
Dayan  •  Maşgiah  •  Roş yeşiva  •  Gabay
Şohet  •  Menaker  •  Kabar  •  Tokea
Dini tikililər
Tapınak • Ağlama divarı
Sinaqoq  •  Mikve
Musevi Ayin sistemi
Musevi İbadetleri  •  Şahrit
Minha  •  Arvit •  Avdala
Yəhudi dilləri
Afro-Asyatik
İbraniceler: İvritə · Samarit İvritcəsi · Yəmən İvritcəsi
Aramiceler: Hulaula · Lişan Didan · Lişana Deni · Lişanid Noşan · Yəhudi Aramicəsi
Arapçalar: Yəhudi ərəbcəsi · Yəhudi Bağdad ərəbcəsi · Yəhudi Mərakeş ərəbcəsi · Yəhudi İraq ərəbcəsi · Yəhudi Tripoli ərəbcəsi · Yəhudi Tunis ərəbcəsi · Yəhudi Yəmən ərəbcəsi
Diğer: Kayla · Yəhudi Bərbəricəsi
Hint-Avrupa
Cermen: Yeşiviş · Yidiş · Yingliş
Roman: İtalkian · Katalanik · Ladino · Lusitanik · Şuadit · Yəhudi Araqoncası · Yəhudi Latincası · Zarfatik
Hind-İran: Buhori · Cuhuri · Cidi
Diğer: Knaanik · Yevanik
Türk
Karayca · Kırımçakca
Diğer
Kartveli: Gruzinik
Dravid: Yəhudi Malayalamı
Etnik bölünmələr
Afrika: Falaşa · Magrebim
Asya: Buxara · Koçin Yəhudileri · Paradesi Yəhudileri
Avropa: Aşkenaz · İtalkim · Sefarad
Qafqaz: Dağ yəhudiləri · Gürcüstan yəhudiləri · Karaylar
Orta Doğu: Kürt Yəhudileri · Mizrahi · Parsim · Romanyot · Samaritler · Temani
Musəvi məzhəbləri
Yəhudilik
Tutucu Musevilik  •  Ortodoks Musevilik
Hasidizm
Reformist Musevilik  •  Hümanist Musevilik
Yeniden yapılanmacı (Rekonstrüksiyonist) Musevilik
Dini obyektlər
Talet  •  Tefilin  •  Kipa  •  Şofar
Tsitsit  •  Mezuza  •  Menora
Hanukiya •  Yad
Musevi duaları
Şema  •  Amida  •  Alenu  •  Kal Nidre
Kadiş  •  Alel  •  Ma Tovu  •  Kiduş
Digər dinlərlə əlaqələr
Xristianlıq  •  Judeo-Hıristiyan
Xristianlıq-Musəvilik əlaqələri  •  İslam
Katolik  •  Musəvilik haqqında olan fikirlər
Judeo-Islamic  •  Paganizm  •  İbrahimi

Yehoyakim (və ya Jehoiakim, Jehoikim) (İvrit: יְהוֹיָקִים Tanrı təşkil etdi; Yunanca: Ιωακιμ; Latınca: Joakim), E.Ə 635 - 597-ci illər arasında Yehuda kralı olmuşdur. Yoşiyahunun Rumahlı Pedayanın qızı Zevudadan olan ikinci oğludur.[1] Doğum adı Eliakimdir. (İvrit: אֶלְיָקִים; Yunanca: Ελιακιμ; Latınca: Eliakim).

Yoşiyanın ölümündən sonra yerinə Yehoyakimin qardaşı Yehoahaz başa keçdi, lakin üç ay sonra firon II. Neko onu taxtdan endirib yerinə qardaşı Eliakimi gətirdi,[2] Eliakim, Yehoyakimin adını mənimsəyib 25 yaşında kral oldu. Yehoahaz, Misirə sürgündə ikən öldü.[3]

Yehoyakim taxta keçdikdə 25 yaşında idi və E.Ə 598-ci ilə qədər 11 il ərzində krallıq etdi.[4] Yerinə oğlu Yekoniya keçdi və yalnız üç ay krallıq etdi.[5][6]

Regional güclərlə əlaqələri

redaktə

E.Ə 608-ci ildə, Yehoahazın üç ay davam edən krallığından sonra firon II. Neko Yehoahazını taxtından endirib Misirə getdi (və orada öldü), yerinə Yehoahazın qardaşı Yehoyakimi gətirdi. Yehoyakim, Misirin milliyyəti altında olub yüklücə xərac ödəyirdi. Pulu vaxtında çatdıra bilmək üçün "Yahuda xalqından hər kəsin gücü nisbətində qızıl və gümüş topladı".[7]

 
"Promptuarii İconum İnsigniorum"

E.Ə 605-ci ildə Qırqamış Müharibəsində Misir Babillilərə məğlub olanda Yehoyakim tərəf dəyişib Babilli Nebukadnezara xərac verməyə başladı.

Üç il sonra müharibə başlayanda Yehoyakim təkrar Misir tərəfinə keçib Babilistana xərac verməyi kəsdi. Nebukadnezar, E.Ə 599-cu ildə Yehudanı zəbt edib Qüdsü mühasirəyə aldı. E.Ə 598-ci ildə Yehoyakim öldü [8] və yerinə oğlu Yekoniya keçdi. Qüds 3 ay ərzində məğlub oldu.[5][9] Nebukadnezar, Yekoniyanı taxtından endirib yerinə Yehoyakimin qardaşı Sıdkiyanı gətirdi. Yekoniya, ailəsi, elit təbəqənin böyük hissəsi və Yehudalı sənətkarlar Babilistana sürgün edildi.[10] Bu zaman Sıdkiya, xarab olmuş ölkənin kralı olmağa və xərac ödəməyə məcbur edildi.

Babilistan Tarixçəsinə görə,[11] E.Ə adar ayının ikisi (16 Mart) 597-ci ildə Qüds məğlub oldu:

Nebukadnezar hakimiyyətinin 7-ci ayında, Kislev (noyabr/dekabr) ayında Babil kralı ordusunu topladı və Hattini (Suriya/Fələstin) işğal etdikdən sonra Yehuda şəhərini mühasirəyə aldı. Adar ayının ikisində (16 Mart) şəhəri fəth etdi və kralı (Yekoniyanı) əsir aldı. Öz yerinə seçdiyi bir kral (Sıdkiya) qoydu, ağır xərac topladıqdan sonra onları Babilistana göndərdi.[12]

Peyğəmbərlər

redaktə

Yeremyanın proqnoz yazılarını yandırmaqla tanınır.[13] Yeremya, kralın siyasətlərini tənqid etmiş, qanunlara tabe olması və tövbə etməsi üçün israr etmişdi. Bir başqa peyğəmbər olan Uriya ben Sxemə da Şemaya da eyni şeyləri söyləmiş və kralın əmri ilə öldürülmüşdü. Yeremyanın öldürülməməsinin səbəbi yəqin ki, əlaqələri olmasıdır.[14]

İstinadlar

redaktə
  1. ↑ "2 Krallar 23:36". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
  2. ↑ "2 Krallar 23:34". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
  3. ↑ Philip J. King, Jeremiah: An Archaeological Companion (Westminster John Knox Press, 1993), page 20.
  4. ↑ Dan Cohn-Sherbok, The Hebrew Bible, Continuum International, 1996.
  5. ↑ 1 2 "2 Tarihler 36:9". 2015-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
  6. ↑ Philip J. King, Jeremiah: An Archaeological Companion (Westminster John Knox Press, 1993), page 23.
  7. ↑ "2 Krallar 23:35". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
  8. ↑ Dan Cohn-Sherbok, The Hebrew Bible, Continuum International, 1996, page x.
  9. ↑ Philip J. King, Jeremiah: An Archaeological Companion (Westminster John Knox Press, 1993), page 23.
  10. ↑ Philip J. King, Jeremiah: An Archaeological Companion' (Westminster John Knox Press, 1993), page 21.
  11. ↑ Geoffrey Wigoder, The Illustrated Dictionary & Concordance of the Bible Pub. by Sterling Publishing Company, Inc. (2006)
  12. ↑ No 24 WA21946, The Babylonian Chronicles, The British Museum
  13. ↑ "Yeremya 36:1-32". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-08.
  14. ↑ James Maxwell Miller, John Haralson Hayes, A History of Ancient Israel and Judah (Westminster John Knox Press, 1986) page 404-405.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yehoyakim&oldid=7366788"
LOVE.AZ