. Love.az

I Telal Iordaniya Krali - Wikipedia - Love.az

Ana Səhifə - I Telal Iordaniya Krali

I Təlal və ya Təlal ibn Abdullah (ərəb. طلال بن عبد الله‎; 26 fevral 1909[1], Məkkə, Hicaz vilayəti[2] – 7 iyul 1972, İstanbul[2]) — II İordaniya kralı.[3]

I Təlal
ərəb. طلال بن عبد الله‎
II İordaniya kralı
20 iyul 1951 – 11 avqust 1952
ƏvvəlkiI Abdulla
SonrakıI Hüseyn
Şəxsi məlumatlar
Doğum tarixi 26 fevral 1909(1909-02-26)[1]
Doğum yeri
  • Məkkə, Hicaz vilayəti, Osmanlı imperiyası[2]
Vəfat tarixi 7 iyul 1972(1972-07-07) (63 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə[2]
Vəfat səbəbi cərrahiyyə əməliyyatından şikayət[d]
Fəaliyyəti hökümdar[d]
Atası I Abdulla
Anası Müsbəh bint Nasir (İordaniya kraliçası)
Həyat yoldaşı
  • Zeynəl-şərəf bint Cəmil
Uşaqları
  • Hüseyn ibn Təlal,
  • Məhəmməd ibn Təlal,
  • Həsən ibn Təlal,
  • Bəsmə bint Təlal
Ailəsi Haşimilər
Dini İslam
Rütbəsi Feldmarşal
Təltifləri Grand Cross of the Military Merit - White Badge (İspaniya) — 1952 Order of al-Hussein bin Ali (İordaniya) Supreme Order of the Renaissance (İordaniya) "İordaniya ulduzu" ordeni Grand Order of the Hashimites (İraq krallığı) Order of the Two Rivers (İraq)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1909-cu ildə Məkkədə dünyaya gəldi. Atası İordaniya kralı I Abdullah, anası isə onun ilk xanımı Müsbəh bint Nasirdir. Ammanda xüsusi təhsil aldıqdan sonra hərbi dərslər aldı və 1927-ci ildə leytenant rütbəsi aldı. Babası Hicaz kralı Şərif Hüseynin Kipr sürgünü illərində yanında yer aldı.[4]

1946-cı ildə atasının müstəqil İordaniya kralı təyin edilməsinin ardından, taxtın varisi elan olundu. 1948-ci ildə general rütbəsinə yüksəldi. Atasının 1951-ci ildə Qüdsdə sui-qəsd nəticəsində öldürülməsinin ardından taxta çıxarıldı. Müasir konstitusiyanı qəbul edərək ölkəni parlamentli monarxiyaya çevirdi. Cəmi 1 illik səltənətinin ardından, qoyulan şizofreniya diaqnozu səbəbilə taxtdan endirildi.[5] Qalan ömrünü İstanbuldakı bir sanatoriyada keçirdi.

Ailəsi

redaktə

1934-cü ildə dayısı qızı Zeynəl-şərəf bint Cəmillə evləndi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.

  • I Hüseyn
  • Məhəmməd ibn Təlal
  • Həsən ibn Təlal
  • Bəsmə bint Təlal

İstinadlar

redaktə
  1. ↑ 1 2 Talāl I de Jordània // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  2. ↑ 1 2 3 4 Anguera J. E. Enciclopedia universal ilustrada europeo-americana (isp.). Editorial Espasa, 1905. Vol. Suplemento 1971 - 1971. P. 282. ISBN 978-84-239-4500-9
  3. ↑ Salibi, Kamal. A Modern History of Jordan (ingilis). Bloomsbury Academic. 1998-12-31. ISBN 978-1-86064-331-6.
  4. ↑ Corboz, Elvire. Guardians of Shi'ism: Sacred Authority and Transnational Family Networks (ingilis). Edinburgh University Press. 2015. ISBN 978-0-7486-9144-9.
  5. ↑ Massad, Joseph A. Colonial Effects: The Making of National Identity in Jordan (ingilis). Columbia University Press. 2001-09-11. ISBN 978-0-231-50570-3.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Təlal_(İordaniya_kralı)&oldid=7912665"
LOVE.AZ