Möcüzələr adası | |
---|---|
Fayl:Möcüzələr adası (film, 1963).jpg | |
Janr |
dram məhəbbət |
Rejissor | Həsən Seyidbəyli |
Ssenari müəllifi | Həsən Seyidbəyli |
Baş rollarda |
Həsən Məmmədov — Nazim Oleq Xabalov — Kamran Zoya Nedbay — Məryəm Fazil Salayev — Fazil Leonid Piroqov — Polyakov Tamilla Qafarova — Samiyə |
Operator | Arif Nərimanbəyov |
Bəstəkar | Tofiq Quliyev |
Rəssam | Elbəy Rzaquliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 6 iyun 1964 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 69 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1963 |
Texniki məlumatlar |
7 hissə 2044 metr genişekranlı 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID8237804 |
Kinopovest Xəzər dənizində salınmış Neft Daşlarının qəhrəman neftçilərinə, onların əməyinə və məişətinə həsr olunmuşdur. Polad dirəklər üzərində qurulmuş dəniz estakadası yüz kilometrlərlə dənizin içərilərinə doğru uzanır, burada igid adamların əlləri ilə neft buruqları və neftçilər şəhəri salınmışdır. Filmdə ömrünün yarısını bu adada keçirən adamlar, buraya işləməyə gələn gənclər, onların qarşılıqlı münasibətləri haqqında söhbət gedir, xarakterləri açılıb göstərilir.
Film aktyor Hamlet Xanızadənin kinoda ilk işidir.
Dənizdə olan çəkilişlərdə süni çəkiliş metodlarından istifadə edilib.